Məhkəmə qərarları › İş №e-2(005)-3528/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3528/2022

22.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3528/2022 22.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin 2(005)-3605/2020 saylı xx.xx.2020-сi il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi - cavabdehdən iki uşağın saxlanması üçün hər uşağa görə hər ay 300 manat məbləğində sabit pulun aliment kimi, hər bir uşaq üçün hər ay 150 manat əlavə xərclər üçün pulun tutularaq mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış rəsmi nikah qeydi xx.xx.2015-ci ildə Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş və bu barədə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat idarəsindən 282391 saylı xx.xx.2016-cı il tarixli boşanma barədə şəhadətnamə verilmişdir. Birgə nikahdan xx.xx.2003-cü il tarixdə Murad adlı oğlu, xx.xx.2007-ci il tarixdə Aişən adlı qızı anadan olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3605/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən iki uşağın saxlanması üçün hər ay hər bir uşaq üçün 170 manat alimentin və əlavə xərclər üçün 50 manat, cəmi 440 manat tutulması barədə qərar qəbul edilmişdir. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bir uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün 300 manat məbləğində aliment, hər bir uşaq üçün isə hər ay 150 manat əlavə xərclər üçün pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı öz izahatında bildirdi ki, Cavabdeh uşaqları ilə maraqlanmır, onların təlim-tərbiyəsi ilə məşğul olmur. Hər iki uşağı sağlamlığına ciddi problemlərin olduğunu bildiyi halda, alimenti vaxtı-vaxtında ödəmir. Hətta oğlu Murada qarşı şiddət göstərmiş, bununla bağlı tərəfindən hüquq-mühafizə orqanlarına müvafiq müraciətlər edilmişdir.İ ddiaçı həmçinin bildirdi ki, cavabdeh məşhur idmançıdır, jiu-jitsu üzrə dəfələrlə yarışlarda iştirak edib, medallar, mükafatlar qazanıb. Məşqçi kimi fəaliyyət göstərir, gəliri əmək haqqısında göstərilən məbləğdən qat-qat çoxdur. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Vəkil öz izahatında bildirdi ki, uşaqların sağlamlığında ciddi problemlər olduğuna görə iddiaçı da əmək fəaliyyəti ilə məşğul olmur, uşaqların təlim-tərbiyəsi ilə məşğul olur. Buna görə də alimentin artırılmasına çox ehtiyacları var. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçının tələb etdiyi məbləği ödəmək imkanın olmadığını bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdeh həmçinin iddiaçının dedikləri ilə razılaşmadığını, hətta qızının əməliyyat edilməsi üçün bankdan kredit götürdüyünü, dost-tanışdan borc pul yığdığını bildirdi. Oğlunun 18 yaşı tamam olmasına baxmayaraq, ha-hazırda da əmək haqqından aliment məbləğinin tutulduğunu bildirdi. İdmanlar məşğul olduğu doğrudur, lakin pandemiyadan sonra məşqçi fəaliyyəti ilə məşğul olmur, jiu-jitsu isə olimpiya idman növü deyil. Yarışlarda iştirak edir, ancaq bununla bağlı böyük məbləğlərdə qonorar almır. Məqsədi dövlətinin bayrağını yüksəklərə qaldırmaqdır. Əsas iş yeri təcili tibbi yardım avtobazasıdır, sürücü olaraq çalışır. Öhdəsində yaşlı anası var. Maaşının çox hissəsi kirayəyə, aliment öhdəliklərinə və bankdan götürdüyü kredir borclarına sərf olunur. Buna görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İ 282391 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh və X8 arasında olan nikah ləğv edilmiş və bu barədə akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 305 nömrəli qeyd aparılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3605/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü X16 və xx.xx.2003-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh X5 xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 170, cəmi 340 manat müəyyən edilsin və əlavə xərclər üçün hər ay 50 manat məbləğində pulun iddiaçı X5 xeyrinə tutulması qət edilmişdir. Nərimanov rayonu VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ 454877 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2003cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X9r. Nərimanov rayonu VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İ 162183 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2007ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X9r. xx.xx.2020-ci il tarixli epikrizdən müəyyən olunur ki, X4 körpü beyincik bucağının həcmli törəməsi diaqnozu qoyulmuş və cərrahiyyə əməliyyatı keçirildikdən sonra evə yazılmışdır. xx.xx.2021-ci il tarixli epikrizdən müəyyən olunur ki, X10 beynində kista aşkalranmış və kistanın balaca olması səbəbindən cərrahiyyə əməliiyatı olunmadan müalicə kursu yazılaraq evə buraxılmışdır. Azərbaycan Respublikası Səhiyyə nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X23 tərəfində verilmiş xx.xx.2021-ci il tarixli patositomorfologiya müayinə nəticələrindən müəyyən olunur ki, X12 “baş beyin kistası.c.ə sonrakı vəziyyət.residiv??adenoidit?” diaqnozu qoyulmuşdur. Medistyle Hospital tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli beyin MR müayinəsindən müəyyən olunur ki, X13 hər iki beyin yarımkürəsinin periventrikulyar dərin ağ maddədə T2 FLAİR hiperintens non spesifik ocaqlar müşahidə olunmuşdur. X14 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kranial MR müəyinəsindən görünür ki, X6 baş beyində orqanik patologiya aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X23 tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 16, 53 saylı mənzil (Yeni qaydalarla AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 35, M17, m1) xüsusi mülkiyyət hüququ əsasında tam payda Cavabdeh məxsusdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, X8 övladları X19 və X16 ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Qurbanova Zairə israfil qızı (FİN 1AQ1RFT) Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X23ndə ailə başçısını itirməyə görə İİ dərəcəli əlil kimi 268,61 manat əmək pensiyası alır. Pensiya müddətsiz təyin edilmişdir. xx.xx.2020-ci il tarixli barışıq sazişindən müəyyən olunur ki, 1. Cavabdeh məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləğinin xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək tərəfindən ödənilməyən hissədən 3000 manat məbləğində pulu X7 ödəməyi öhdəsinə götürmüş və X8 qalan hissədən imtina etmişdir; 2. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 95a, 13 sayı mənzili X5 və ya oğlu X11 adına rəsmiləşdirməyi öhdəsinə götürmüş; 3. Cavabdeh məhkəmə qətnaməsinə əsasən müəyyən olnumuş aliment məbləğinin xx.xx.2018-ci il tarixdən hazıra qədər ödənilməmiş məbləğini hissə-hissə X7 ödəməyi öhdəsinə götürmüş;

4. X8 uşaqları X19 və X16 qızının Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmasınına və onun mülkiyyətinə veriləcək ünvan 3 ünvanına qeydiyyata salınmalarını öhdəsinə götürmüşdür; 5. Cavabdeh barışıq sazişinin şərtlərini pozduqda onun tərəfindən sazişin 1-ci bəndinə əsasən X7 verdiyi 3000 manat pul ona geri qaytarılmır, sazişin şərtləri X8 tərəfindən pozulduqda isə həmin saziş üzrə edilmiş bütün hərəkətlər geriyə dövr edir. xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, “Hədiyyə verən” Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 95a, 13 sayı mənzili “Hədiyyə alan” X7 bağışlamışdır. Bakı Şəhəri İcra hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı departamenti Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X8 ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Cavabdeh təqaüd təyin edilməyib və Nazirlik tərəfindən digər əlavə məbləğ ödənilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli müraciətindən görünür ki, Cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin alimentin tutulmasına dair xx.xx.2020-ci il tarixli 2(005)-3605/2020 saylı və xx.xx.2015-ci il tarixli icra sənədləri üzrə cəmi 6259 manat borcu yaranmışdır. Müraciət cavabdehin iş yerinə ünvanlanmaqla, “X18” Pubik Hüquqi şəxsindən borc məbləği tam ödənilənədək borcluya çatacaq pul məbləğinin 50%-nin, borc məbləği bitdikdən sonra isə hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması xahiş olunur. Cavabdeh Sərrraf oğlunun əmək haqqı barədə məlumatdan görünür ki, sürücü vəzifəsində işləyən cavabdehə cəmi 1270,08 manat əmək haqqı hesablanır, 39 manat məbləğində vəsait aliment öhdəlikləri ilə bağlı tutulur, cəmi 635,06 manat məbləğində vəsait əmək haqqısından tutulur və yekun olaraq 635,02 manat gəlir əldə edir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar:

Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx.xx.2015-ci il tarixli Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş, xx.xx.2003-cü il təvəllüdlü X19 və xx.xx.2007-ci il təvəllüdlü X16 analarının himayəsində saxlanılmış, hər iki uşağın saxlanması üçün hər ay hər bir uşaq üçün 108 manat alimentin tutulması barədə qərar qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üşün hər ay hər uşaq üçün 170, cəmi 340 manat alimentin və əlavə xərclər üçün hər ay 50 manat məbləğində pulun Cavabdeh tutularaq iddiası İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün 300 manat məbləğində aliment, xx.xx.2003cü il təvəllüdlü X19 və xx.xx.2007-ci il təvəllüdlü X10 hər biri üçün isə hər ay 150 manat əlavə xərclər üçün pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə

Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının: 8.2-ci bəndinə əsasən, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.7-ci bəndinə əsasən, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı iddia tələbini xx.xx.2007-ci il təvəllüdlü X2 üçün alimentin artırılması hissəsində əsaslı hesab edir. Belə ki, o, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğlərinin uşağın tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumunun artırılmasına əsaslanmaqla tələb etmişdir; hansı ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onun xeyrinə hər uşaq üçün 170 manat aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür - hazırda isə bu vəziyyət dəyişməklə həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2022-ci il üçün artırılaraq 193 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. İddia tələbinin yetkinlik yaşına çatmış X19 üçün hər ay 150 manat əlavə xərclər üçün pulun cavabdehdən onun xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respubllikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Qərarında qeyd edilir: Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı yetkinlik yaşına çatmış oğlu xx.xx.2003-cü il təvəllüdlü X11 adından əlavə xərclərinin əvəzinin cavabdehdən tutulması üçün məhkəmədə iddia qaldırmaq hüququ yoxdur. Bu iddia tələbi ilə şəxsin özü, hazırki halda X19 məhkəmədə iddia qaldırmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80-ci maddəsinə görə valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göründüyü kimi qanunverici yetkinlik yaşına çatmış övlad əmək qabiliyyəti olmadıqda və maddi yardıma ehtiyacı olduqda həmin övlad üçün əlavə xərclərin tutula bildiyini qeyd edir. Yuxarıda qeyd edildiyi kimi, İddiaçı hazırki mülki iş üzrə yetkinlik yaşına çatmış övladının adından digər cavabdehdən əlavə xərclərin tələb edilməsi üçün iddia qaldırmaq kimi subyektiv hüququ yoxdur. İddiaçının belə subyektiv hüququ yalnız o halda yarana bilər ki, yetkinlik yaşına çatmış şəxsin fəaliyyət qabiliyyətinin olmaması məhkəmə qətnaməsi ilə təsbit edilsin. Belə ki, Azərbaycan Respulikası Mülki-Prosessual Məcəlləsinin 72.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Belə olan halda məhkəmə iddia tələbini X3 üçün əlavə xərclərin cavabdehdən tutulması hissəsində iddia tələbini əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə xx.xx.2007-ci il təvəllüdlü X2 üçün əlavə xərclərin əvəzi olaraq cavabdehdən hər ay 150 manat pul məbləğinin tutulması hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, mülki işin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-3605/2020 saylı qətnamədən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X16 və xx.xx.2003-cü il təvəllüdlü X11 əlavə xərcləri üçün hər ay 50 manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırki məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissəsinin (əlavə xərclərlə bağlı) X15 münasibətdə rədd edilməli olduğu qənaətinə gəlmişdir. xx.xx.2007-ci il təvəllüdlü X12 münasibətdə isə məhkəmə hesab edir ki, mülki işin materiallarından olan tibbi müayinə və müalicə sənədlərindən X10 baş beynində kista olması və bununla bağlı davamlı müalicələr alması sübuta yetirildiyindən, X16 ağır xəstə hesab edilməlidir. Qanunvericilik ağır xəstə olan övladların saxlanması üçün hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunmaqla valideynin məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilməsi imkanını nəzərdə tutur. Məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli qətnamə ilə 2 uşağın əlavə xərcləri üçün tutulması qət edilən 50 manat məbləğin X12 düşən hissəsinin (25 manat) məbləğin yetkinlik yaşına çatmayan uşağın mənafeləri baxımdan kifayət etmir. Digər tərəfdən iddiaçının xx.xx.2007-ci il təvəllüdlü X2 üçün 150 manat məbləğində əlavə xərclərin cavabdehin tutulması məsələsinə münasibətdə isə isə məhkəmə hesab edir ki, iddiaçı tərəfdən X10 tibbi müayinə və müalicələrlə bağlı xərclərinin hansı miqdarda olması barədə tibbi sənədlərə əsaslanan dəqiq məlumat verilmədiyindən, xərcləri təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olması nöqteyi-nəzərindən məhkəmə hesab edir ki iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehdən tutulmalı olan əlavə xərcin məbləği 50 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2007-ci il təvvəllüdlü X16 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək 193 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin 2(005)-3605/2020 saylı xx.xx.2020-сi il tarixli qətnaməsinə əsasən, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2007-ci il təvvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək 193 manat müəyyən edilsin. Cavabdeh xx.xx.2007-ci il təvvəllüdlü X1 üçün əlavə xərclərə görə hər ay 50 (əlli) manat pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar