Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-320/2023 31.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus “Toyota Highlander” markalı, ** NP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə yol nəqliyyat hadisəsi nəticəsində dəyən maddi ziyana görə 14785 manat pulun və 141 manat ödənilmiş dövlət rüsumun Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdeh olan Cavabdeh MMC-nin AE452043 BC sürücülük vəsiqəsinə əsasən sürücü X4 buraxılış ili-2007-ci il, 99 DY023 dövlət nömrə nişanlı “FORD TRANSİT” markalı nəqliyyat vasitəsini “Bakı şəhəri və ətraf qəsəbələr” üzrə idarə etməsi üçün seriya HCR, 016889 nömrəli, 02-30 iyun 2022-ci il tarixli yol vərəsi üzrə ona yük avtonəqliyyatı üçün yol vərəqəsi təqdim olunmuşdur. İddiaçı özünə məxsus “Toyota Highlander” markalı, ** NP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə xx.xx.2022-ci il tarixində, saat təxminən 15:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti istiqamətində hərəkətdə olan zaman sürücü X6 özünün idarə etdiyi “FORD TRANSİT” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtombili ilə ara məsafəsini pozaraq idarəetməni itirmiş, bu zaman özünün idarə etdiyi avtomobilinin ön hissəsində hərəkətdə olan İddiaçı məxsus “Toyota Highlander” markalı, ** NP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. Toqquşma zamanı iddiaçı idarə etdiyi avtomobilində tək olmuş, heç bir bədən xəsarəti almamış, lakin hadisə nəticəsində avtomobilinə xeyli maddi ziyan dəymişdir. Yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş maddi ziyan barəsində "xxxx" MMC servis xidməti tərəfindən xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktı tərtib olunmuşdur. Həmin qiymətləndirmə aktından da göründüyü kimi yol nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus “Toyota Hıghlander” markalı, ** NP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin zədələnmiş detalların təmiri ümumilikdə 14785.00 manat məbləğ təşkil edir. Yol nəqliyyat hadisəsi baş verən zaman alınmış izahatdan da aydın olur ki, X6 törətdiyi xətanı etiraf etmişdir. Lakin baş vermiş yol nəqliyyat hadisəsindən sonra iddiaçı cavabdehə avtomobilinin hadisə nəticəsində zədələnmiş detallarının təmiri üçün dəfələrlə müraciətlər etmiş, lakin cavabdeh buna heç bir məhəl qoymamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddiaya yazılı etirazla məhkəməyə müracət edərək, X3 idarə etdiyi ** DY *** dövlət nömrə nişanlı “FORD TRANSİT” markalı nəqliyyat vasitəsi X2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AD866276 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2007 olan «Ford Transit» yük markalı **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən X5 tərəfindən xx.xx.2025-ci il tarixinədək Cavabdeh MMC-yə icarəyə verilmişdir. Hazırki mübahisədən göründüyü kimi, zərərin mövcudluğu, həmin zərərin sürücü X3 hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu, zərərlə nəticə arasında səbəbli əlaqənin olduğu sübuta yetir. Mülki Məcəllənin 1108.2-ci maddəsinin tələbləri baxımından idiaçının tələbini əsassız hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh MMC tərəfindən X4 «Ford Transit» yük markalı **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yol vərəqəsi əsasında istifadəyə verilmişdir. Həmin yol vərəqəsi qeyd olunan hadisə baş verən vaxt qüvvədə olmuşdur. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq cavabdeh şəxs kimi CavabdehMMC-ni iş icraatından çıxararaq cavabdeh şəxs kimi X3 işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, “Toyota Highlander” markalı, ** NP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. HCR, 016889 nömrəli, 02-30 iyun 2022-ci il tarixli yol vərəsindən aydın olur ki, Cavabdeh MMC-nin AE452043 BC sürücülük vəsiqəsinə əsasən sürücü X4 buraxılış ili- 2007-ci il, 99 DY023 dövlət nömrə nişanlı “FORD TRANSİT” markalı nəqliyyat vasitəsini “Bakı şəhəri və ətraf qəsəbələr” üzrə idarə etməsi üçün yük avtonəqliyyatı üçün yol vərəqəsi təqdim olunmuşdur. xx.xx.2022-ci il tarixli TP- ******* №-li İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 AR İXM-nin 327.1-ci maddəsinə əsasən təqsirli bilinərək, 40 manat məbləğində İnzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2023-cü il tarixli, 9/8744 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Toyota Highlander” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13695,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsin əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında müəyyənləşdirilən hüquqi mövqeyə əsasən, İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materiallarını əsas götürülməklə iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya dəymiş ziyanı qarşılamaq Cavabdeh MMC-nin üzərinə düşür. Belə ki, yol-nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh MMCnin verdiyi yük avtonəqliyyatı üçün yol vərəqəsi əsasında X6 99 DY023 dövlət nömrə nişanlı “FORD TRANSİT” markalı nəqliyyat vasitəsini idarə edərkən İddiaçı məxsus avtomobilə ziyan vurmuşdur. İddiaçı ona avtomobilə dəymiş ziyanın əvəzini cavabdehdən tələb etsə də, cavabdeh dəymiş ziyanın əvəzini ödəməkdən yayınmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2023-cü il tarixli, 9/8744 nömrəli ekspert rəyində zərərin həcmi 13695 manat müəyyən edildiyi qeyd edilmişdir. Məhkəmə ekspert rəyini qanunvericiliyə zidd verildiyini göstərən heç bir hal müəyyən etmədiyindən hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq ekspert rəyində göstərilmiş məbləğ ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC tərəfindən iddiaçıya məxsus “Toyota Highlander” markalı, ** NP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 13695 manat pul Cavabdeh MMC-dən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh MMC-dən tutularaq, 100 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən tərəfindən İddiaçı məxsus “toyota highhandler” markalı, 99NP900 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 13695 manat pul Cavabdeh MMC-dən alınaraq İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdeh İsrafiloğlu mmcdən qaydada tutularaq, 100 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-320/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-320/2023
31.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver