Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-339/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh ASC-nin nümayəndəsi Musayev Rövşən Əlövsət oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin ləğvi və yeni kredit müqaviləsinin bağlanması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin ləğvi və yeni kredit müqaviləsinin bağlanması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 00-xx-xx-103937 saylı kredit müqaviləsinin ləğv edilməsini, bankla xx.xx.2015-ci il tarixdə bağlanmış №00xx-xx-024972 saylı kredit müqaviləsi üzrə iddiaçının borcu üzrə hesablanmış faizlər və dəbbə pulları (831.51 ABŞ dolları) silindikdən, xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə öhdəlikləri nəzərə alındıqdan sonra yeni kredit müqaviləsi bağlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2015-ci il tarixdə № 00-xx-xx-024972 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçıya illik 29%, 48 ay müddətinə olmaqla 2550 ABŞ dolları məbləğində kredit verilmişdir. Sabunçu rayon Məhkəməsinin 2(008)-6876/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə iddiaçıdan Cavabdeh ASC-nin xeyrinə əsas borc 2366,84 ABŞ dolları, faiz borcu 831.51 ABŞ dolları, cəmi 3198,25 ABŞ dolları məbləğinin ödənilməsi qərara alınmışdır. Məhkəmə əmri qəbul edildikdən sonra iddiaçı borcundan ödənişlər etmişdir. (ödənişlər barədə qrafik iddia ərizəsinə əlavə edilmişdir). Həmin kredit üzrə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli fərmanına əsasən, iddiaçıya 1443,19 manat kompensasiya hesablanmışdır. İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2019-cu il tarixdə 00-xx-xx-103937 saylı kredit müqaviləsi ilə kredit borcunun qalığın, yəni 2473,08 manat məbləği restrukturizasiya edilərək illik 1% olmaqla, 60 ay müddətinə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə 4 manat, xx.xx.2020-ci il tarixdə 20.40 manat pul ödəmişdir. Lakin, bu yaxınlarda keçmiş müqavilə üzrə ödənilmiş məbləğləri və hazırki müqaviləni araşdırarkən iddiaçı müəyyən etmişdir ki, bank tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının və “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” qaydalarının tələbləri kobud şəkildə pozularaq, iddiaçının borc yükü yüngülləşdirilməmiş daha da ağırlaşdırılmışdır. Belə ki, xx.xx.2015-ci il tarixdə № 00-xx-xx-024972 saylı kredit müqaviləsi üzrə olan iddiaçının borcundan əsas borc, faizlər və dəbbə pulundan hesablanmış kompensasiya məbləği çıxılmış və qalan borcu üzrə restrukturizasiya edilərkən xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə müəyyən edilən faiz və dəbbə borcu, yəni 831.51 ABŞ dolları məbləği silinməmişdir. Eyni zamanda İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış №00-xx-xx-103937 saylı kredit müqaviləsinin ləğv edilməsini, bankla xx.xx.2015-ci il tarixdə bağlanmış № 00-xx-xx- 024972 saylı kredit müqaviləsi üzrə iddiaçının borcu üzrə hesablanmış faizlər və dəbbə pulları (831.51 ABŞ dolları) silindikdən, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə ödədiklərini nəzərə alındıqdan sonra yeni kredit müqaviləsi bağlanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin olunmasını məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi Musayev Rövşən Əlövsət oğlu iddia tələbini qəbul etməyərək, iddia tələbi əsassız olduğundan onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə tərəflərin izahatlarını və çıxışlarını dinləyib, təqdim etdikləri materialları iş üzrə təqdim edilmiş digər sübutlarla birlikdə araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan; xx xxxxxx 2019-cu il tarixli 00-xx-xx-103937 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh ASC arasında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına və Azərbaycan Respublikasının Maliyyə X1 xx.xx.2019-cu il tarixli ********** nömrəli qərarı ilə təsdiq edilmiş “fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexaniziminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası”na uyğun olaraq bu müqaviləni aşağdakı şərtlərlə bağlayaraq 1.1-ci bəndə əsasən bu müqavilənin predmeti manat ilə ifadə olunan pul məbləğidir. 1.2-ci bəndə əsasən borc verən müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər üçün borc alana illik 1% olmaqla, 60 ay müddətinə 2473.08 (iki min dörd yüz yetmiş üç tam yüzdə səkkiz) məbləğində kredit verməyi öhdəsinə götürür. 1.3-ci bəndə əsasən borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürdüyü qeyd edilmişdir. 00-xx-xx-103937 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcalan İddiaçı 2473.08 (iki min dörd yüz yetmiş üç manat sıfır səkkiz qəpik) manat məbləğində kredit, 1 % illk, 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddəti olmaqla, 52.58 (əlli iki manat əlli səkkiz qəpik) manat müəyyən edilmişdir. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(008)-6876/2016 nömrəli əmri ilə borclu xx.xx.1944-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, ünvan 1 C, mənzil 141 ünvanında qeydiyyatda olan və yaşayan İddiaçı Cavabdeh ASC-nin xeyrinə əsas borcu 2366.84 ABŞ dolları, faiz borcu 831.51 ABŞ dolları, cəmi 3198.35 ABŞ dolları (üç min yüz doxsan səkkiz dollar otuz beş sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması müəyyən edilmişdir. Problemli kreditlərin kompensassiyası haqqında xx.xx.2019-cu il tarixli məlumatlardan görünür ki, İddiaçı xx xxxx 2019-cu il tarixinə əsas kredit borcu 3916,27 manat ekvivalentində təşkil etmiş, bu məbləğdən 1443.19 (min dörd yüz qırx üç manat on doqquz) manat məbləğində kompensassiya ödənildikdən sonra qalıq borcunun məbləği 2473,08 manat təşkil etmişdir. İddiaçı xx.xx.2015-ci il tarixli qəbzlə 165 (yüz altmış beş) ABŞ dolları, xx.xx.2015-ci il tarixli qəbzlə 94.51 (doxsan dörd dollar əlli bir sent) ABŞ dolları, xx.xx.2015-ci il tarixli qəbzlə 94.51 (doxsan dörd dollar əlli bir sent) ABŞ dolları, xx.xx.2020-ci il tarixli qəbzlə 4 (dörd) manat, xx.xx.2020-ci il tarixli qəbzlə 20.40 (iyirmi manat qırx qəpik) manat, xx.xx.2021-ci il tarixli qəbzlə 53.00 (əlli üç) manat, xx.xx.2021-ci il tarixli qəbzlə 53.00 (əlli üç) manat məbləğində kredit ödənişləri etmişdir. Cavabdeh ASC-nin xx.xx.2021-ci il tarixli M/03-1589 nömrəli arayışdan görünür ki, İddiaçı arasında xx.xx.2015-ci il 00-xx-xx-024972 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, borcalana illik 29% olmaqla 48 ay müddətinə 2550 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçının verilən kredit məbləğindən 2461.20 (iki min dörd yüz altmış bir dollar iyirmi sent) ABŞ dolları ödənilmiş məbləğ, 1095.25 (min doxsan beş dollar iyirmi beş sent) ABŞ dolları əsas borc məbləği, 1365.95 (min üç yüz altmış beş dollar doxsan beş sent) ABŞ dolları faiz borc məbləği müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ASC-nin xx.xx.2021-ci il tarixli M/03-1589 nömrəli arayışdan görünür ki, İddiaçı arasında xx.xx.2015-ci il 00-xx-xx-024972 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, borcalana illik 29% olmaqla 48 ay müddətinə 2550 ABŞ dolları məbləğində kredit verilmişdir. Öhdəliklər yerinə yetirilmədiyindən Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(008)-6876/2016 nömrəli əmri ilə borclu xx.xx.1944-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, ünvan 1 C, mənzil 141 ünvanında qeydiyyatda olan və yaşayan İddiaçı Cavabdeh ASC-nin xeyrinə əsas borcu 2366.84 ABŞ dolları, faiz borcu 831.51 ABŞ dolları, cəmi 3198.35 ABŞ dolları (üç min yüz doxsan səkkiz dollar otuz beş sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Məhkəmə əmrinin qəbul edildiyi xx xxx 2016-cı il tarixdən Müvafiq Fərmanın qəbul olunduğu xx xxxxxx 2019-cu il tarixədək İddiaçı ödədiyi məbləğlərdən tutulmalar, faiz borcu kimi hazırda mübahisələndirilən 831 ABŞ dollarının ödənilməsinə yönəlmişdir. Bu səbəbdən qalan məbləğlər yəni Problemli kreditlərin kompensassiyası haqqında xx.xx.2019-cu il tarixli məlumatlarla İddiaçı xx xxxx 2019-cu il tarixinə əsas kredit borcu 3916,27 manat ekvivalentində təşkil etmiş, bu məbləğdən 1443.19 (min dörd yüz qırx üç manat on doqquz) manat məbləğində kompensassiya ödənildikdən sonra qalıq borcunun məbləği 2473, 08 manat təşkil etmişdir. Qalıq borc məbləği nəzərə alınmaqla Sözügedən Fərmanından irəli gələn tələblərin yerinə yetirilməsi qaydalarına uyğun olaraq tərəflər arasında xx xxxxxx 2019-cu il tarixli 00-xx-xx-103937 nömrəli kredit müqaviləsi bağlanmış, borc alana illik 1% olmaqla, 60 ay müddətinə 2473.08 (iki min dörd yüz yetmiş üç tam yüzdə səkkiz) məbləğində kredit verilmişdir. Bu müqavilə bağlandıqdan sonra iddiaçı kompensasiya ödənilərkən faiz borcunun nəzərə alınmamasını eyni zamanda müqavilə bağlandıqdan sonra (xx.xx.2019-cu il tarixdən sonra) etdiyi ödənişlərin nəzərə alınmamasını əsas gətirərək, müqavilənin ləğv edilməsi, yeni müqavilə bağlanması tələbilə məhkəməyə xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılara əsasən hüquqi qiymət verilməsini məqbul hesab edir. xx xxxxxx 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Fərmanda devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Maliyyə X1 xx xxxx 2019-cu il tarixli ”Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.20-cu bəndinə əsasən restruturizasiya - kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir. Həmin Qaydanın 2.1.10-cu bəndinə əsasən kompensasiya – fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirilməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləğ mənasını ifadə edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğv etmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğv etmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olduğu şəxs tərəfindən Palataya təqdim edilir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Sadalananan əsaslardan göründüyü kimi restruturizasiya - kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir. Bununla belə işin hallarından görünür ki, iddiaçı faiz borc məbləğinin kompensasiya verələrkən nəzərə alınmamasını mübahisələndirmişdir. Digər tərəfdən o da qeyd edilməlidir ki, iş materiallarında olan xx xxxx 2021-ci il tarixli M/03-1589 saylı arayışdan da görünür ki, məhkəmə əmrinin qəbul edildiyi xx xxx 2016-cı il tarixdən Müvafiq Fərmanın qəbul olunduğu xx xxxxxx 2019-cu il tarixədək İddiaçı ödədiyi məbləğlərdən tutulmalar, faiz borcu kimi hazırda mübahisələndirilən 831 ABŞ dollarının ödənilməsinə yönəlmişdir. Bu səbəbdən Fərman qəbul olunduqdan sonra faiz məbləğləri tam olaraq Problemli kreditlərin kompensassiyası haqqında xx.xx.2019-cu il tarixli məlumatda əksini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçının tələbi Mülki Məcəllənin 421.2-ci maddəsinin dizpozisiya şərtləri ilə həm yuxarıda qeyd edilən əsaslara görə, həm də bu normanın əsaslılığını müəyyən edən mülki qanunvericliyin müddəaları ilə uzlaşmır. Belə ki, qeyd edilən maddədən göründüyü kimi müqaviləninin ləğvi barədə tələbin əsaslılığı bağlanmış müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması nəticəsində əmələ gəlmiş olur. İşin hallarından da görünür ki, problemli kreditlərin kompensassiyası haqqında xx.xx.2019-cu il tarixli məlumatlarla İddiaçı xx xxxx 2019-cu il tarixinə əsas kredit borcu 3916,27 manat ekvivalentində təşkil etmiş, bu məbləğdən 1443.19 (min dörd yüz qırx üç manat on doqquz) manat məbləğində kompensassiya ödənildikdən sonra qalıq borcunun məbləği 2473, 08 manat təşkil etmişdir. Qalıq borc məbləği nəzərə alınmaqla Sözügedən Fərmanından irəli gələn tələblərin yerinə yetirilməsi qaydalarına uyğun olaraq tərəflər arasında xx xxxxxx 2019-cu il tarixli 00-xx-xx-103937 nömrəli kredit müqaviləsi bağlanmışdır. İddiaçı bu müqavilə ilə razılaşaraq ona imza etmişdir. Müqavilə üzrə cavabdeh tərəfindən həmin müqavilə şərtlərinin pozulması ilə bağlı hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçının iddia tələbinin “xx.xx.2020, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixdə ödədiklərinin nəzərə alınması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, ödəniş qəbzlərinin tarixinə əsasən ödənilmiş məbləğlər xx xxxxxx 2019-cu il tarixli 00-xxxx-103937 nömrəli kredit müqaviləsi bağlandıqdan sonrakı dövrü əhatə etdiyindən, eyni zamanda belə tələb əsas iddia tələbi olan müqavilənin ləğvinə dair tələbdən irəli gəldiyindən əsaslı hesab edilə bilməz və bu hissədə də rədd edilməlidir. Yuxarıda sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin ləğvi və yeni kredit müqaviləsinin bağlanması tələbinə dair” iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-339/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-339/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver