Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3258/2025 09.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 420.120 manat maddi zərər, 10.000 manat mənəvi zərər olmaqla, ümumilikdə 430.120 manat vəsait, 721 manat dövlət rüsumu, 520 manat vəkilə ödənilmiş və 350 manat "xxxx" Qiymətləndirmə və konsaltinq şirkətinə ödənilmiş vəsaitin Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı qardaşı X3 bina inşa edən Cavabdeh2 ünvan 1 ünvanında bina tikdirdiyini (şirkətinin adı Cavabdeh1 MMC) onunla danışıldığını, 90.000 ABŞ dollarına 3 otaqlı 155,6 kv.m mənzili razılaşdığını bildirməsi üzrə 90.000 ABŞ dolları Cavabdeh2 verilmiş və onun göstərişi ilə ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 155,6 kv.m-dən ibarət olan 37 saylı 3 otaqlı mənzilin alqı-satqısı üzrə Cavabdeh1 MMC arasında xx.xx.2009-cu il tarixli müqavilə bağlanmışdır. Lakin müqavilədə həmin günün məzənnəsinə uyğun 62.240 manat qeyd edilmişdir. Həmin mənzilin dəyəri ödənildiyindən və MTK tərəfindən Maliyyə arayışı verilmişdir. Belə ki, Maliyyə arayışına əsasən ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 155,6 kv.m-dən ibarət olan 37 saylı 3 otaqlı mənzil Cavabdeh1 MMC-yə məxsusdur. ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 155,6 kv.m-dən ibarət olan 37 saylı 3 otaqlı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir (62.240 manat) və onun Cavabdeh1 MMC-yə borcu yoxdur. xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin dəyərini tam ödədikdən sonra İddiaçı təhvil verəcəyini öz üzərinə götürür. Lakin Cavabdeh1 MMC həmin qeyri-yaşayış sahəsinin təhvil vermədiyi üçün iddiaçı 05 avqust 2021-ci il tarixində Cavabdeh1 MMC-yə qarşı “əmlakın təhvil verilməsi” tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə prosesində aydın olmuşdur ki, cavabdeh həmin mənzili eyni zamanda başqa üçüncü şəxs X1. Tərəfindən iddia tələbi dəyişdirilərək “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və əmlakın təhvil verilməsi” məhkəmədən tələb edilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-6436/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində, ümumi sahəsi 155,6 kv.metr olan 3 otaqlı, 37 saylı mənzilə dair cavabdehlər "xxxx" MMC ilə X7 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və cavabdeh X4 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışı ləğv edilmiş və ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində, ümumu sahəsi 155,6 kv.m. olan 3 otaqlı, 37 saylı mənzil cavabdehlər Cavabdeh1 MMC və X7 tərəfindən İddiaçı təhvil verilməsi və mənzilə girişlə bağlı maneələrin yaradadılması cavabdehlərə qadağan edilməsi qət edilmişdir. Sözügedən qətnamədən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1431/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6436/2021 saylı iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılması və İddiaçı Cavabdeh1 MMC-yə və X5 qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və əmlakın təhvil verilməsi” tələbləri təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən tərəfindən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin 2(102)-2915/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1431/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, cavabdehlər tərəfindən əmlakın təhvil verilməsi (verə bilməsi) texniki cəhətdən mümkün deyil. Bu səbəbdən də hesab edir ki, cavabdehlər Cavabdeh1 MMC və onun təsisçisi Cavabdeh2 ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində, ümumi sahəsi 155,6 kv.metr olan 3 otaqlı, 37 saylı mənzili 2 ayrı-ayrı şəxslərə satmaqla iddiaçıya külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. İddiaçının illərlə mənzil əldə etmək üçün topladığı vəsaitləri iddiaçını aldatmaqla ələ keçirmişlər. İddiaçını 16 il mənzilsiz qoymuşlar. İddiaçı 16 il bundan əvvəl mənzil əldə etməsinə baxmayaraq, hal-hazırda ailəsi ilə birlikdə kirayə yaşamaqdadır. Məhkəmənin diqqətinə çatdırır ki, Bakı şəhəri, F.Bayramov küçəsində olan tikililərdə mənzillərin hər bir kv.metri 2.700 manat təşkil edir. 155,6 kv.m x 2.700 manat = 420.120 manat. Belə ki, İddiaçı ilə "xxxx" Qiymətləndirmə və konsaltinq şirkəti arasında xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 3 saylı yaşayış binasının 37 saylı mənzilinin bazar dəyərinin müəyyən edilməsi barədə müqavilə bağlanmışdır. "xxxx" Qiymətləndirmə və konsaltinq şirkətinin xx.xx.2025-ci il tarixli mütəxəssisi rəyinə əsasən ünvan 2 ünvanında yerləşən 3 saylı yaşayış binasının 37 saylı mənzilinin bazar dəyəri 420.120 manat təşkil etmişdir. Bundan başqa, mənzil 2009-cu ildə əldə edilmişdir. Mənzil 2 il ərzində təhvil verildiyi halda həmin mənzildə yaşamaq şəraiti yaradıla bilərdi. Lakin Cavabdeh2 2 ilə təhvil veriləcək yalan vədinə inanan iddiaçı illərlə topladığı vəsaitini ona ödəmişdir. Qeyd edilən müqavilənin üstündən 16 il keçməsinə baxmayaraq mənzil təhvil verilməyib. Bu azmış kimi mənzili 2-ci şəxsə satmışdır. Bundan başqa, hesab edir ki, cavabdehlər tərəfindən iddiaçıya mənəvi zərər də vurulmuşdur. Mənəvi zərərə görə 10000 manat cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Əldə etdiyi məlumatlara görə cavabdeh binanı təhvil vermədiyinə və ikili satışlar həyata keçirdiyi üçün məsuliyyətə cəlb edilmiş, barəsində məhkəmə hökmü çıxarılmışdır. Lakin həmin cinayət işi üzrə iddiaçı zərərçəkmiş kimi tanınmamışdır. Səbəb isə Cavabdeh2 digər alıcını gizlətməsi olmuşdur. İddiaçı bilməmişdir ki, onun mənzili 2-ci şəxsə də satılıb. Cavabdeh2 iddiaçını və digər şəxsləri aldadaraq külli miqdarda gəlir götürmüşdür. Tərəfindən Cavabdeh2 əməllərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət edilmiş və iş icraata qəbul edilərək araşdırılmaqdadır. Hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən 420.120 manat maddi + 10.000 manat mənəvi = ümumilikdə 430.120 manat tutularaq İddiaçı ödənilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlərdən 389.000 manat maddi vəsaitin, 721 manat dövlət rüsumu və 520 manat vəkilə ödənilmiş vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı cavabdehlər tərəfindən həqiqətən aldadılıb, cavabdehlər bir çox şəxsləri aldatmışdır. Xüsusən də Cavabdeh2 bu işdə rolu çox olmuşdur. Belə ki, MMC-nin faktiki rəhbəri kimi çıxış edəərk, çoxsaylı belə əməllərə yol verdiyindən, korrupsiya ilə mübarizə idarəsinə sakinlərin müraciəti əsasında cinayət işi başlanılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavabdeh2 əməllərinə hüquqi qiymət verilmişdir. İddiaçı uzun illər mənzilin ona təhvil verilməsini gözləmişdir. Sonradan məlum olmuşdur ki, mənzil başqa şəxsə satılıb. Ekspert rəyinə uyğun olaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 MMC-nə və Cavabdeh2 məhkəmə iclasının vaxtı yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdirlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında məhkəməyə ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehlərin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. Məhkəmə işdə cavabdehə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə sənədlərinin rəsmən verilmiş hesab olunduğunu, iddiaçının işə qiyabi icraatda baxılmasına razılığın olmasını nəzərə alaraq işə qiyabi icraatda baxılması barədə qərardad qəbul etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı Cavabdeh1 MMC ilə alıcı İddiaçı arasında bağlanılmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 155,6 kv.m-dən ibarət olan 37 saylı 3 otaqlı mənzili alıcıya təhvil verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzilin haqqını (62.240 manat) vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, İddiaçı Cavabdeh1 MMC-nə məxsus ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 155,6 kv.m-dən ibarət olan 37 saylı 3 otaqlı mənzilin dəyərini tam ödəmişdir və borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2915/2022 nömrəli xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 1431/2022 nömrəli mülki iş üzrə 03 fevral 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan həmçinin görünür ki:
1. Cavabdeh1 (direktor X8) (satıcı) və İddiaçı (alıcı) arasında 13 iyul 2009-cu il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən satıcı, ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 155,6 kv.metr olan 3 otaqlı 37 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) alıcıya təhvil verməyi, alıcı isə bunun müqabilində mənzilin hər kvadratmetrinə görə 400 manat olmaqla, cəmi 62 240 manatı MMC-yə ödəməyi öhdəsinə götürmüş, əmlakın dəyərinin tam ödənildiyinə dair ona tarixi göstərilməyən maliyyə arayışı verilmişdir.
2. İddiaçı ilə bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin predmetini təşkil edən mənzil Cavabdeh1 MMC-nin direktoru X8 ilə X7 arasında bağlanmış 26 yanvar 2008-ci il tarixli müqavilə əsasında sonuncuya satılmış, müqavilədə mənzilin hər kvadratmetrinin dəyərinin 800 manat, ümumi dəyərinin 124.480 manat olduğu razılaşdırılmış və həmin məbləğin 40 000 manatının əvvəlcədən ödənildiyi göstərilmiş, xx.xx.2008-ci il tarixdə Vəfa İsgəndərova qalıq 84 480 manatı ödəmiş və bununla bağlı ona kassa mədaxil orderi verilmiş, həmin tarixdə tərtib olunmuş maliyyə arayışında onun mənzilə görə borcunun qalmadığı qeyd edilmişdir.
3. xx.xx.2017-ci il tarixdə Cavabdeh1 MMC və X9 arasında 286 saylı müqavilə bağlanmış, müqavilədə Vəfa İsgəndərova ilə bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin predmeti olan mənzilin ona təhvil verildiyi göstərilməklə mənzilin istismar qaydaları ilə bağlı hüquq və vəzifələr müəyyənləşdirilmişdir. Mübahisəli mənzil X2 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.
8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, mübahisəli mənzilə dair cavabdehlər Cavabdeh1 MMC ilə X7 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və cavabdeh X4 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, mübahisəli mənzilin cavabdehlər tərəfindən iddiaçıya təhvil verilməsi və mənzilə girişlə bağlı maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi qət edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1431/2021 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. İş materiallarında olan "xxxx" MMC Qiymətləndirmə və Konsaltinq şirkətinin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2025-ci il tarixli 0094/25 nömrəli hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən 3 saylı yaşayış binasının 37 saylı mənzilin xx.xx.2025-ci il tarixinə olan dəyəri 420.120 manat təşkil edir. İş materiallarında olan “X12” MMC-nin SEM-02-012/2025 nömrəli xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində olan 3 otaqlı 155,6 kv.metr mənzilin dəyəri 389.000 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 155,6 kv.m-dən ibarət olan 37 saylı 3 otaqlı mənzili cavabeh iddiaçıya təhvil verməyi, iddiaçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzilin haqqını (62.240 manat) vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, iddiaçı müqavilə ilə nəzərdə tutulmuş əsas öhdəliyini yerinə yetirərək, mənzilin pay dəyərini cavabdehə ödəmiş, cavabdeh MMC tərəfindən iddiaçıya borcunun olmaması ilə bağlı maliyyə arayışı təqdim edilmişdir. Sonradan cavabdeh iddiaçıya mənzili təhvil vermədiyi üçün iddiaçı məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2915/2022 nömrəli xx.xx.2025-ci il tarixli yekun qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1431/2022 nömrəli mülki iş üzrə 03 fevral 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin qüvvədə saxlanılan həmin qətnaməsi ilə müyyən edilmişdir ki, tərəflər, mənzilin Vəfa İsgəndərovaya təhvil verildiyini, mənzilin onun tərəfindən təmir olunduğunu və ailəsi ilə birlikdə 2018-ci ildən (özünün bildirməsinə görə 2017-ci ildən) etibarən orada yaşadığını mübahisələndirmirlər. İşdən müəyyən olunur ki, Vəfa İsgəndərova ilə “Azəriqaz” İB arasında xx.xx.2018-ci il tarixdə qazın alqı-satqısı ilə əlaqədar müqavilə bağlanaraq mənzilə qaz sayğacı quraşdırılmış, xx.xx.2020-ci il tarixdə "xxxx" MMC ilə “Nəzarət sistemlərinin təmiri və servisi üzrə texniki xidmət müqaviləsi” bağlanmış, mənzilə telefon çəkdirilmiş, "xxxx" ASC ilə müqavilə bağlanmış, kommunal xidmətlərə görə ödənişlər həyata keçirilmişdir. Beləliklə, işin müəyyən olunmuş hallarına görə İddiaçı MMC-dən tələb etdiyi mənzilə dair ilk müqavilə xx.xx.2008-ci il tarixdə X7 ilə bağlanmış, həmin müqavilə əsasında mənzil 2017-ci ildə Vəfa İsgəndərovaya təhvil verilmiş və onun mülkiyyətinə keçirilmişdir. İddiaçı MMC ilə bağlamış olduğu xx.xx.2009-cu il tarixli müqaviləyə istinad etməklə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 152-ci və 385.1-ci maddələrinə əsaslanmış, cavabdehin (Cavabdeh1 MMC-nin) müqavilə öhdəliklərini icra etmədiyini irəli sürmüşdür. Yuxarıda qeyd olunduğu kimi, onunla həmin MMC arasında müqavilə bağlandığı zaman Vəfa İsgəndərova ilə daha əvvəl bağlanmış müqavilə qüvvədə olmuş, mənzil bu müqavilə əsasında sonuncunun sahibliyinə verilmişdir. Başqa sözlə, MMC iddiaçının istinad etdiyi müqavilənin predmeti olan əmlakla bağlı əqd bağlamaq səlahiyyəti olmadığı halda onunla müqavilə bağlamış, həmin MMC ilə İddiaçı daha əvvəl müqavilə bağlayaraq əmlakı təhvil almış şəxsin müqaviləsinin həmin dövrdə ləğv olunduğu və ya etibarsız hesab edildiyi isə müəyyən olunmamışdır. Göründüyü kimi, iddiaçı mənzil almaq niyyət ilə cavabdehlə müqavilə bağlamasına baxmayaraq, mənzil ona təhvil veriləmişdir. Aralarında bağlanmış müqavilə isə etibarsız hesab edilməmiş, yaxud ləğv olunmamışdır. İddiaçının mənzil almaq niyyəti ilə ödədiyi pul vəsaiti isə ona qaytarılmamış, hazırkı vaxtda o, mənzildən məhrum olduğu kimi, mənzilə görə 2009-cu il tarixdə ödədiyi pulla hazırda eyni yerdən, eyni ölçülərdə mənzil alması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.2-ci maddəsinə əsasən, öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2-ci maddəsinə əsasən, öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. 445.2-ci, 445.2.1-ci və 445.2.2-ci maddələrinin tələblərinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 452-ci maddəsinə əsasənfərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğısatqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə qeyd edir ki, İddiaçı ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 155,6 kv.m-dən ibarət olan 37 saylı 3 otaqlı mənzilə görə 2009-cu ildə 62.240 manat pul məbləği ödəmişdir. Bağlanmış müqavilələrin qanunun tələblərinin pozulması və ya hər hansı digər məqsədlə bağlanması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı müqavilə üzrə öhdəliklərini tam icra edərək, mənzilin dəyərini tam şəkildə ödəmiş, cavabdeh MMC isə müqavilə üzrə öhdəliklərini icra etməmiş, mənzil iddiaçıdan daha əvvəl başqa şəxslə bağlanmış müqaviləyə əsasən həmin şəxsə təhvil verilmişdir. Nəticədə iddiaçının hüquqları pozulmuş, o, almaq niyyətində olduğu mənzildən məhrum olmuş, uzun illər keçməsinə baxmayaraq, onun bu hüququ bərpa olunmamışdır. Hazırda isə iddiaçının mənzilə ödədiyi pul vəsaitinin dəyəri eyni mənzili almaq qabiliyyətinə malik olmadığı üçün iddiaçı mənzilin dəyərinin “X12” MMC-nin SEM-02-012/2025 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyinə uyğun olaraq 389.000 manat tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 389.000 manat iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinə daxil olan 721 manat dövlət rüsmunun əvəzi və 520 manat vəkilə ödədiyi pulun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 389.000 manat maddi zərərin əvəzi, 721 manat ödənilmiş dövlət rüsumunun əvəzi və 520 manat vəkilə ödədiyi xidmət haqqının əvəzi tutularaq, İddiaçı ödənilməlidir. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Solmaz Ədilova