Məhkəmə qərarları › İş №e-2(005)-3463/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3463/2022

14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3463/2022 14.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə nadir qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kreditin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kreditin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış 25 iyun 2021-ci il tarixli OFM-208-0010- 21 saylı Kredit müqaviləsinin ləğv edilməsi, 5699.84 manat əsas kredit borcu, 137.75 manat faiz borcu, 250 manat cərimə olmaqla, cəmi 6087.59 manat, həmçinin 80.87 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 25 iyun 202-c1i il tarixli OFM-208-0010-21 saylı Kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, illik faiz dərəcəsi 30% olmaqla, 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini İddiaçı qarşısında icraetməyən Cavabdehin İddiaçıya 19 iyul 2022-ci il tarixinə 5699.84 manat əsas kredit borcu, 137.75 manat faiz borcu, 250 manat cərimə olmaqla,cəmi 6087.59 manat borcu qalmaqdadır. Cavabdeh1 iddiaçı qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 ilə 25 iyun 2021-ci il tarixli OFM-208-0010-21 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında üzrlü səbəb təqdim etmədən iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinin tələblərinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, OFM-208-0010-21 saylı kart vasitəsi ilə kreditin verilməsinə dair müqavilədən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC Cavabdeh1 illik 30 % faiz hesablanması şərti ilə, 18 ay müddətinə 10000 manat kredit vermişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli OFM-208-0010-21 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2021-cu il tarixli, OFM-208-0010-21 saylı kart vasitəsi ilə kreditin verilməsinə dair müqavilə üzrə Cavabdeh1 öz öhdəliklərini vaxtında və lazımınca icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsi əsas öhdəlik tam icra olunanadək qüvvədədir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən Cavabdeh2 və Cavabdeh1 göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişlərdən müəyyən olunur ki, banka olan borclarını 3 iş günü ərzində tam ödəmələri barədə, ödəməyəcəkləri halda isə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. xx.xx.2022-ci il tarixli, 02-07 saylı arayışa əsasən xx.xx.2021-cu il tarixli, OFM-208- 0010-21 saylı kart vasitəsi ilə kreditin verilməsinə dair müqavilə üzrə Cavabdeh1 5699,84 manat əsas borc, 137,75 manat faiz borcu, 250 manat cərimə borcu, cəmi 6087,59 manat borc yaranmışdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən Cavabdeh1 10000 manat məbləğində kredit verilmişdir. Göründüyü kimi, Cavabdeh1 kredit sazişi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu saziş ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də oğlu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Eyni zamanda digər Cavabdeh2 Cavabdeh1 müqavilə üzrə öz öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyü üçün, onun birgə məsuliyyət daşıyır və yaranmış borcu əsas borclu ilə birlikdə müştərək qaydada ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli xx.xx.2021-cu il tarixli, OFM-208-0010-21 saylı kart vasitəsi ilə kreditin verilməsinə dair müqavilə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5699.84 manat əsas kredit borcu, 137.75 manat faiz borcu, 250 manat cərimə olmaqla, cəmi 6087.59 manat məbləğində borc, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 80.87 manat məbləğində dövlət rüsumu ödənildiyindən, həmin məbləğ iddiaçıya ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, OFM-208-0010-21 saylı kart vasitəsi ilə kreditin verilməsinə dair müqavilə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5699.84 manat əsas kredit borcu, 137.75 manat faiz borcu, 250 manat cərimə olmaqla, cəmi 6087.59 manat (altı min səksən yeddi manat əlli doqquz qəpik) manat məbləğində borc, həmçinin ödənilmiş 80.87 manat dövlət rüsumu iddiaçı “X2” Bakı Filialının xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar