Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3473/2023 23.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı Bashiri Behkamın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Bashiri Behkamın Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bashiri Behkam Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10200 manat pulun; “Ekol” Vəkil Bürosuna iddiadan ötrü ödəmiş 100 manat pulun; ödənilmiş 121 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabadeh Cavabdeh ondan 10200 manat məbləğində pul almış və dəfələrlə tələb etməyinə baxmayaraq, borcunu ödəməmişdir. 2020ci ilin yanvar ayında otel işlətmək üçün Cavabdeh ümumilikdə 10200 manat məbləğində pul vermişdir. Lakin sonradan cavabdeh dəfələrlə istəməyinə baxmayaraq, müxtəlif bəhanələr gətirərək ödəməmişdir. Məcbur olub “Qaynar xətt” mərkəzinə müracət etmişdir. Müraciəti əsasında Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsində araşdırma aparılmış və bu barədə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan da görünür ki, Cavabdeh verdiyi izahatında ondan 10200 manat pul almasını göstərmişdir. Borcunu qaytarmamasının səbəbi kimi “pandemiyanın” olmasını əsas göstərmişdir. Qanunla müəyyən edilmiş hüquqlardan istifadə etməklə “Ekol” Vəkil Bürosu ilə xx.xx.2023-cü il tarixli, 98 nömrəli müqavilə bağlamaqla 100 manat pul ödəmiş və büronun hesabına ödədiyi 100 manat da cavabdehdən tutularaq ona ödənilməlidir. Daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh 6700 manat pulun; “Ekol” Vəkil Bürosuna iddiadan ötrü ödəmiş 100 manat pulun; ödənilmiş 121 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bashiri Behkamın nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə icarəyə götürdüyü “Af city” otelinin 45 otağını İran vətəndaşı Bashiri Behkama kirayəyə vermiş və ondan 10200 manat beh almışdır. Lakin karantin olması səbəbindən iflasa uğramışdır. İddiaçıya borcun bir hissəsini ödəmiş, qalan hissəsini isə hissə-hissə ödəyəcəkdir. Cavabdehə növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, həmçinin cavabdehin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Nizami Hüseynovun “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, material üzrə izahatı alınmış Cavabdeh bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə “Af City” adlı oteli icarəyə götürmüşdür. xx.xx.2020-ci il tarixdə Bashiri Behkam ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 45 otaq kirayələmiş və qaydalara əsasən beh olaraq 10200 manat pul almışdır. Karantin olması səbəbindən bankrot vəziyyətinə qədər gəlmişlər, hətta dövlət tərəfindən yardım edilmişdir. Dəfələrlə Behkama çətinliyinin olmasını desə də, anlamaq istəməmişdir. Ümumilikdə Behkama 2000 manat pul qaytarmışdır. xx.xx.2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Bashiri Behkam “Ekol” vəkil bürosunun hesabına hüquqi yardıma görə 100 manat pul ödəmişdir; Cavabdeh Vahan oğlunun Behkam Bashiriyə borclu olduğu pulun ödənilməsinə dair aylıq razılaşma Cədvəlinin surətində qeyd edilmişdir ki, Eyubov X1 Bashiriyə borclu olduğu 10200 manat məbləğdən müəyyən vaxtlarda ödəniş etmiş və 7200 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə 500 manat ödəniş etmiş və nəticədə 6700 manat borcu qalmışdır. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. 2020-ci il tarixdə Cavabdeh icarəyə götürdüyü otelin 45 sayda otağını iddiaçı Bashiri Behkama kirayəyə vermiş və ondan 10200 manat məbləğində pul almışdır. Daha sonra pandemiya başladığı üçün otel bağlanmış və iddiaçı oteldən istifadə edə bilməmişdir. İddiaçı cavabdehdən verdiyi 10200 manat məbləğində pulu geri istəmiş cavabdeh pulu qaytarmağı vəd etsə də, üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Daha sonra iddiaçı tərəf tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, qeyd edilən 10200 manat puldan müəyyən məbləğin cavabdeh tərəfindən ödənildiyini və son olaraq 6700 manat pulun qaldığını bildirmişdir. Tərəflər arasında pulun ödənilməsinə dair aylıq razılaşma cədvəli bağlanmış və həmin cədvəldə cavabdehin iddiaçıya 6700 manat pulun qaldığı qeyd edilmişdir. Hazırda iddiaçı qeyd edilən 6700 manat məbləğində pulun tutulmasını xahiş edir. Cavabdeh isə pulu olmadığı qeyd edərək, hissə-hissə ödəyəcəyini bildirir. Qeyd edilən məbləğdə pulun cavabdehin mülkiyyətinə verilməsi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarda öz təsdiqini tapmışdır. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan borcun etirafı müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. İddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 882.1 və 882.5-ci maddələrinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Hazırki iş üzrə cavabdehin iddiaçıdan 10200 manat pul almağına və həmin məbləğdən müxtəlif vaxtlarda ödəniş etdikdən sonra qalıq qalmış 6700 manat məbləğində pulun qaytaracağına dair tərəflər arasında razılıq cədvəli bağlanmış, bununla da cavabdehə borclu olduğunu etiraf etmişdir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Pulun ödənilməsinə dair aylıq razılaşma cədvəli subyekt tərkibinə, məzmununa, formasına və iradə ifadəsinə görə iş materiallarında mövcud olan sübutlar əsasında qanunvericiliyin tələblərinə uyğundur və əqdin etibarsızlığına səbəb olan hər hansı bir hal müəyyən olunmamışdır. Beləliklə, əqdin məzmunundan və işin hallarından tərəflərin hüquq və vəzifələrinin qarşılıqlı olaraq qəbul edildiyi, onun bağlanması ilə əlaqədar yaranan hüquqi nəticələrin tərəflərin hər ikisinə aydın olduğu qənaətinə gəlmək olar. Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Nizami Hüseynovun “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarında cavabdeh Eyubov X1 Bashiridən 10200 manat pulun almasını etiraf etmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla da, iddiaçı Behkam Bashiri tərəfindən Cavabdeh 6700 manat məbləğində pulun verilməsi həm cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, həmçinin tərəflər arasında bağlanmış pulun ödənilməsinə dair razılaşma cədvəlində öz təsdiqini tapır və sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat pulun cavabdehdən tutulması hissələrində də iddia tələbi əsaslıdır. Məhkəmə vəkilə ödənilmiş 100 manat pulun ağlabatan məbləğ olduğunu və cavabdehin öhdəliyin icra edilməməsi nəticəsində çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissələrdə də təmin edilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumuna münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlar əsasında hesab edir ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyini vaxtında icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 6700 manat məbləğində pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121 manat məbləğində pul tutularaq iddiaçı Bashiri Behkama ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6700 manat məbləğində pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121 manat məbləğində pul tutularaq iddiaçı Bashiri Behkama ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-3473/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3473/2023
23.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver