Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3341/2025 21.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri qaytarılması tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən ödənilmiş inzibati xəta haqqında protokollara görə cavabdehlər Cavabdeh1 959 manat, Cavabdeh3 222 manat və X1 36 manat pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 32.17 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə lizinq alan X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixliMAS-3909 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyekti olan “Khazar LX” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Lizin obyekti olan avtomobil cavabdehlərin müvəqqəti istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücülər Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu fakt hükumət ödəniş portalından alınmış çıxarışla təsdiq olunur. İddiaçı tərəfindən qeyd olunan cərimələrə görə ümumilikdə 1217 manat məbləğində ödəniş edilmişdir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vasitəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəfimizdən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə Yol Hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Qeyd edilənlərə əsaslanaraq, İddiaçı MMC tərəfindən ödənilmiş inzibati xəta haqqında protokollara görə Cavabdeh1 959 manat, Cavabdeh3 222 manat və X1 36 manat pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan sənədlərə əsasən məhkəmə tərəfindən aşağıdakılar tədqiq edilmişdir: - İşdə olan MAS-3909 saylı, xx.xx.2021-ci il tarixli Dazili Lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC ilə lizinq alan X3 arasında bağlanmış həmin müqaviləyə əsasən lizinq obyekti olan “Khazar LX” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil A.Mustafayevin müvəqqəti istifadə və sahibliyinə verilmişdir. - İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə lizinq alan X3 aralarında bağlanmış MAS-3909 saylı, xx.xx.2021-ci il tarixli Dazili Lizinq müqaviləsinə əsasən lizinq obyekti olan və dəyəri 14750 manat olan, ağ rəngli, ban nömrəsi NVABA1HHFMF801604 olan “Khazar LX” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil A.Mustafayevin müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Mülki işin materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh1 EQ10689095 saylı protokola əsasən 9 manat, İXP4297408 saylı protokola əsasən 640 manat, İXP4295924 saylı protokola əsasən 64 manat, İXP4255087 saylı protokola əsasən 64 manat, EQ 10689049 saylı protokola əsasən 36 manat, EQ8822463 saylı protokola əsasən 64 manat, BNA2166382 saylı protokola əsasən 64 manat, BNA1836906 saylı protokola əsasən 18 manat; Cavabdeh3 İXP4230073 saylı protokola əsasən 96 manat, EQ8918269 saylı protokola əsasən 36 manat, BNA1924323 saylı protokola əsasən 36 manat, BNA1918550 saylı protokola əsasən 18 manat, BNA1918931 saylı protokola əsasən 36 manat; X2 BNA1768711 saylı protokola əsasən 18 manat, BNA1766991 saylı protokola əsasən 18 manat məbləğində hesablanmış cərimə məbləğləri iddiaçı tərəfindən ödənilmişdir. - İş materiallarında olan xx.xx.2024-cü il 2669, 2665 nömrəli və xx.xx.2025-ci il tarixli 633 nömrəli Xəbərdarlıq (pretenziya) məktublarından görünür ki, İddiaçı MMC tərəfindən cavabdehlərə cərimələrə görə ödənilmiş pul məbləğlərinin qaytarılması ilə bağlı xəbərdarlıq edilmişdir. - İşdə olan ödəniş qəbzinin surətindən görünür ki, məhkəmədə iddia qaldırıılması üçün iddiaçı tərəfindən 32,17 azn vəsait ödənilmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçının mülkiyyətində olan avtomobilin istifadəçiləri tərəfindən törədilmiş inzibati xətaya görə tətbiq edilmiş cərimələrin iddiaçı tətəfindən ödənilməsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materiallarında müqavilənin etibarsızlığını göstərən hər hansı bir hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur Məhkəmə iddiaçı tərəfindən tələb edilən məbləği nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdehlərin təqsiri üzündən iddiaçıya məxsus avtomobillərə tətbiq edilmiş cərimələr iddiaçı tərəfindən ödənilmişdir və hazırda həmin cərimələrin əvəzinin ödənilməsi ilə bağlı məhkəmədə tələb irəli sürülmüşdür. Buna görə də cavabdehlər həmin cərimələrin tətbiq edilməsində təqsirli olduğu üçün göstərilən cərimələrin əvəzinin ödənilməsində də məsuliyyət daşımalı və həmin məbləği iddiaçıya ödəməlidirlər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə müvafiq olaraq, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tam təmin edildiyindən, dövlət rüsumu kimi ödənilmiş 32,17 manat məbləğində pul cavabdehlərə aid edilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdehlər Cavabdeh1 959 manat, Cavabdeh3 222 manat və X1 36 manat pul vəsaiti və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 32.17 manat dövlət rüsumu müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 959 manat, Cavabdeh3 222 manat və X1 36 manat pul vəsaiti və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 32.17 manat dövlət rüsumu müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-3341/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3341/2025
21.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver