Məhkəmə qərarları › İş №e-2(005)-3366/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3366/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3366/2025 25.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ədilova Solmaz İmran qızı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" ASC) Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********73 nömrəli xx.xx.2020-ci il tarixli nağd kredit üzrə 2.039,23 manat əsas, BPM**********73 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə tam kart kredit borcu üzrə 578,46 manat əsas və 296,18 manat faiz borcu və ödənilmiş 49,14 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edəsiniz İddia tələbinin dəlilləri: İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Nizami” filialı ilə Xakiyev Elxan İbrahim oğlu arasında bağlanmış BPM**********73 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, 48 ay müddətinə 2700 manat məbləğində kredit verilmişdir. Həmçinin, "xxxx" ASC-nin “Nizami” filialı ilə Xakiyev Elxan İbrahim oğlu arasında bağlanmış BPM**********11 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, 36 ay müddətinə 800 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 İbrahim oğlu xx.xx.2021-ci il tarixdəvəfat etmişdir. Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum Xakiyev Elxan İbrahim oğlunun xx.xx.2021-ci il tarixdəvəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün Cavabdeh ərizəsi əsasında, xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmışdır. Miras əmlak, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62.3 kv/m olan mənzildən ibarətdir. Maliyyə arayışına əsasən, Cavabdeh BPM**********73 nömrəli, xx.xx.2020-ciil tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş– 2039.23 manat əsas borcu qalmışdır. Eyni zamanda, Cavabdeh BPM**********73 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə, Banka ödənilməmiş– 578.46 manat əsas və 296.18 manat faiz borcu qalmışdır. CavabdehXakiyev Elxan İbrahimoğlunun vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəfimizdən bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti cəmi 2913.87 manat olduğundan, tərəfimizdən 49.14 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Cavabdeh lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçı "xxxx" ASC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh heç bir etiraz və sübutunun olmasını məhkəməyə bildirməmiş və ya təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş: BPM**********73 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, Xakiyev Elxan İbrahim oğluna 48 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 2.700 manat məbləğində kredit verilmişdir. BPM**********11 nömrəli xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsindən görünür ki, Xakiyev Elxan İbrahim oğluna illik 22 faiz ödəmək şərti ilə 15.000 manat məbləğində kredit limiti ayırılmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Xakiyev Elxan İbrahim oğlunun xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC -yə 2.039,23 manat əsas borcu, 0 manat cərimə, 0 manat faiz borcu olmaqla, cəmi 2.039,23 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Xakiyev Elxan İbrahim oğlunun xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə "xxxx" ASC-yə 578,46 manat əsas borcu, 296,18 manat faiz borcu olmaqla, cəmi 874,64 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Xakiyev Elxan İbrahim oğlu xx.xx.2021-ci ildə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Xakiyev Elxan İbrahim oğlundan miras qalmış əmlaka dair 7 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisində vərəsəlik işi başlanılmış, vərəsələrin dairəsi müəyyənləşdirilərək miras əmlakın miras qoyanın oğlu - Cavabdeh tərəfindən qəbul edildiyi müəyyən edilmiş və ona miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 62,3 kv.metr olan mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.; Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, Xakiyev Elxan İbrahim oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, Xakiyev Elxan İbrahim oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin Xakiyev Elxan İbrahim oğlunun vərəsəsi Cavabdeh ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən kredit borcuna görə BPM**********73 nömrəli xx.xx.2020-ci il tarixli nağd kredit üzrə 2.039,23 manat əsas, BPM**********11 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə tam kart kredit borcu üzrə 578,46 manat əsas və 296,18 manat faiz borcu tutulması barədə tələb əsaslıdır və təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49,14 manat məbləğində dövlət rüsumu və və 0,40 manat bank xidmət haqqı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh BPM**********73 nömrəli xx.xx.2020-ci il tarixli nağd kredit üzrə 2.039,23 manat əsas, BPM**********73 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə tam kart kredit borcu üzrə 578,46 manat əsas və 296,18 manat faiz borcu və ödənilmiş 49,14 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqının tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar