Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3464/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il, 2(005)-2337/2020 №-li qətnaməsi ilə xx.xx.2017-ci il təvəlüdlü Uça X1 görə müəyyən edilmiş hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh əmək haqqının və başqa gəlirlərinin dörddə bir hissəsinə yönəldilməklə alimentin miqdarının artırılması və ilkin mediasiyaya ödədiyi 50 (əlli) manat rüsumun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il, 2(005)-2337/2020 №-li qətnaməsi ilə Cavabdeh Mustafa ilə aralarında X7, Bayındır evləndirmə dairəsində xx.xx.2016-cı il, 2016/65 № ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəlüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçıya ödənilməsini qət etmişdir. İddiaçı bildirir ki, işsizdir, heç bir gəliri yoxdur, övladı ilə birlikdə kirayədə yaşayır, bu xərcləri ödəməyə tənha ana kimi imkanı çatmır. Cavabdeh isə övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti vaxtında ödəmir. Uşağın sağlamlıq, qulluq, geyim və yemək tələbatı, təhsillə bağlı xərcləri artmışdır Buna görə də “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, xx.xx.2017-ci il təvəlüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh Mustafa oğlunun qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulub iddiaçıya ödənilməsi məsələsi məhkəmə qaydasında həll edilməlidir. Qeyd edir ki, Cavabdeh alimenti ödəmək imkanındadır, daimi iş yeri və əmək haqqı vardır. Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 3135-118446/20-15-5 №-li arayışından görünür ki, Cavabdeh "xxxx" QSC-də çalışır və aylıq əmək haqqı 4613 (dörd min altı yüz on üç) manat təşkil edir. Ona görə də alimentin məbləği 300 (üç yüz) manat sabit pul məbləği ilə deyil, cavabdehin əmək haqqının və digər gəlirlərinin dörddə bir hissəsi məbləğində ödənilməsi məhkəmə qaydasında həll edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək uşağın xərclərinin artdığını bildirərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə rəsmi qaydada məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları 5 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İV 347875 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2337/2020 saylı qətnaməsinə əsasən Cavabdeh ilə X3 arasında xx.xx.2016-cı ildə X7, Bayındır evləndirmə dairəsi tərəfindən qeydə alınmış və 2016/6 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, xx.xx.2017-ci il təvəllüdlü X13 Mehmet (anası) Uça (Dinçari) Radmilla Abriki qızının yanında saxlanılması, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X13 Mehmetin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində aliment tutularaq Uça (Dinçari) Radmilla Abriki qızının xeyrinə ödənilməsi qət olunmuşdur. Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 360898 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X8 nikahına xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra qadına Dinçari soyadı verilmişdir. EMİS-dən əldə olunan gəlir məlumatlarından müəyyən olunur ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində aqronom vəzifəsində çalışır və 6499.0 manat maaş alır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflərin birgə nikahdan xx.xx.2017-ci il təvəlüdlü X4 adlı övladı doğulmuşdur. Tərəflərin ailə münasibətləri baş tutmadığından Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 2337/2020 saylı qətnaməsinə əsasən nikahları pozulmuş, onlar faktiki olaraq ayrı yaşayırlar, uşaq anasının yanında qalır. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin tutulması qaydasının dəyişdirilməsini, cavabdehin rəsmi iş yeri və daimi gəlirləri olması səbəbindən alimentin cavabdehin qazancının ¼ hissəsində tutulmasını xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili cavabdehin rəsmi iş yerinin olmasını, müntəzəm aylıq maaş almasını təsdiq etdiyindən məhkəmə alimentin onun qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi məbləğində tutulmasını məqbul hesab edir. Məhkəmə alimentin yeni qaydada tutulmasının məhkəməyə iddia ərizəsi ilə müraciət edilən tarixdən hesablanması hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Plenum Qərarının 8.12.-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 hissəsi həcmində aliment tutularaq İddiaçı verilməlidir. İddia təmin olunduğundan mediasiyaya ödənilmiş 50 (əlli) manat rüsumu Cavabdeh Mustafa oğlundan tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2020-ci il tarixli, 2(005)- 2337/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2017-ci il təvəlüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh Mustafa oğlunun qazancın (başqa gəlirlərin) ¼ hissəsi həcmində aliment tutularaq İddiaçı verilsin. Mediasiyaya ödənilmiş 50 (əlli) manat rüsumu Cavabdeh Mustafa oğlundan tutularaq İddiaçı verilsin. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-3464/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3464/2024
01.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver