Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-316/2024 30.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı BOKT MMC-nin nümayəndələri Vəkil və Nümayəndə iştirakı ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, RBMNT-2012 nömrəli kredit müqaviləsi üzrə 28.473,46 (iyirmi səkkiz min dörd yüz yetmiş üç manat, qırx altı qəpik) AZN əsas, 5.316,50 (beş min üç yüz on altı manat əlli qəpik) AZN faiz, 995,97 (doqquz yüz doxsan beş manat doxsan yeddi qəpik) AZN dəbbə borcu, cəmi 34.785,93 (otuz dörd min yeddi yüz səksən beş manat, doxsan üç qəpik) AZN; xx.xx.2022-ci il tarixli, RBMNT-2075 nömrəli kredit müqaviləsi üzrə 8.345,50 (səkkiz min üç yüz qırx beş manat, əlli qəpik) AZN əsas, 1378 (bir min üç yüz yetmiş səkkiz manat) AZN faiz, 570,05 (beş yüz yetmiş manat beş qəpik) AZN dəbbə borcu, cəmi 10.293,55 (on min iki yüz doxsan üç manat əlli beş qəpik) AZN; xx.xx.2022-ci il tarixli, RBMNT-0304 nömrəli kredit müqaviləsi üzrə 35.134,31 (otuz beş min yüz otuz dörd manat otuz bir qəpik) AZN əsas, 5.213,12 (beş min iki yüz on üç manat on iki qəpik) AZN faiz, 2.249,85 (iki min iki yüz qırx doqquz manat səksən beş qəpik) AZN dəbbə borcu, cəmi 42.597,28 (qırx iki min beş yüz doxsan yeddi manat iyirmi səkkiz qəpik) AZN; xx.xx.2023-cü il tarixli, RBMNT-2207 nömrəli kredit müqaviləsi üzrə 12.470 (on iki min dörd yüz yetmiş) AZN əsas, 1.080 (bir min səksən) AZN faiz, cəmi 13.550 (on üç min beş yüz əlli) AZN, ümumilikdə 101.226,76 (yüz bir min iki yüz iyirmi altı manat, yetmiş altı qəpik) AZN məbləğində pulun tutularaq iddiaçı "xxxx" BANK OLMAYAN KREDİT TƏŞKİLATİ MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" BANK OLMAYAN KREDİT TƏŞKİLATİ MMC arasında xx.xx.2022-ci il tarixli, RBMNT-2012 nömrəli, xx.xx.2022-ci il tarixli, RBMNT-2075 nömrəli, xx.xx.2022-ci il tarixli, RBMNT-0304 nömrəli və xx.xx.2023-cü il tarixli, RBMNT-2207 nömrəli kredit müqavilələri bağlanılmışdır. Tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, RBMNT-2012 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh 36 ay müddətinə 29.000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdehə dəfələrlə yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, qeyd edilən kredit müqaviləsinin 3.4.2-ci bəndinin tələblərini yerinə yetirməmiş və kredit öhdəliyini lazımınca icra etməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, RBMNT-2012 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 28.473,46 (iyirmi səkkiz min dörd yüz yetmiş üç manat, qırx altı qəpik) AZN əsas, 5.316,50 (beş min üç yüz on altı manat əlli qəpik) AZN faiz, 995,97 (doqquz yüz doxsan beş manat doxsan yeddi qəpik) AZN dəbbə borcu, cəmi 34.785,93 (otuz dörd min yeddi yüz səksən beş manat, doxsan üç qəpik) AZN kredit borcu yaranmışdır. Tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, RBMNT- 2075 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh 24 ay müddətinə 9.500 manat məbləğində kredit verilmişdir. Lakin cavabdehə dəfələrlə yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, qeyd edilən kredit müqaviləsinin 3.4.2-ci bəndinin tələblərini yerinə yetirməmiş və kredit öhdəliyini lazımınca icra etməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, RBMNT2075 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 8.345,50 (səkkiz min üç yüz qırx beş manat, əlli qəpik) AZN əsas, 1378 (bir min üç yüz yetmiş səkkiz manat) AZN faiz, 570,05 (beş yüz yetmiş manat beş qəpik) AZN dəbbə borcu, cəmi 10.293,55 (on min iki yüz doxsan üç manat əlli beş qəpik) AZN kredit borcu yaranmışdır. Tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, RBMNT-0304 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh 24 ay müddətinə 38.600 manat məbləğində kredit verilmişdir. Lakin cavabdehə dəfələrlə yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, qeyd edilən kredit müqaviləsinin 3.4.2-ci bəndinin tələblərini yerinə yetirməmiş və kredit öhdəliyini lazımınca icra etməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, RBMNT-0304 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 35.134,31 (otuz beş min yüz otuz dörd manat otuz bir qəpik) AZN əsas, 5213,12 (beş min iki yüz on üç manat on iki qəpik) AZN faiz, 2249,85 (iki min iki yüz qırx doqquz manat səksən beş qəpik) AZN dəbbə borcu, cəmi 42.597,28 (qırx ikimin beş yüz doxsan yeddi manat iyirmi səkkiz qəpik) AZN kredit borcu yaranmışdır. Tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, RBMNT-2207 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh 1 ay müddətinə 36.000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdehə dəfələrlə yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, qeyd edilən kredit müqaviləsinin 3.4.2-ci bəndinin tələblərini yerinə yetirməmiş və kredit öhdəliyini lazımınca icra etməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, RBMNT2207 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 12.470 (on iki min dörd yüz yetmiş) AZN əsas, 1.080 (bir min səksən) AZN faiz, cəmi 13.550 (on üç min beş yüz əlli) AZN kredit borcu yaranmışdır. Poçt vasitəsilə yazılı xəbərdarlıqların (bildirişlərin) göndərilməsinə baxmayarq, cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, iddiaçı hesab edir ki, cababdeh Cavabdeh yuxarıda göstərilən kredit müqavilələri üzrə yaranmış borc məbləği tutularaq iddiaçı "xxxx" BANK OLMAYAN KREDİT TƏŞKİLATİ MMC-yə ödənilməlidir. Məhkəmə iclasında İddiaçı BOKT MMC-nin nümayəndələri Vəkil və Nümayəndə ayrıayrılıqda iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin elektron poçt vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - ABB ASC tərəfindən verilən xx.xx.2022-ci il tarixli məxaric orderinin surətindən görünür ki, Cavabdeh bank hesabına 38407 AZN pul məbləği köçürülmüşdür. - Cavabdeh ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RBMNT-0304 nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh faiz dərəcəsi 36 % оlmaqla 24 ay müddətinə, 38.600 manat məbləğində kredit verilmişdir. - İddiaçı BOKT MMC tərəfindən verilən ödəniş cədvəlinin surətindən görünür ki, 38600 AZN pul məbləğini illik 36 % dərəcəsi ilə 24 ay müddətinə hər ay 2279,23 manat, sonuncu ay isə 2279,61 manat ödəməyi öhdəsinə götürmüşdür. - Cavabdeh ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RBMNT-2075 nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh faiz dərəcəsi 36 % оlmaqla 24 ay müddətinə, 9.500 manat məbləğində kredit verilmişdir. - İddiaçı BOKT MMC tərəfindən verilən ödəniş cədvəlinin surətindən görünür ki, 9.500 AZN pul məbləğini illik 36 % dərəcəsi ilə 24 ay müddətinə hər ay 560,95 manat, sonuncu ay isə 562,95 manat ödəməyi öhdəsinə götürmüşdür. - Cavabdeh ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RBMNT-2012 nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh faiz dərəcəsi 36 % оlmaqla 36 ay müddətinə, 29000 manat məbləğində kredit verilmişdir. - İddiaçı BOKT MMC tərəfindən verilən ödəniş cədvəlinin surətindən görünür ki, 29000 AZN pul məbləğini illik 36 % dərəcəsi ilə 36 ay müddətinə ilk 3 ay 870 manat olmaqla, hər ay 1396,53 manat, sonuncu ay isə 1396,04 manat ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh RBMNT-2012 nömrəli kredit müqaviləsi üzrə banka xx.xx.2023-cü il tarixə olan borcu 28.473,46 manat əsas, 5.316,50 manat faiz və 995,97 manat məbləğində cərimə borcu olmaqla, cəmi 34.785,93 manat təşkil etmişdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh RBMNT-0304 nömrəli kredit müqaviləsi üzrə banka xx.xx.2023-cü il tarixə olan borcu 35.134,31 manat əsas, 5.213,12 manat faiz və 2.249,85 manat məbləğində cərimə borcu olmaqla, cəmi 42.597,28 manat təşkil etmişdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh RBMNT-2207 nömrəli kredit müqaviləsi üzrə banka xx.xx.2023-cü il tarixə olan borcu 12.470 manat əsas, 1.080 manat faiz borcu olmaqla, cəmi 13.550 manat təşkil etmişdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh RBMNT-2075 nömrəli kredit müqaviləsi üzrə banka xx.xx.2023-cü il tarixə olan borcu 8.345,50 manat əsas, 1378 manat faiz və 570,05 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10.293,55 manat təşkil etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8659 saylı rəyinə əsasən, xx.xx.2022-ci il tarixli. RBMNT-2012 nömrəli Kredit Müqaviləsi üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və “Regional" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RBMNT-2012 nömrəli Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; Maliyyə arayışı müddətinə, yəni xx.xx.2023-cü il tarixinə: - 28473,46 manat əsas borc, - 5345,42 manat faiz borcu. Rəyin verilmə müddətinə, yəni xx.xx.2024-cü il tarixinə: - 28473,46 manat əsas borc, - 9132,39 manat faiz borcu. xx.xx.2022-ci il tarixli. RBMNT-2075 nömrəli Kredit Müqaviləsi üzrə rəyin tədqiqat hissosindo göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və "Regional” Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RBMNT-2075 Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; Maliyyə arayışı müddətinə, yəni xx.xx.2023-cü il tarixinə: - 8345,52 manat əsas borc, - 1376,96 manat faiz borcu. Rəyin verilmə müddətə, yəni xx.xx.2024-cü il tarixinə: - 8345,52 manat əsas borc, - 2495,26 manat faiz borcu. xx.xx.2022-ci il tarixli, RBMNT-0304 nömrəli kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və “Regional" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RBMNT-0304 nömrəli Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən, Maliyyə arayışı müddətinə, yəni xx.xx.2023-cü tarixinə: - 35134,31 manat əsas borc, - 5248,87 manat borcu. Rəyin verilmə müddətə, yəni xx.xx.2024-cü il tarixinə: - 35134,31 manat əsas borc, - 9956,87 manat faiz borcu. xx.xx.2023-cü il tarixli, RBMNT-2207 nömrəli Kredit Müqaviləsi Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və Regional” Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RBMNT-2207 nömrəli Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; Maliyyə arayışı müddətinə, yəni xx.xx.2023-cü tarixinə: - 12470,0 manat əsas borc, - 4425,55 manat faiz borcu. Rəyin verilmə müddətə, yəni xx.xx.2024-cü il tarixinə: - 12470,0 manat əsas borc, - 6095,53 manat faiz borcu. - Cavabdeh ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RBMNT- 2075 nömrəli girov müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən “Girov qoyan” xüsusi mülkiyyət hüququ ilə özünə məxsus qızıl-zinət əşyalarını “Girov saxlayan” qarşısında girov ilə yüklü edir. - Cavabdeh ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RBMNT- 2012 nömrəli girov müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən “Girov qoyan” xüsusi mülkiyyət hüququ ilə özünə məxsus qızıl-zinət əşyalarını “Girov saxlayan” qarşısında girov ilə yüklü edir. - Cavabdeh ilə İddiaçı BOKT MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RBMNT-2207 nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh faiz dərəcəsi 36 % оlmaqla 1 ay müddətinə, 36000 manat məbləğində kredit verilmişdir. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı BOKT MMC Cavabdeh xx.xx.2023-cü il tarixli, RBMNT-2207 nömrəli kredit müqaviləsi üzrə yaranmış gecikmə borcunu ödəməsini 7 iş günü ərzində təmin etməsini xahiş etmişdir. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı BOKT MMC Cavabdeh xx.xx.2022-ci il tarixli, RBMNT-2012 nömrəli kredit müqaviləsi üzrə yaranmış gecikmə borcunu ödəməsini 7 iş günü ərzində təmin etməsini xahiş etmişdir. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı BOKT MMC Cavabdeh xx.xx.2022-ci il tarixli, RBMNT-2075 nömrəli kredit müqaviləsi üzrə yaranmış gecikmə borcunu ödəməsini 7 iş günü ərzində təmin etməsini xahiş etmişdir. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı BOKT MMC Cavabdeh xx.xx.2022-ci il tarixli, RBMNT-0304 nömrəli kredit müqaviləsi üzrə yaranmış gecikmə borcunu ödəməsini 7 iş günü ərzində təmin etməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, RBMNT-2012 nömrəli, xx.xx.2022-ci il tarixli, RBMNT-2075 nömrəli, xx.xx.2022-ci il tarixli, RBMNT-0304 nömrəli və xx.xx.2023-cü il tarixli, RBMNT-2207 nömrəli kredit müqavilələri bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iş üzrə mötəbər sübut olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8659 saylı ekspert rəyini əsas götürərək hesab edir ki, iddia tələbi kredit müqavilələri üzrə əsas borcun tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır. Müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Yuxarıda deyilənləri əsas götürüb faiz borcunun məbləğinə dair iddiaya münasibətdə qeyd olunmalıdır ki, Bank tərəfindən cavabdehə ünvanlanmış bildirişlərdən müəyyən olunur ki, iddiaçı cavabdehdən həmin kredit müqavilələri üzrə borc öhdəliyinin tam icra edilməsini tələb edərək, müqavilələri birtərəfli qaydada ləğv etdiyini bildirmişdir.(xx.xx.2023-cü il tarixli, RBMNT-2207 saylı kredit müqaviləsi istisna olmaqla) Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasındakı müqavilə münasibətlərinə elə həmin vaxt xitam verilmişdir. O da qeyd olunmalıdır ki, iddiaçı hazırda xx.xx.2023-cü il tarixli, RBMNT-2207 saylı kredit müqaviləsi üzrə cavabdehə ünvanlanmış bildirişdəki faiz borcunu tələb edir, ona görə də məhkəmə həmin məbləğdə faiz borcunun tutulmasını əsaslı hesab edir. Belə ki, təyin olunmuş xx.xx.2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, xx.xx.2023-cü il tarixə cavabdehin 4425,55 manat faiz borcu mövcuddur. Belə olan halda məhkəmə, Bank tərəfindən təqdim olunmuş maliyyə arayışını və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8659 saylı rəyini əsas götürərək hesab edir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində qismən əsaslıdır və cavabdehdən xx.xx.2022-ci il tarixli, RBMNT-2075 saylı kredit müqaviləsi üzrə faiz borcuna görə yaranmış 1344,60 manat, xx.xx.2022-ci il tarixli, RBMNT-2012 saylı kredit müqaviləsi üzrə faiz borcuna görə yaranmış 5117,21 manat, xx.xx.2022-ci il tarixli, RBMNT-0304 saylı kredit müqaviləsi üzrə faiz borcuna görə yaranmış 4967,21 manat, xx.xx.2023-cü il tarixli, RBMNT-2207 saylı kredit müqaviləsi üzrə faiz borcuna görə yaranmış 1.080 manat pul məbləği tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Mülki Məcəllənin 462.1 və 462.3-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə, cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq xx.xx.2022-ci il tarixli, RBMNT-2075 saylı kredit müqaviləsi üzrə 570,05 manat cərimənin miqdarının azaldılaraq 100 manat məbləğində, xx.xx.2022-ci il tarixli, RBMNT-2012 saylı kredit müqaviləsi üzrə 995,97 manat cərimənin miqdarının azaldılaraq 200 manat məbləğində, xx.xx.2022-ci il tarixli, RBMNT-0304 saylı kredit müqaviləsi üzrə 2249,85 manat cərimənin miqdarının azaldılaraq 500 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 391,23 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda 100 manat mühasibatlıq ekspertizasının xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, RBMNT-2012 nömrəli kredit müqaviləsi üzrə 28.473,46 manat əsas borc, 5117,21 manat faiz borcu, 200 manat dəbbə borcu; xx.xx.2022-ci il tarixli, RBMNT-2075 nömrəli kredit müqaviləsi üzrə 8.345,50 manat əsas borc, 1344,60 manat faiz borcu, 100 manat dəbbə borcu; xx.xx.2022-ci il tarixli, RBMNT-0304 nömrəli kredit müqaviləsi üzrə 35.134,31 manat əsas borc, 4967,21 manat faiz borcu, 500 manat dəbbə borcu; xx.xx.2023-cü il tarixli, RBMNT-2207 nömrəli kredit müqaviləsi üzrə 12.470 manat əsas borc, 1.080 manat dəbbə borcu olmaqla, cəmi 97732,29 (doxsan yeddi min yeddi yüz otuz iki manat, iyirmi doqquz qəpik) manat borc və 391,23 manat dövlət rüsumu İddiaçı BOKT MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, RBMNT-2012 nömrəli kredit müqaviləsi üzrə 28.473,46 manat əsas borc, 5117,21 manat faiz borcu, 200 manat dəbbə borcu; xx.xx.2022-ci il tarixli, RBMNT-2075 nömrəli kredit müqaviləsi üzrə 8.345,50 manat əsas borc, 1344,60 manat faiz borcu, 100 manat dəbbə borcu; xx.xx.2022-ci il tarixli, RBMNT- 0304 nömrəli kredit müqaviləsi üzrə 35.134,31 manat əsas borc, 4967,21 manat faiz borcu, 500 manat dəbbə borcu; xx.xx.2023-cü il tarixli, RBMNT-2207 nömrəli kredit müqaviləsi üzrə 12.470 manat əsas borc, 1.080 manat dəbbə borcu olmaqla, cəmi 97732,29 (doxsan yeddi min yeddi yüz otuz iki manat, iyirmi doqquz qəpik) manat borc və 391,23 manat dövlət rüsumu İddiaçı BOKT MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) hesabına keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-316/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-316/2024
30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver