Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3460/2022 19.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı "xxxx" X2 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" X2 Cavabdeh ("xxxx" Sığorta Şirkəti ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X4 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 500 (beş yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh idarə etdiyi “BMW 3201 minik” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti (Heydər Əliyev adına mərkəzin yaxınlığında) avtomobil yolunda idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X4 məxsus 1 ədəd “Klassik” tipli işıq dirəyinin tumba hissəsini sıradan çıxararaq müəssisəyə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2018-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “BMW 3201 minik” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən mütənasib qaydada Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X2 bank hesabına 2000 (iki min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. xx.xx.2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyandan qalıq olaraq qalan 500 (beş yüz) manat hissəsi cavabdehdən tutularaq "xxxx" X6 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. İddiaçı «Bakı Şəhər İşığı” X2 nümayəndəsi X7 iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh, üçüncü şəxs lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə ərizəsini nəzərə alıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhər DYPŞ-nin xx.xx.2018-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir; İş materiallarında olan ƏN-İV seriyalı, 469661 saylı etibarnamənin surətinə əsasən “BMW 3201 minik” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X8 həmin avtomobili 4 il 5 ay 5 gün müddətinə, yəni xx.xx.2022-ci il tarixə kimi idarə etmək üçün Cavabdeh etibarnamə vermişdir. "xxxx" X5 tərəfindən tərtib edilmiş smetanın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti (Heydər Əliyev adına mərkəzin yaxınlığında) avtomobil yolunda sürücü Cavabdeh idarə etdiyi avtomobil ilə vurulmuş dirəyin bərpasına 2500 AZN xərc tələb olunmuşdur; xx.xx.2019-cu il tarixli ödəniş tapşırığının surətinə əsasən "xxxx" ASC tərəfindən "xxxx" X4 2000 manat ödəniş olunmuşdur; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh idarə etdiyi “BMW 3201 minik” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti (Heydər Əliyev adına mərkəzin yaxınlığında) avtomobil yolunda idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X4 məxsus 1 ədəd “Klassik” tipli işıq dirəyinin tumba hissəsini sıradan çıxararaq müəssisəyə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan yetirmişdir. Bakı şəhər DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2018-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “BMW 3201 minik” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmış, "xxxx" ASC tərəfindən mütənasib qaydada "xxxx" X2 bank hesabına 2000 (iki min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hazırda iddiaçı qalıq məbləğ olan 500 manat məbləğində pulu cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; Göründüyü kimi, Cavabdeh xx.xx.2018-ci il tarixdə “BMW 3201 minik” markalı, **-GA-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti (Heydər Əliyev adına mərkəzin yaxınlığında) qəza törədərək "xxxx" X4 məxsus 1 ədəd “Klassik” tipli işıq dirəyinin tumba hissəsini sıradan çıxararaq müəssisəyə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurulması tamamilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə tədqiq olunan sübutlarla yanaşı qeyd olunan yol nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli olması təsdiq olunmuşdur. Bununla belə məhkəmə hesab edir ki, avtomobil cavabdeh tərəfindən idarə edilərkən mülki hüquq pozuntusu (delikt) törətməsi və Cavabdeh nəqliyyat vasitəsini idarə edərkən "xxxx" X4 məxsus 1 ədəd “Klassik” tipli işıq dirəyinin tumba hissəsini sıradan çıxararaq maddi zərər vurulması öz təsdiqini tapdığından iddiaçının Cavabdeh qarşı tələbi əsaslıdır və zərər məbləğinin qalıq 500 manat hissəsi cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh 500 manat məbləğində vurulmuş zərər "xxxx" X2 xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində vurulmuş zərər iddiaçı "xxxx" X2 xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-3460/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3460/2022
19.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver