Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3267/2024 10.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “X1 Azərbaycan” QSC-nin xeyrinə 102.30 (yüz iki manat 30 qəpik) manat məbləğində maddi zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2013-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş xx.xx.2021-ci il tarixli, e-2(005)- 1083/2021 saylı Məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “Azcollect MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixindəki 50 manat, xx.xx.2022-ci il tarixindəki 50 manat, xx.xx.2022-ci il tarixindəki 50 manat, xx.xx.2022-ci il tarixindəki 50 manat, xx.xx.2022-ci il tarixindəki 50 manat, xx.xx.2022-ci il tarixindəki 50 manat, xx.xx.2022-ci il tarixindəki 50 manat, xx.xx.2023-cü il tarixindəki 50 manat, xx.xx.2023-cü il tarixindəki 50 manat, xx.xx.2023-cü il tarixindəki 50 manat, xx.xx.2023-cü il tarixindəki 50 manat, xx.xx.2023-cü il tarixindəki 50 manat, xx.xx.2023-cü il tarixindəki 50 manat, xx.xx.2023-cü il tarixindəki 32 manat məbləğİndəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC -yə 102.30 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC -yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yəödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 102.30 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit kart müqaviləsinin 4.19-cu bəndində qeyd edilmişdir ki «bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq vəya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqixidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. İddia tələblərini bir iddia ərizəsində birləşdirməklə bağlı isə onu qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2013-cü il qərarında isə qeyd olunur ki, iddia tələblərinin bir icraatda birləşdirilməsi o halda mümkündür ki, tələblərin xarakterinə, qarşılıqlı əlaqəsinə, ümumi sübutların mövcudluğuna görə mübahisənin tez və düzgün həlli imkanı olsun. Bu halda tələblərin birləşdirilməsinin əsas şərtlərindən biri tələblərin mübahisənin predmetinə aid olmasıdır. Mübahisənin predmeti mübahisənin obyektindən daha geniş şərh olunaraq onun maddi obyekti ilə yanaşı, subyektiv tələbin xarakterini də əhatə edir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, Cavabdeh bildirişi xx.xx.2024-cü il tarixdə şəxsən qəbul etmiş, bununla belə, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasına qərara gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. -284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış Bank hesabı, debet kartı və zaminlik haqqında qarışıq kredit müqaviləsindən müəyyən edilir ki, bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq vəya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqixidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. - Bakı şəhəri Nərimanov rayon Məhkəməinin xx.xx.2021-ci il tarixli, e-2(005)- 1083/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh əsas məbləğ üzrə borc 464.53 AZN (dörd yüz altmış dörd manat, əlli üç qəpik), faiz borcu 27.13 AZN (iyirmi yeddi manat, on üç qəpik) cərimə borcu 98.59 AZN (doxsan səkkiz manat, əlli doqquz qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 57.55 AZN (əlli yeddi manat, əlli beş qəpik), poçt xərcləri 3.40 AZN (üç manat, qırx qəpik), cəmi borc 651.20 AZN (altı yüz əlli bir manat, iyirmi qəpik) manat məbləğində kredit kartı borcu və dövlət büdcəsinə köçürülmüş 30 AZN (otuz manat) dövlət rüsumu "xxxx" QSC-nin xeyrinə tutulması qət edilmişdir. - İddiaçı “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında başlanmış xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsindən görünür ki, müqavilə istehlak kreditləri, Kredit Kartları və ya Kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Büro Bankın məhkəmə və digər instansiyalarda həyata keçiriləcək məhkəmə və icra işlərini son dərəcə diqqətlə və səylə aparır və sürətlə sürətlə yekunlaşdırmaqla həyata keçirir. Müqavilənin 5.1.1.-ci bəndinə əsasən, bank, Müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənilməsindən) cəmi 15% (on beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). - “X1 Azərbaycan” QSC tərəfindən xx.xx.2024-cü il Cavabdeh göndərilmiş Bildirişdən (pretenziya) görünür ki, borcludan 5 iş günü müddətində yaranmış 102.30 (yüz iki manat 30 qəpik) manat məbləğində xidmət haqqını ödəməyi tələb olunur. - “X1 Azərbaycan” QSC-nin maliyyə arayışından görünür ki, iddiaçı “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında başlanmış xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə uyğun olaraq Cavabdeh tərəfindən ödənilən xx.xx.2013-cü il tarixli kart krediti müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2023-cü il tarixdə 682 manat məbləğindəki borc "xxxx" MMC vasitəsilə təmin edildiyindən “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 102.30 (yüz iki manat 30 qəpik) manat məbləğində xidmət haqqı ödənilmişdir. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - xx.xx.2023-cü il tarixli, ********** №-li mədaxil qəbzinin surətindən görünür ki, “X1 Azərbaycan” QSC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından müəyyən olunur ki, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında xx.xx.2021-cı il tarixli "Hüquqi xidmət haqqında" müqavilə bağlanmışdır. Bakı Şəhəri Nərimanov rayon Məhkəməinin xx.xx.2021-ci il tarixli, e-2(005)-1083/2021 saylı qətnaməsi ilə Cavabdeh əsas məbləğ üzrə borc 464.53 AZN (dörd yüz altmış dörd manat, əlli üç qəpik), faiz borcu 27.13 AZN (iyirmi yeddi manat, on üç qəpik) cərimə borcu 98.59 AZN (doxsan səkkiz manat, əlli doqquz qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 57.55 AZN (əlli yeddi manat, əlli beş qəpik), poçt xərcləri 3.40 AZN (üç manat, qırx qəpik), cəmi borc 651.20 AZN (altı yüz əlli bir manat, iyirmi qəpik) manat məbləğində kredit kartı borcu və dövlət büdcəsinə köçürülmüş 30 AZN (otuz manat) dövlət rüsumu "xxxx" QSC-nin xeyrinə tutulması qət edilmişdir. "xxxx" MMC tərəfindən göstərilən hüquqi yardım nəticəsində, məbləğin “X1 Azərbaycan” QSC-yə ödənilməsi təmin edilmişdir. Göstərdiyi hüquqi yardıma görə “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMCyə 102,30 manat məbləğində xidmət haqqı ödənilmişdir. Hazırda “X1 Azərbaycan” QSC "xxxx" MMC-yə ödədiyi 102,30 manat məbləğində xidmət haqqının Cavabdeh tutulmasını xahiş edir. İş materiallarından görünür ki, “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında xx.xx.2021-cı il tarixdə "Hüquqi xidmət haqqında" müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Büro - "xxxx" MMC Bank tərəfindən açılan məhkəmə və icra işləri ilə əlaqədar, müvafiq təlimata əsasən hər cür hüquqi xidmətin yerinə yetirilməsini həyata keçirir, bunlarla əlaqədar məhkəmə icra işlərini və bu işlərə nəzarəti Bankın səlahiyyətli nümayəndəsi (vəkili) kimi həyata keçirir. “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinin 4.19-cu bəndinə əsasən bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmamasına görə, bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətində qalarsa, kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbul, bəyan və təsdiq edir. Göründüyü kimi müqavilənin bu bəndində kart sahibinin bankın gələcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq etməsi qeyd edilmişdir. Cavabdeh həmin müqaviləni imzalamaqla bunu qəbul etmiş sayılır. “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-cı il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən bank, müqaviləyə əsasən istifadə edilən kreditlərdən (istehlak və kredit kart kreditlərindən) yaranan borclarla əlaqədar: Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15% (on beş faiz) nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir (müvafiq ödəniş sənədləri əsasında). Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, cavabdeh xx.xx.2013-cü il tarixli “bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə”sinin 4.19-cu bəndinin tələbinə əməl etmədiyi üçün məhkəmə qətnaməsi əsasında iddiaçının xeyrinə ödənilmiş məbləğin 15 %-i olaraq xidmət haqqı kimi ödənilmiş 102.30 (yüz iki manat otuz qəpik) manat məbləğində borcu iddiaçıya ödəməlidir. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, cavabdehin dövlət rüsumu ödəməkdən azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. -284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; -284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; -284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, iddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli Bank hesabı, debet kartı və zaminlik haqqında qarışıq kredit müqaviləsinə əsasən iddiaçı “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə uyğun olaraq Cavabdeh 102.30 (yüz iki manat 30 qəpik) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-1, 284-6, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli Bank hesabı, debet kartı və zaminlik haqqında qarışıq kredit müqaviləsinə əsasən iddiaçı “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə uyğun olaraq Cavabdeh 102.30 (yüz iki manat 30 qəpik) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3267/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3267/2024
10.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver