Məhkəmə qərarları › İş №e-2(005)-3435/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3435/2024

12.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3435/2024 12.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızı, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 23 fevral 2022-cil tarixdə 9 saylı notariat kontorunda bağlanmış müqaviləyə əsasən Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “AB” massivində inşa edilən çoxmərtəbəli yeni tikilinin 14-cü mərtəbəsindəki 153 saylı, 3 otaqlı, 117 kv.m olan mənzil üçün ödənilmiş əlavə olaraq 10.000 (on min) manat və 8.800 (səkkiz min səkkiz yüz) manat yarımçıq qalmış mənzilin tamamlanması üçün yuxarıda qeyd olunan xərclər, cəmi 18.800 (on səkkiz min səkkiz yüz) manat dəymiş maddı ziyanın müştərək qaydada Sahi-S MTK və direktoru Cavabdeh2 tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş qəbzdən bu ərizənin verilməsinə görə 120 manat dövlət rüsumun ödənildiyi aydın olur. Halbuki iddiaçı cavabdehdən 18.800 manat pul məbləğinin tutulmasını xahiş edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Belə ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə ödəməli olduğu dövlət rüsumunun məbləği 146,4 manat təşkil etdiyi halda, iddiaçı tərəfindən 120 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. 152.1.5-ci maddələrinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə geri qaytarmalıdır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 266-269-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə onu verən şəxsə geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 120 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur. Qərardaddan 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar