Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-35/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (açar sözlər: dəymiş ziyanın ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 14005 (on dörd min beş) manat maddi ziyanın və hüquqi yardıma görə ödənilmiş 100 (yüz) manat xidmət haqqının və 133 (yüz otuz üç) manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə 14238 (on dörd min iki yüz otuz səkkiz) manat pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 15 noyabr 2019-cu il tarixli MAS-1436 saylı “X3” əsasında lizinqə verilmiş “Ravon Nexia R3 Minik” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD665827 seriyalı, 2019-cu il buraxılışlı, Ban: №XWBTF69V9LA004706, ağ rəngli) avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh1 istifadəsinə verilmişdir. Digər Cavabdeh2 həmin sürücünü onunla tanış etmiş və onun öhdəliklərinin tam olaraq yerinə yetirilməsinə dair şifahi öhdəlik götürmüşdür. Cavabdeh avtomaşını idarə edərkən 14 iyul 2021-ci il tarixdə, saat 15:50 radələrində Bakı-Qazax yolunun 14-cü kilometrliyində ara məsafəsi qaydalarını pozmuşdur və inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 (qırx) manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Cavabdeh1 hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün “RS Avtoservis”-ə aparılmış və sonuncu tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 14005 (on dörd min beş) manat tələb olunmuşdur. Göründüyü kimi Cavabdeh1 hərəkətləri nəticəsində avtomaşına 14005 (on dörd min beş) manat zərər dəymişdir. Lakin cavabdeh yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Digər Cavabdeh2 şifahi öhdəliklərindən imtina edərək bu məbləği ödəməkdən imtina edir. Cavabdeh1 ilə arasında bağlanmış 09 fevral 2021-ci il tarixli 47 nömrəli icarə müqaviləsinin 1.6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Həmin müqavilənin 1.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə borcludur. Bu səbəbdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14005 (on dörd min beş) manat maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı, 133 (bir yüz otuz üç) manatməbləğində dövlət rüsumu, ümumilikdə 14238 (on dörd min iki yüz otuz səkkiz) manat pul vəsaiti tutulmalıdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, məbləğ çox şişirdilmişdir. Dəfələrlə qarşı tərəfə müraciət edərək, avtomobili tanışı vasitəsilə düzəltdirə biləcəyini, ehtiyat hissələrini verə biləcəyini bildirmişdir. Lakin qarşı tərəf razı olmamışdır. Avtomobilin öz qiyməti 15000 manatdır. Avtomobilə dəymiş ziyana görə bu qədər məbləğ istənilməsi əsassızdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər Cavabdeh2 Rəsaul oğlu məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - "xxxx" MMC və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli MS-1436 №-li X3nə əsasən, lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş ödənişləri etməyi öhdəsinə götürür. - İddiaçı və Cavabdeh1 arasında bağlanmış 09 fevral 2021-ci il tarixli 47 nömrəli icarə müqaviləsinin 1.6-cı bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə hərəkəti və ya hərəkətsizliyi nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə borcludur. Həmin müqavilənin 1.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə borcludur. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamənin surətindən görünür ki, 99PD467 dövlət qeydiyyat nişanlı “Ravon Nexia R3 minik” markalı nəqliyyat vasitəsinin sahibi "xxxx" MMC-dir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh1 “Ravon Nexia R3 minik” markalı 99PD467 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisində idarə edilməsi səlahiyyəti verilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh1 “Ravon Nexia R3 minik” markalı 99PD467 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisində idarə edilməsi səlahiyyəti verilmişdir. - 02.09.2021-ci il tarixli ******* saylı “İnzibati Xəta” haqqında protokoldan görünür ki, “Ravon Nexia R3 minik” markalı 99PD467 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - 02.09.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə saat 15:50-də Bakı Qazax yolu 14-cü km-də “Ravon Nexia R3 minik” markalı 99PD467 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydarını pozmuşdur. Nəticədə Cavabdeh1 AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cavabdeh1 40 manat cərimə olunmuşdur. - “RS Avtoservis” tərəfindən verilmiş dəymiş zərərin hesablanmasına dair xx.xx.2021ci il tarixli aktdan görünür ki, “Ravon Nexia R3 minik” markalı 99PD467 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər ehtiyat hissələri – 10115 manat və işçilik – 3890 manat nəzərə alınmaqla cəmi 14005 manat təşkil edir. - 10 dekabr 2021-ci il tarixli mədaxil qəbzinin kötüyündən görünür ki, dəymiş zərər ehtiyat hissələri – 10115 manat və işçilik – 3890 manat cəmi 14005 manat təşkil edir. - İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh1 dəymiş zərərin 30 mart 2022-ci il tarixədək ödənilməsi xahiş olunmuşdur. - “Milliön” elektron ödəmə sistemindən xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 14 saylı vəkil bürosuna 100 manat ödəniş edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2022-ci il tarixli 9/5147 saylı ekspert rəyindən görünür ki, tədqiq edilən 2019-cu il buraxılışlı “Ravon Nexia R3" markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 8400,0 (14000,0 m - 40%) manat müəyyən edilir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2023-cü il tarixli 9/9054 saylı ekspert rəyindən görünür ki, 2019-cu il buraxılışlı “Ravon Nexia R3" markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 8400,0 (14000,0 m - 40%) manat müəyyən edilir. Rəydə qeyd edilmişdir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müyafiq hesab olunduğundan 2019-cu il buraxılışlı “Ravon Nexia R3” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(005)-2207/2022 №-li mülki iş materiallarında olan xx.xx.2021 -ci il tarixli qüsur aktı əsasında hesablanır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2023-cü il tarixli 9/3125 saylı ekspert rəyindən görünür ki, 2019-cu il buraxılışlı “Ravon Nexia R3" markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 8400,0 (14000,0 m - 40%) manat müəyyən edilir. Rəydə qeyd edilmişdir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müyafiq hesab olunduğundan 2019-cu il buraxılışlı “Ravon Nexia R3” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(005)-102/2023 №-li mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli qüsur aktı əsasında hesablanır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2023-cü il tarixli 9/8239 saylı ekspert rəyindən görünür ki, 2019-cu il buraxılışlı “Ravon Nexia R3" markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 8400,0 (14000,0 m - 40%) manat müəyyən edilir. Rəydə qeyd edilmişdir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müyafiq hesab olunduğundan 2019-cu il buraxılışlı “Ravon Nexia R3” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(005)-102/2023 №-li mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli qüsur aktı əsasında hesablanır. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh1 arasında bağlanmış icarə müqaviləsinə əsasən “Ravon Nexia R3 Minik” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün sonuncunun istifadəsinə verilmişdir. Həmin müqaviləyə əsasən (1.7-1.8 bəndləri), icarəyə götürən şəxs - Cavabdeh1 yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı, nəqliyyat vasitəsini hər hansı səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə həmin avtomobili idarə edərkən ara məsafəsi qaydalarını pozmuşdur. Nəticədə nəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Cavabdeh1 AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunmuşdur. Hazırda iddiaçı avtomobilə dəymiş zərərin əvəzinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödənilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 748-2-ci maddəsinə uyğun olaraq, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. -748-7.1-ci maddəsinə görə, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. -1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsi üzrə lizinq verən lizinq obyektinin mülkiyyətçisi olaraq qalsa da, sahiblik və istifadə hüquqlarının lizinq alana verilməsi sonuncunu əmlakın qanuni sahibinə çevirir. Eləcə də mülkiyyətçi müqavilə əsasında özünə mənsub olan əmlaka dair sahiblik və istifadə hüququnu qarşı tərəfə vermişsə, münasibətlərin tənzimlənməsi zamanı tərəflərin qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən müqavilə şərtləri də nəzərə alınmalıdır. Belə ki, müqavilə əsasında əmlakda sahiblik və istifadə hüququnu əldə edən tərəf əmlaka dair hansı həcmdə öhdəlik götürərək məsuliyyət daşıyırsa, o həcmdə də üçüncü şəxslər qarşısında tələb etmək hüququna malik olmaqla öz sahiblik hüquqlarını müdafiə edə bilməlidir. İş materiallarından da görünür ki, "xxxx" MMC (lizinq verən) ilə İddiaçı (Lizinq alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-1436 saylı X3nə əsasən, lizinq obyektinə sahiblik və istifadə hüququnun lizinq alana keçdiyi, lizinq obyetkinin zərərin bütün növlərindən, istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyətin lizinq alanın daşıdığı göstərilmişdir. Beləliklə, lizinq obyekti olan avtomobilə zərər yetirilməsi ilə nəticələnən əmlak risklərini müqavilə üzrə lizinq alan - İddiaçı daşıdığından, o, mülkiyyətçinin qanunvericiliklə tanınan hüquqlarından, eləcə də həmin əmlaka dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan istifadə etmək imkanına malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur. Digər tərəfdən İddiaçı və Cavabdeh1 arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materiallarından göründüyü kimi Cavabdeh1 tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Nəticədə iddiaçıya maddi ziyan dəymişdir. İddia hazırda zərərin ödənilməsini tələb edir. Qanunvericiliyin tələblərinə əsasən, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh1 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə Cavabdeh1 təqsiri müəyyən edilmişdir. Belə ki, Cavabdeh1 avtomobili idarə edərkən araməsafəsi qaydalarını pozmuş, nəticədə avtomobilə maddi ziyan dəymiş və cavabdeh Təhməzov X2 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıya dəymiş maddi ziyanın əvəzini ödəməlidir. Məhkəmə araşdırması zaman avtomobilə dəymiş maddi ziyanın müəyyən edilməsi məqsədilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq və əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2022-ci il tarixli 9/5147 saylı, 13 fevral 2023-cü il tarixli 9/9054 saylı, 28 iyul 2023-cü il tarixli 9/3125 saylı və 14 noyabr 2023-cü il tarixli 9/8239 saylı ekspert rəylərindən görünür ki, 2019-cu il buraxılışlı “Ravon Nexia R3" markalı, **- PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 8400,0 (14000,0 m - 40%) manat müəyyən edilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarını aparan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin vəzifəsini, təhsili və ekspertiza sahəsində iş təcrübələrini, məhkəmə qərardadları ilə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilməsini, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizaları üzrə rəylərin mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmasını, rəyin tədqiqat hissəsi ilə nəticə hissəsinin uyğun olmasını nəzərə alan məhkəmə hesab edir ki, iş üzrə verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə, dəymiş maddi ziyanın həddini müəyyən edərkən ekspert rəylərini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, vurulmuş maddi ziyanın məbləği ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq avtomobilin təmir-bərpa xərci 8400 (səkki min dörd yüz) manat həddində müəyyən edilməlidir. Həmçinin İddiaçı hüquqi yardıma görə ödənilmiş 100 (yüz) manat xidmət haqqının ona ödənilməsini xahiş etmişdir. İddiaçı hazırkı məhkəmə mübahisəsinə görə peşəkar hüquqi xidmət alması işin mübahisəsiz halıdır. İddiaçı məhkəmədə 14 saylı Vəkil bürosunun vəkili tərəfindən təmsil olunmuşdur. İddiaçı tərəfindən vəkil xidmətlərinin dəyəri ilə bağlı xx.xx.2022-ci il tarixli mədaxil qəbzi təqdim edilmişdir. Qəbzdən görünür ki, İddiaçı 14 saylı Vəkil bürosuna 100 manat məbləğdə ödəniş etmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin həcmi nəzərə alınmalıdır. Məhkəmə hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 100 (yüz) manat pul məbləğini, 14005 (on dörd min beş) manat qiymətində olan iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. Məhkəmə digər cavabdehə münasibətdə qeyd edir ki, İddiaçı Cavabdeh2 digər Cavabdeh1 onunla tanış edərək sürücünün öhdəliklərinin tam olaraq yerinə yetirilməsinə dair şifahi öhdəlik götürdüyünu bildirmiş olsa da, bu iradə ifadəsi yazılı formada rəsmiləşdirilməmiş, iddiaçı buna dair sübutları iş materiallarına əlavə etməmişdir. Həmçinin bu hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 və İddiaçı arasında hər hansı öhdəlik hüquq münasibətləri yaranmadığından və bununla da onun hazırki iddia tələbi üzrə cavabdehlik daşıdığı müəyyən edilmədiyindən iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri tərəflərə aid edilməli, iddia tələbinin təmin olunmuş hissəsi nəzərə alınmaqla, ödənilmiş dövlət rüsumu kimi 80 (səksən) manat Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Həmçinin mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilmişdir. Rəylərə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatların dəyəri cəmi 350 (üç yüz əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, habelə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizaları iddiaçının nümayəndəsi və vəkilinin yazılı vəsatətləri əsasında keçirildiyindən işə baxılması ilə əlaqədar keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi cəmi 350 manat tərəflərə aid edilməli, İddiaçı 150 (yüz əlli) manat, Cavabdeh1 200 (iki yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli. Cavabdeh1 vurulmuş maddi ziyanın əvəzi kimi 8400 (səkkiz min dörd yüz) manat, hüquqi yardıma görə ödənilmiş 100 (yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80 (səksən) manat tutularaq İddiaçı xeyrinə ödənilməli. İddia qalan hissədə təmin edilməməli. Cavabdeh1 200 (iki yüz) manat, İddiaçı 150 (yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. VI. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 vurulmuş maddi ziyanın əvəzi kimi 8400 (səkkiz min dörd yüz) manat, hüquqi yardıma görə ödənilmiş 100 (yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80 (səksən) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 200 (iki yüz) manat, İddiaçı 150 (yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-35/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-35/2024
06.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver