Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3368/2022 02.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Tərəflərin iştirakı olmadan, İddiaçı “X1” Bakı Filialının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kreditin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1” Bakı Fılıalı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kreditin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "X1” Bakı Filialının xeyrinə 1549 manat məbləğində əsas borcun, 28,15 manat məbləğində faiz borcunun, cəmi 1577,15 manat borcun və 35.77 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, «X1» Bakı filialı ilə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmana və Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi 15 aprel 2019-cu il tarixli siyahıda adı göstərilən borclu –Cavabdeh2 arasında imzalanmış «24» oktyabr 2019cu il tarixli 35 №-li Güzəştli kredit (Restrukturizasiya) müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 1% ödəmək şərti ilə 5 il müddətinə 1.590,00 manat məbləğində kredit restrukturizasiya edilmişdir. Həmin tarixdə verilmiş Güzəştli kreditin qaytarılmasının təminatı kimi «X1» Bakı filialı ilə Cavabdeh1 arasında 41 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1 –ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq Banka 1 il müddətində hesablanmış faiz olaraq hər ayın həmin günü 1.33 manat 1 ildən sonra isə ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla 33,81 manat ödəməli idi. Bu müqavilənin 2.2 - ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi» nin hər hansı bir şərti pozulduqda « Bank » verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» 25 İyul 2022-ci il tarixə «Bank»a kredit borcu üzrə 692,16 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2022-ci il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a cəmi 61,20 manat ödəniş etmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Bank»a illik 1.02% ödəməlidir. 25 İyul 2022-ci il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 1.577,15 manat təşkil edir. Bundan 1549,00 manat əsas borc və 28,15 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh2 ilə bağlanmış 24 oktyabr 2019-cu il tarixli, 35 saylı Güzəştli kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh1 arasında 41 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə Zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə «Borcalan» zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin Bank qarşısında kredit borcu üzrə yaranmış Bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında üzrlü səbəb təqdim etmədən iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinin tələblərinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: “X1” Bakı Filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 35 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, “X1” Bakı Filialı Cavabdeh2 illik 1 % faiz hesablanması şərti ilə, 5 il müddətinə ( 1 il əsas borc üzrə güzəşt müddəti ilə) 1590 manat kredit vermişdir. “X1” Bakı Filialı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 41 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 35 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsi üzrə Cavabdeh2 öz öhdəliklərini vaxtında və lazımınca icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsi əsas öhdəlik tam icra olunanadək qüvvədədir. “X1” Bakı Filialı tərəfindən Cavabdeh1 və Cavabdeh2 göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişlərdən müəyyən olunur ki, banka olan borclarını tam ödəmələri barədə, ödəməyəcəkləri halda isə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. xx.xx.2022-ci il tarixli, 2022/931 saylı arayışa əsasən xx.xx.2019-cu il tarixli, 35 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsi üzrə 1549 manat əsas borc, 28,15 manat faiz borcu, cəmi 1577,15 manat borc yaranmışdır. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən vətəndaşın məlumatlarından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “X1” Bakı Filialı tərəfindən Cavabdeh2 1590 manat məbləğində kredit verilmişdir. Göründüyü kimi, Cavabdeh2 kredit sazişi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu saziş ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də oğlu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsinə əsasən Cavabdeh2 öhdəliklərinin icrasına görə zamin olmuş Cavabdeh1 öldüyündən iddia tələbi ona aid hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı ərizəsində cavabdeh olaraq Cavabdeh1 göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki Məcəllənin 477-ci maddəsinə zaminin ölümü zaminliyə xitamın əsası kimi nəzərdə tutulmasa da, məhkəmə qeyd edir ki, ölmüş şəxsə qarşı pul tələbi barədə iddianın təmin edilməsi qeyri-realdır. Eyni zamanda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenum qərarında qeyd edilir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. İş materiallarından görünür ki, hazırda əsas borclu sağ olduğundan kredit müqavilə üzrə yaranmış borcun ondan tutulması mümkündür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi borcun Cavabdeh1 tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli xx.xx.2019-cu il tarixli, 35 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsi üzrə Cavabdeh2 1549 manat məbləğində əsas borc, 28,15 manat məbləğində faiz borcu. cəmi 1577,15 manat məbləğində borc, iddiaçı “X1” Bakı Filialının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 35.77 manat məbləğində dövlət rüsumu ödənildiyindən, həmin məbləğ iddiaçıya ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, 35 saylı güzəştli kredit (restrukturizasiya) müqaviləsi üzrə Cavabdeh2 1549 manat məbləğində əsas borc, 28,15 manat məbləğində faiz borcu, cəmi 1577,15 (bir min beş yüz yetmiş yeddi manat on beş qəpik) manat məbləğində borc, həmçinin ödənilmiş 35.77 (otuz beş manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu iddiaçı “X1” Bakı Filialının xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-3368/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3368/2022
02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver