Məhkəmə qərarları › İş №e-2(005)-3184/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3184/2022

23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3184/2022 23.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kreditin tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2296.21 manat əsas kredit borcu, 249.21 manat faiz borcu , həmçinin 45.86 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış 011CASA200630006 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2021-ci ilədək qaytarmaq və illik 19% faiz ödəmək şərti ilə 3400 AZN məbləğində kredit verilmişdir. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh2 İddiaçıSC-nə xx.xx.2022-ci il tarixə 2296,73 manat əsas, 249,21 manat faizlər üzrə kredit borcu qalmaqdadır. xx.xx.2020-ci il tarixli, 011FİZAM74726502 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 borcalan X2 ilə birgə məsuliyyət daşıyır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi zəruriyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 032CASA193470011 saylı xx.xx.2020-ci il il tarixli kredit sazişinə əsasən İddiaçı ASC Cavabdeh2 xx.xx.2021-ci il tarixədək illik 19% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3400 manat məbləğində kredit verməyi, Cavabdeh2 həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəlik götürmüşdür; 032CASA193470011 saylı xx.xx.2020-ci il tarixli kredit sazişinin ödəniş cədvəlinə əsasən Cavabdeh2 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı ASC-yə borcunu ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2022-ci il tarixli arayışa əsasən 032CASA193470011 saylı xx.xx.2020-ci il tarixli müqaviləyə uyğun olaraq Cavabdeh2 İddiaçı ASC-nə 2296,73 manat əsas, 249,21 manat faiz borcu olmaqla, cəmi 2545,94 manat borcu vardır; 19 may 2022-ci il tarixli pretenziya məktubundan müəyyən edilir ki, iddiaçı 3 bank iş günü ərzində borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehləri xəbərdar etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 İddiaçı ASC-dən xx.xx.2021-ci ilədək qaytarmaq və illik 19% faiz ödəmək şərti ilə 3400 AZN məbləğində kredit verilmiş götürmüş, Cavabdeh2 İddiaçı ASC-dən 3400 manat məbləğində pulu qəbul etmiş, kredit üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu qalmışdır. Cavabdeh1 borcalan X2 ilə birgə məsuliyyət daşıyır. Göründüyü kimi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit sazişi üzrə üzərinə götürdükləri öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borclarını saziş ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh2 və Cavabdeh1 onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliklərini icra etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MPM-in: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənildiyindən, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Cavabdeh2 və Cavabdeh1 kredit və zaminlik müqavilərindən irəli gələn öhdəliklərini lazımınca icra etməməsi tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından iddia tələbi əsas və faiz borcu hissəsində əsaslıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 032CASA193470011 saylı xx.xx.2020-ci il tarixli kredit sazişi üzrə Cavabdeh2 və Cavabdeh1 2296,21 manat məbləğində əsas borc, 249,21 manat məbləğində faiz borcu, həmçinin ödənilmiş 45,86 manat məbləğində dövlət rüsumunun dəyəri İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 032CASA193470011 saylı xx.xx.2020-ci il tarixli kredit sazişi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2296,21 (iki min iki yüz doxsan altı manat iyirmi bir qəpik) manat məbləğində əsas borc, 249,21 (iki yüz qırx doqquz manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu, həmçinin ödənilmiş 45,86 (qırx beş manat səksən altı qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar