Məhkəmə qərarları › İş №e-2(005)-3350/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3350/2022

30.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3350/2022 30.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin iş 2(005)-2112/2018 saylı 23 aprel 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin, eyni zamanda hər ay çəkilməsi zəruri olan əlavə xərclər üçün 400 manatın (hər ay cəmi 650 manat) ödənilməsi, eyni zamanda faktiki çəkilmiş 3995 manatın birdəfəyə Cavabdeh oğlundan alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin iş 2(005)-2112/2018 saylı 23 aprel 2018-ci il tarixli qətnaməsi iddiaçı ilə Cavabdeh arasında 1 aylı Bakı “ASAN” Xidməti mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2015ci il tarixdə rəsmiləşdirilmiş 1370 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3 iddiaçının yanında saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh oğlundan hər ay 154 manat sabit pul formasında alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Hazırda qızım 7 yaşındadır. Nərimanov rayon Məhkəməsi tərəfindən çıxarılmış yuxarıda qeyd etdiyi qətnamədə qeyd olunmuş aliment məbləği azyaşlı qızının maddi, tibbi, sosial təhsil və digər zəruri tələbatlarının ödənilməsinə kifayət etmir. Azyaşlı qızım X3 təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi və digər tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Ona görə də görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli oldu. Bundan başqa bildirir ki, azyaşlı qızı Qurbanova Aliyə anadangəlmə epilepsiya xəstəliyi, serebral iflic, əqli-fiziki inkişaf geriliyi, ensetolopatiyadan əziyyət çəkdiyi üçün mütəmadi olaraq müayinədən keçirilir və müalicələr alır. “X5” MMC-nin 30 aprel 2019-cu il tarixli arayışından da görünür ki, xəstə qeyd olunan diqnozla bağlı xx.xx.2017-ci il tarixdən müşahidə və müalicə edilməkdədir. Eyni zamanda Aliyədə autizm əlamətləri olduğu üçün o psixoloji dərslərə cəlb olunmuşdur. Bununla bağlı “Birgə və sağlam” İctimai Birliyinə hər ay xidmət haqqı ödənilir. Cavabdeh tərəfindən ödənişlər edilsə də 2021-ci ilin noyabr ayından etibarən heç bir ödəniş etmədiyi üçün həmin pul vəsaitləri iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, 24 dekabr 2021-ci il tarixli qəbzlə 585 manat, 11 yanvar 2022-ci il tarixli qəbzlə 682 manat, 24 fevral 2022-ci il tarixli qəbzlə 650 manat, 29 mart 2022-ci il tarixli qəbzlə 682 manat 29 aprel 2022-ci il tarixli qəbzlə 682 manat, 27 may 2022-ci il tarixli qəbzlə 714 manat olmaqla cəmi 3995 (üç min doqquz yüz doxsan beş) manat ödəmişdir. (ödəniş qəbzləri əlavə edilir) Hesab edir ki, faktiki olaraq ödədiyi məbləğlər cavabdehdən alınaraq iddiaçıya verilməli, eyni zamanda o azyaşlı övladlarının davamlı müayinə və müalicələri üçün gələcəkdə çəkiləcək zəruri əlavə xərclərə də cəlb olunmalıdır. Daha sonra iddia tələbinin həcminin artırılmasına dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin iş 2(005)-2112/2018 saylı 23 aprel 2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh oğlunun hər ay qazancının və qəlirlərinin dörddə bir hissəsi, eyni zamanda hər ay çəkilməsi zəruri olan əlavə xərclər üçün hər ay 400 manatın və iddiaçı tərəfindən faktiki çəkilmiş 5400 (beş min dörd yüz) manatın birdəfəyə cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh oğlu iddia tələbini qismən qəbul edərək, alimentin həcminin artırılmasına etiraz etmədiyini, lakin əlavə xərclərin tutulması hissəsində iddia tələbinin əsassız olduğunu bildirərək, həmin hissədə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X4, doğulmuş, tərəflərin ailə münasibətləri baş tutmadığından nikahları pozulmuş, onlar faktiki olaraq ayrı yaşayırlar, uşaqlar anasının yanında qalırlar və onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılmasını xahiş edir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-2112/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilərək, Cavabdeh oğlu ilə Qurbanova (Mərdanova) Könül Məhəmməd qızı arasında 1 saylı Bakı «ASAN» Xidmət mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2015-cı ıl tarixdə 1370 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X3 anası Qurbanova (Mərdanova) Könül Məhəmməd qızının yanında saxlanılması, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh oğlundan hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində aliment Qurbanova (Mərdanova) Könül Məhəmməd qızının xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa məhkəmə iddia tələbi üzrə alimentin tutulması ilə bağlı tələblərlə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən məhkəmə 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tuta bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdehin daimi iş yeri olduğundan və əmək haqqı aldığından aliment Ailə Məcəlləsinin 76-cı maddəsinə tələblərinə uyğun olaraq aylıq qazancından tutulmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq Cavabdeh oğlundan xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə alimentin tutulmasını ədalətli və əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il, 8-2 №-li Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Məhkəmə eyni zamanda iddiaçının “əlavə xərclər və faktiki çəkilmiş xərclərin ödənilməsi” tələbinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mülki işə əlavə edilmiş “Birgə və Sağlam” İctimai Birliyinin tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X6 xx.xx.2019-cu il tarixindən etibarən “Birgə və Sağlam” İctimai Birliyinin autizm spektr pozuntulu uşaqlar üçün xidmət göstərən reabilitasiya mərkəzində təhsil alır. xx.xx.2017-ci il təvəllüdlü X7 üzərində xx.xx.2021-ci il tarixdə “Sağ tərəfli Martınov üsulu ilə hernioplastika” cərrahi əməliyyatı aparılmışdır. “X5” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X6 epilepsiya xəstəliyi, serebral iflic, əqli-fiziki inkişaf geriliyi, ensetalopiya diaqnozu müəyyən edilmiş, o xx.xx.2017-ci il tarixindən müşahidə və müalicə edilir. 29 noyabr 2021-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X3 reabilitasiya mərkəzində təhsili üçün 714 manat ödənilmişdir. 24 dekabr 2021-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X3 reabilitasiya mərkəzində təhsili üçün 585 manat ödənilmişdir. 11 yanvar 2022-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X3 reabilitasiya mərkəzində təhsili üçün 682 manat ödənilmişdir. 24 fevral 2022-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X3 reabilitasiya mərkəzində təhsili üçün 650 manat ödənilmişdir. 29 mart 2022-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X3 reabilitasiya mərkəzində təhsili üçün 682 manat ödənilmişdir. 29 aprel 2022-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X3 reabilitasiya mərkəzində təhsili üçün 682 manat ödənilmişdir. 27 may 2022-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X3 reabilitasiya mərkəzində təhsili üçün 714 manat ödənilmişdir. 30 iyun 2022-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X3 reabilitasiya mərkəzində təhsili üçün 690 manat ödənilmişdir. Göründüyü kimi hazırda iddiaçı xx.xx.2015-ci il təvəllüdlü X3 müalicəsi üçün hər ay zəruri olan 400 manat, həmçinin iddiaçı tərəfindən faktiki çəkilmiş 5400 manat pulun Cavabdeh oğlundan tutulmasını xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən,18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-ci maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə cavabdehin əlavə və faktiki çəkilmiş xərclərə cəlb edilməsi ilə bağlı iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, xx.xx.2015-ci il təvəllüdlü X1 və normal inkişafı üçün sərf olunan 5400 manat vəsait İddiaçı tərəfindən çəkilmişdir. Bununla yanaşı xx.xx.2015-ci il təvəllüdlü X3 reabilitasiya mərkəzində təhsili üçün aylıq keçirilən dərslərin həcmindən asılı olaraq 585-714 manat arasında aylıq xərc çəkilir. Həmin xərclər müəyyən edilən zaman məhkəmə tərəfindən iş üzrə təqdim edilmiş ödəniş qəbzləri, çəkilmiş xərclər təqdim edilmiş sübutlar əsasında hesablanmışdır. Məhkəmə hesab edir ki, bu öhdəliklər bərabər olaraq valideynlərin üzərinə qoyulduğundan, ödənilmiş və ödəniləcək məbləğ də onların arasında bərabər bölünməlidir. Məhkəmə Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələblərini nəzərə alaraq, yəni valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarına görə hesablanmış xərcin yarısının Cavabdeh oğlundan alınıb İddiaçı ödənilməsini ədalətli və əsaslı hesab edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X3 müalicəsi ilə əlaqədar faktiki çəkilmiş 5400 manat vəsaitin yarısının, yəni 2700 manat, habelə xx.xx.2015-ci il təvəllüdlü X3 müalicəsinə görə hər ay 714 manat vəsaitin yarısı, 357 manat sabit pul məbləğində əlavə xərc İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2112/2018 saylı 23 aprel 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh oğlundan qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq Cavabdeh oğlunun hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment, xx.xx.2015-ci il təvəllüdlü X3 müalicəsinə görə hər ay 357 manat sabit pul məbləğində əlavə xərc tutularaq İddiaçı ödənilsin. Cavabdeh oğlundan xx.xx.2015-ci il təvəllüdlü X3 müalicəsi ilə əlaqədar faktiki çəkilmiş 2700 manat məbləğində xərc İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar