Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3143/2021 21.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun alınması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 30.11.2018- ci il tarixli, 108GTKR6407280AA saylı kredit müqaviləsinə əsasən 13689.6 AZN əsas; 617.69 AZN faiz; cəmi 14306.75AZN məbləğində borcun, 26.09.2019-cu il tarixli, **********01944165 saylı kredit xətti müqaviləsinə əsasən 3836.87 AZN əsas; 796.27 AZN faiz; cəmi 4633.14 AZN borcun və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30.11.2018-ci il tarixli, 108GTKR6407280AA saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə, illik 23.84 faiz dərəcəsi ilə 19730 AZN məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03.11.2017-cı il tarixli, **********01944125 saylı kredit xətti müqaviləsinə əsasən ona 59 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 5000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 19.05.2021-ci il tarixə İddiaçı ASCyə 30.11.2018- ci il tarixli, 108GTKR6407280AA saylı kredit müqaviləsinə əsasən 13689.6 AZN əsas; 617.69 AZN faiz; cəmi 14306.75 AZN borcu, 03.11.2017-ci il tarixli, **********01944125 saylı kredit xətti müqaviləsinə əsasən 3836.87 AZN əsas; 796.27 AZN faiz; cəmi 4633.14 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə ərizəsi verərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə 30.11.2018-ci il tarixli, 108GTKR6407280AA saylı kredit müqaviləsinə əsasən 13689.06 AZN əsas; 617.69 AZN faiz; cəmi 14306.75AZN məbləğində borcun, 03.11.2017-ci il tarixli, **********01944125 saylı kredit xətti müqaviləsinə əsasən 3836.87 AZN əsas; 796.27 AZN faiz; cəmi 4633.14 AZN borcun və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçrilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü və 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03.11.2017-cı il tarixli, **********01944125 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh 59 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 5000 AZN məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30.11.2018-ci il tarixli, 108GTKR6407280AA saylı kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə, illik 23.84 faiz dərəcəsi ilə 19730 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 30.11.2018-ci il tarixli, 108GTKR6407280AA saylı kredit müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, Cavabdeh 48 ay ərzində, 23.84 faiz illik hər ay 641.49 manat son ay üçün isə 658.31 manat ödəməli idi. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh na ünvanlanmış 29.01.2021ci il tarixli xəbərdarlığın surətindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış vaxtı keçmiş borcun bütövlükdə dərhal geri ödənilməsi tələb edilmiş, əks təqdirdə ona və zaminlərə məxsus əmlaklar hesabına ödənilməsi üçün hüquq mühafizə orqanları vasitəsilə müvafiq tədbirlərin görülməsi işinə başlanacağı bildirilmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı ASC-yə 19.05.2021-ci il tarixə olan borcu barədə maliyyə arayışından görünür ki, Kapital Bank” ASC-nin müştərisi olan Cavabdeh 19.05.2021-ci il tarixə 30.11.2018-ci il tarixli, 108GTKR6407280AA saylı kredit müqaviləsinə əsasən 13689.06 AZN əsas; 617.69 AZN faiz; cəmi 14306.75AZN məbləğində borcu, 03.11.2017-ci il tarixli, **********01944125 saylı kredit xətti müqaviləsinə əsasən 3836.87 AZN əsas; 796.27 AZN faiz; cəmi 4633.14 AZN borcu vardır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalı, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 30.11.2018-ci il tarixli, 108GTKR6407280AA saylı kredit müqaviləsinə əsasən 13689.06 AZN əsas; 617.69 AZN faiz; cəmi 14306.75AZN məbləğində borc, 03.11.2017-ci il tarixli, **********01944125 saylı kredit xətti müqaviləsinə əsasən 3836.87 AZN əsas; 796.27 AZN faiz; cəmi 4633.14 AZN borc tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 30.11.2018-ci il tarixli, 108GTKR6407280AA saylı kredit müqaviləsinə əsasən 13689,06 AZN əsas və 617,69 AZN faiz borcu olmaqla cəmi 14306,75AZN məbləğində borc, 03.11.2017-ci il tarixli, **********01944125 saylı kredit xətti müqaviləsinə əsasən 3836,87 AZN əsas və 796,27 AZN faiz borcu olmaqla cəmi 4633,14 AZN borc və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-3143/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3143/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver