Məhkəmə qərarları › İş №e-2(005)-3412/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3412/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3412/2022 06.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı İddiaçı MMC-nin Cavabdeh qarşı kreditin tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 200 manat əsas və 200 manat cərimə, cəmi 400 AZN borc və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Kreditor İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanılmış 13 mart 2021-ci il tarixli M.42/101 №-li “İDEAL TAKSİT” kartından istifadəyə dair müqaviləyə əsasən ona 200 manat nominalında «İdeal Taksit» kartı verilmiş və həmin kart vasitəsilə müvafiq məbləğdə məhsul alaraq hər ay 40 manat olmaqla 5 ay ödəniş etmək öhdəliyi müəyyənləşdirilmişdir. Borclu müvafiq kartdan istifadə edərək 200 manat dəyərində alış-veriş etmişdir. Borclu Cavabdeh Müqavilə üzrə yaranmış borcun Müqaviləni imzaladığı gündən hal-hazırədək Müqavilə üzrə heç bir ödəniş etməmişdir. Bununla borclunun ümumi ödəmədiyi əsas məbləğ 200 manat təşkil etmiş və 1956 gün gecikməsi olmuşdur. Müqavilənin 6.2-ci bəndinə əsasən gecikdirmənin hər günü üçün qalıq borcun 0,3%-i məbləğində olmaqla 1173.60 AZN məbləğində dəbbə pulu hesablanmışdır. Müqavilənin 6.2-ci bəndinə əsasən dəbbə pulunun ümumi məbləği alınan malın (göstərilən xidmətin) ümumi dəyərindən çox ola bilməz. Bu tələb nəzərə alınaraq, borclu tərəfindən ödənilməli məbləğ hesablanmış faiz borcunun 200 manat olan hissəsi və əsas borc 200 manat, ümumilikdə isə 400 manat təşkil edir. Şirkət tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə borcluya telefon vasitəsilə şifahi formada, o cümlədən yazılı bildiriş göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan müqavilə üzrə əsas borc və hesablanmış dəbbə pulu haqqında məlumat verilmiş və onların 10 gün ərzində şirkətə ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 13 mart 2021-ci il tarixli M.42/101 №-li “İDEAL TAKSİT” kartından istifadəyə dair müqaviləyə əsasən ona 200 manat nominalında «İdeal Taksit» kartı verilmiş və həmin kart vasitəsilə müvafiq məbləğdə məhsul alaraq hər ay 40 manat olmaqla 5 ay ödəniş etmək öhdəliyi müəyyənləşdirilmişdir. İş materiallarında olan 08 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə Adore Kompani» MMC-yə 200 manat əsas və 200 AZN cərimə, cəmi 400 AZN borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh 10 gün ərzində borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi, tərəflər arasında müqavilədən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki Kreditor İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanılmış 13 mart 2021-ci il tarixli M.42/101 №-li “İDEAL TAKSİT” kartından istifadəyə dair müqaviləyə əsasən ona 200 manat nominalında «İdeal Taksit» kartı verilmiş və həmin kart vasitəsilə müvafiq məbləğdə məhsul alaraq hər ay 40 manat olmaqla 5 ay ödəniş etmək öhdəliyi müəyyənləşdirilmişdir. Borclu müvafiq kartdan istifadə edərək 200 manat dəyərində alış-veriş etmişdir. Borclu Cavabdeh Müqavilə üzrə yaranmış borcun Müqaviləni imzaladığı gündən hal-hazırədək Müqavilə üzrə heç bir ödəniş etməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 200 AZN əsas və 200 AZN cərimə, cəmi 400 AZN borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 13 mart 2021-ci il tarixli M.42/101 №-li “İDEAL TAKSİT” kartından istifadəyə dair müqavilə üzrə Cavabdeh 200 AZN əsas və 200 AZN cərimə, cəmi 400 (dörd yüz) AZN borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar