Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3478/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə 4450.83 manat məbləğində sığorta ödənişinin, 64.50 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 4515.33 manat pul məbləğinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ünvanında "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin tam sığortası” üzrə sığortalanmış “Mercedes Benz E220 CDİ” markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətində olan “Azsamand” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törətmişdir. AR DİN Xətai RPİ DYPŞ-nin 402550 saylı, xx.xx.2012-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən X1 təqsirli şəxs olaraq müəyyən edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 40,00 məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. “Mercedes Benz E220 CDİ” markalı, 99 DL921 dövlət qeydiyyat nişanlı avtomobilin MİB-NAS-0043/12 saylı sığorta şəhadətnaməsindən məlum olur ki, həmin nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2012-ci il tarixindən xx.xx.2014-cÜ il tarixindək “avto kasko” qaydaları ilə sığortalanmışdır. xx.xx.2012-ci il tarixli zərərin hesablanması aktına əsasən məlum olur ki, sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E220 CDİ” markalı, ** DL *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 4950,83 məbləğində müəyyən edilmişdir. xx.xx.2013-cü il tarixli, 429/12 saylı sığorta əsasən məlum olur ki, "xxxx" ASC tərəfindən 500 manat azadolma məbləği çıxıldıqdan sonra 4450,83 məbləğində sığorta ödənişi sığorta şəhadətnaməsi üzrə sığortalı şəxsin hesabına ödənilmişdir. Tərəflərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitsəi ilə ərizə təqdim edərək, heç bir əlavə vəsatətinin olmadığını bildirmiş, iddiaçı tərəfin iştirakı olmadan işə baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: “Mercedes Benz E220 CDİ” markalı, 99 DL921 dövlət qeydiyyat nişanlı avtomobilin MİB-NAS-0043/12 saylı sığorta şəhadətnaməsindən məlum olur ki, həmin nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2012-ci il tarixindən xx.xx.2014-cÜ il tarixindək “avto kasko” qaydaları ilə sığortalanmışdır. xx.xx.2012-ci il tarixli zərərin hesablanması aktına əsasən məlum olur ki, sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E220 CDİ” markalı, ** DL *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 4950,83 məbləğində müəyyən edilmişdir. xx.xx.2013-cü il tarixli, 429/12 saylı sığorta əsasən məlum olur ki, "xxxx" ASC tərəfindən 500 manat azadolma məbləği çıxıldıqdan sonra 4450,83 məbləğində sığorta ödənişi sığorta şəhadətnaməsi üzrə sığortalı şəxsin hesabına ödənilmişdir xx.xx.2022-ci il tarixli, “BS-S-22/3268 saylı “Geriyə tələb” (Subroqasiya) məktubunun surətindən görünür ki, cavabdehlər tərəfindən 5 gün müddətində göstərilən məbləği, ödəmədikləri təqdirdə müvaqif məhkəmə orqanına müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : “İcbari Sığortalar haqqında” AR Qanunun 25.1.3.-cü maddəsində qeyd edilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuraıı tərəfindən tam həcmdə ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30,40 manat dövlət rüsumunu cavabdehlərə aid edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2012-ci il tarixində "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin tam sığortası” üzrə sığortalanmış “Mercedes Benz E220 CDİ” markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətində olan “Azsamand” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törətmişdir. AR DİN Xətai RPİ DYPŞ-nin 402550 saylı, xx.xx.2012-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən X1 təqsirli şəxs olaraq müəyyən edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 40,00 məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E220 CDİ” markalı, ** DL *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 4950,83 məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən 500 manat azadolma məbləği çıxıldıqdan sonra 4450,83 məbləğində sığorta ödənişi sığorta şəhadətnaməsi üzrə sığortalı şəxsin hesabına ödənilmişdir. Hazırda iddiaçı ödənilmiş sığorta pulunun subroqasiya qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmasını tələb edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4450.83 manat məbləğində sığorta ödənişinin, 64.50 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 4515.33 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4450.83 manat məbləğində sığorta ödənişinin, 64.50 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 4515.33 manat pul məbləği iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-3478/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3478/2022
06.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver