Məhkəmə qərarları › İş №e-2(005)-3506/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3506/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3506/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 avqust 1965-ci il təvəllüdlü Cavabdeh tərəflər arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 307 manat əsas borc, müqavilə üzrə hesablanmış 50 manat cərimə borcu, 18 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 130 manat əsas borc, müqavilə üzrə hesablanmış 50 manat cərimə borcu, 24 may 2020-ci il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən 266 manat əsas borc, müqavilə üzrə hesablanmış 50 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 883 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdehİddiaçı MMC ilə müddəti 15 ay olmaqla 26 sentyabr 2019-cu il tarixli nisyə alqı-atqı müqaviləsi bağlayıb. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 685 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 307 manat borcu qalıb. Qeyd edilən nisyə alqı-atqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürüb. Odur ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 2855 manat cərimə borcu yaranıb (307 manat x 930 gün x 1%=2855 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 50 manat məbləğində tələb edir. Bundan başqa, Cavabdehİddiaçı MMC iləmüddəti 10 ay olmaqla 18 dekabr 2019-cu il tarixli nisyə alqı-atqı müqaviləsi bağlayıb. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 200 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 130 manat borcu qalıb. Qeyd edilən nisyə alqı-atqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürüb. Odur ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1794 manat cərimə borcu yaranıb (130 manat x 1380 gün x 1%=1794 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 50 manat məbləğində tələb edir. Bundan başqa, Cavabdehİddiaçı MMC iləmüddəti 12 ay olmaqla 24 may 2020-ci il tarixli nisyə alqı-atqı müqaviləsi bağlayıb. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 380 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 266 manat borcu qalıb. Qeyd edilən nisyə alqı-atqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürüb. Odur ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 2154 manat cərimə borcu yaranıb (266 manat x 810 gün x 1%=2154 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 50 manat məbləğində tələb edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. olan məişət avadanlığı əldə etmiş və əmlakın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Belə ki, iş materiallarına əlavə olunmuş : xx.xx.2019-cu il tarixli, NRK5661770 saylı borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-dən dəyəri 685 manat olan məişət avadanlığı əldə etmiş və əmlakın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, NRK5741057 saylı borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-dən dəyəri 200 manat olan məişət avadanlığı əldə etmiş və əmlakın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, NRK5741677 saylı borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMCdən dəyəri 380 manat xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 307 manat, 18 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 130 manat, 24 may 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 266 manat borcu vardır. Beləliklə, müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC-dən məişət avadanlıqları əldə etmiş və müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 26 sentyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 307 manat əsas borc, müqavilə üzrə hesablanmış 50 manat cərimə borcu, 18 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 130 manat əsas borc, müqavilə üzrə hesablanmış 50 manat cərimə borcu, 24 may 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 266 manat əsas borc, müqavilə üzrə hesablanmış 50 manat cərimə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 14 avqust 1965-ci il təvəllüdlü Cavabdeh tərəflər arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 307 manat əsas borc, müqavilə üzrə hesablanmış 50 manat cərimə borcu, 18 dekabr 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 130 manat əsas borc, müqavilə üzrə hesablanmış 50 manat cərimə borcu, 24 may 2020-ci il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən 266 manat əsas borc, müqavilə üzrə hesablanmış 50 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 883 manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindıə yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar