Məhkəmə qərarları › İş №e-2(005)-3210/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3210/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3210/2024 17.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 aprel 2024-cü il tarixli, 324/SM-24 saylı kredit müqaviləsinə əsasən, əsas borc 2834,78 (iki min səkkiz yüz otuz dörd manat yetmiş səkkiz qəpik) manat kredit borcu həmçinin 49 (qırx doqquz) manat, dövlət rüsumu olmaqla cəmi 2883.78 (iki min səkkiz yüz səksən üç manat, yetmiş səkkiz qəpik) manat məbləğin Cavabdeh tutularaq “X4 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 aprel 2024-cü il tarixli, 324/SM-24 saylı istehlak kredit xətti müqaviləsi üzrə "xxxx" MMC Cavabdeh 50.000 ( əllimin ) manat məbləğində kredit xətti verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMCtərəfindən 19 aprel 2024-cü il tarixli 324/SM-24 saylı kredit xətti müqaviləsinə əlavə 01-ə sasən 22000 (iyirmi iki min) manat, 24 aprel 2024-cü il tarixli 324/SM-24 saylı kredit xətti müqaviləsinə əlavə 02-yə əsasən isə 20000 (iyirmi min) manat Cavabdeh ayrılaraq verilmişdir. Cavabdehkredit öhdəliyini vaxtında və lazımi şəkildə icra etməmiş, nəticədə "xxxx" MMC-yə 39109 (otuz doqquz min bir yüz doqquz) manat, 78 (yetmiş səkkiz) qəpik kredit borcu yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası MPMnin 149.2.4-cü maddəsinin tələblərinə əsasən yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair Pretenziya (Bildiriş) göndərilməsinə baxmayaraq cavabdeh buna məhəl qoymamış, "xxxx" MMC qarşısında öhdəliklərini icra etməməyə davam etmişdir. "xxxx" MMC tərəfindən 19 aprel 2024-cü il tarixli, 324/SM-24 saylı kredit və girov müqaviləsinə əsasən 5 iyul 2024-cü il tarixində Cavabdeh məxsus girov predmeti hərrac vasitəsi ilə satılmış, satışdan əldə edilmiş 36275 (otuz altı min iki yüz yetmiş beş) manat məbləğində pul vəsaiti Cavabdeh "xxxx" MMCyə olan borcunun ödənilməsinə yönəldilmişdir. Bundan sonra Cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış 19 aprel 2024-cü il tarixli, 324/SM- 24 saylı kredit müqaviləsi üzrə əsas borc 2834 (iki min səkkiz yüz otuz dörd) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində olmaqla kredit borcu yaranmışdır. "xxxx" MMC ilə Cavabdeharasında bağlanmış 19 aprel 2024-cü il tarixli, 324/SM-24 saylı kredit müqaviləsi üzrə 30 faizlə kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktikisayına görə hər gün illik faiz hesablanır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş, lakin iddiaçı “elektron məhkəmə” informasiya sistemi vasitəsilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatlarını, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 aprel 2024-cü il tarixli, 324/SM- 24 saylı istehlak kredit xətti müqaviləsi üzrə "xxxx" MMC Cavabdeh 50.000 ( əllimin ) manat məbləğində kredit xətti verməyi öhdəsinə götürmüşdür. - 24 aprel 2024-cü il tarixli 324/SM-24 saylı kredit xətti müqaviləsinə əlavədən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 324/SM-24 saylı kredit müqaviləsindən 20000 manat ayrılmışdır. - xx.xx.2024-cü il tarixli girov müqaviləsindən görünür ki, Cavabdeh məxsus olan qızıl-zinət əşyaları girov qoyulmuş, girov predmetinin ümumi dəyəri və məhkəmədən kənar ilkin satış qiyməti tərəflər arasında 32204 manat məbləğində qiymətləndirilməsi razılaşdırılır. - "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, ona məxsus girov predmeti hərrac vasitəsi ilə satışa çıxarılacaq, satışından əldə edilən pul vəsaiti kredit borcuna yönələcək, məbləğ artıq qalacağı halda bank hesabına yatıralacaq, kredit borcunuza kifayət etməyəcəyi halda isə qanunvericiliyə uyğun qaydada ondan tutulması üçün məhkəməyə müracət ediləcəkdir. xx.xx.2024-cü il tarixdə saat 15:00-da "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 4A ünvanında yerləşən Baş ofisində hərrac keçiriləcəkdir. - "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, o kredit müqaviləsi üzrə borcu olan 2834,78 manat borcun 10 gün ərzində ödənilməsi barədə xəbərdar olunmuşdur; - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 2834,78 manat əsas borcu yaranmışdır; - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 49 manat məbləğində dövlət rüsumu ödənilmişdir; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 19 aprel 2024-cü il tarixdə 324/SM-24 nömrəli istehlak kreit xətti müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı 50000 manat məbləğində kredit xətti verməyi öhdəsinə götürmüşdür.Krdit müqaviləsinin şərtlərinə əsasən kreditdən istifadə müddəti 12 ay müəyyən edilmiş, kredit üzzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 30 faiz hesablanır. 29 aprel 2024-cü il tarixdə tərəflər arasında № 83154 saylı girov müqaviləsi imzalanır. Müqaviləyə əsasən Cavabdeh məxsus, ümumi dəyəri və məhkəmədən kənar ilkin satış qiyməti tərəflər arasında 32204 manat məbləğində qiymətləndirilən 12 adda qızıl zinət əşyaları kredit müqaviləsinin təminatı olaraq girov saxlayanda – iddiaçıda saxlanılması razılaşdırılır. Müqavilənin 2.4-cü bəndinə əsasən borc alan kredit müqaviləsi üzrə iddiaçı qarşısında öz öhdəliklərini yerinə yetirmədikdə girov qoyulmuş əmlak bütövlükdə MMC-nin balansına keçir, müştərinin iştirakı və razılığı olmadan MMC-nin razılığı əsasıda topdan və pərakəndə şəkildə satıla bilər, satışdan əldə edilmiş vəsait MMC-nin hesabına mədaxil olunur və həmin vəsait kreditin, ona hesablanmış faizlərin və gecikdirilmiş günlərin sayına görə hesablanmış dəbbə borclarından artıq olduqda həmin məbləğ borc alana qaytarılır. 19 aprel 2024-cü il tarixdə tərəflər arasında 324/SM-24 saylı kredit xətti müqaviləsinə əlavə 01 saylı müqavilə imzalanır. Müqaviləyə əsasən Cavabdeh kredit xətti müqaviləsindən 22000 manat ayrılır. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklə icra edilmədiyindən 39109 manat məbləğində borcu yaranmış, tərəfə bildiriş ünvanlanaraq borcun girov predmetinə yönləndiriləcəyi və əşyaların hərracdan satılacağı barədə məlumat verilmişdir. 05 iyul 2024-cü il tarixdə hərrac keçirilmiş və girov predmeti 36274,94 manata X1. Hesabdan çıxarışdan görünür ki, həmin məbləğ cavabdehin borcunun ödənilməsinə yönləndirilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək qalan 2834,78 manat məbləğində borcun tutulmasını xahiş edir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 298.3-cü maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. “Daşınar əşyanın yüklülüyü haqqında" AR Qanununun 16.1.-ci maddəsinə əsasən, yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər. İddia tələbinin qanuni əsaslarından biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 aprel 2024-cü il tarixli, 324/SM- 24 saylı kredit müqaviləsinə əsasən, əsas borc 2834,78 (iki min səkkiz yüz otuz dörd manat yetmiş səkkiz qəpik) manat kredit borcu həmçinin 49 (qırx doqquz) manat, dövlət rüsumu olmaqla cəmi 2883.78 (iki min səkkiz yüzsəksən üç manat, yetmiş səkkiz qəpik) manat məbləğin Cavabdeh tutularaq “X4 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 aprel 2024-cü il tarixli, 324/SM-24 saylı kredit müqaviləsinə əsasən, 2834,78 (iki min səkkiz yüz otuz dörd manat yetmiş səkkiz qəpik) manat məbləğində pul Cavabdeh tutularaq “X4 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilsin. Mülki iş üzrə ödənilmiş 49 (qırx doqquz) manat dövlət rüsumu Cavabdeh tutularaq “X4 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar