Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3544/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kredit müqaviləsi üzrə borc” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Tələb: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.000 (on dörd min) manat borc məbləğinin, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 132 manatın və göstərilmiş hüquqi xidmətə görə 300 manatın, cəmi 14.432 (on dörd min dörd yüz otuz iki) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı ilə Cavabdeh ilə arasında xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər, 4 saylı notariat ofisində kredit müqaviləsi bağlamış və iddiaçı cavabdehə borc olaraq 14.000 (on dörd min) manat pul vermişdir. Cavabdeh borcalan olaraq həmin müqavilə ilə xx.xx.2022 tarixədək pulu qaytaracağını öhədlik kimi öz üzərinə götürdü. Lakin, hazırki dövrədək müqavilə üzrə öhədliyini icra etməmiş, borcunu qaytarmamışdır. Baxmayaraq ki, bu barədə cavabdehə xəbərdarlıq məktubu da göndərilmişdir. Odur ki, hazırda Cavabdeh 14.000 (on dörd min) manat məbləğində borcun tutularaq, ona ödənilməsi zərurəti vardır. İddia ərizəsinə qarşı etirazın dəlilləri: Cavabdeh iddia tələbinə yazılı qaydada etiraz təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatlar: Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini, cavabdeh isə səhhət ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən iddiaçı və cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC Sumqayıt 8 filialının xx.xx.2021-ci il tarixli mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən 14.000 manat pul vəsaiti notarius Rüstəmov Cəmaləddinin hesabına köçürülmüşdür. - "xxxx" ASC Nərimanov filialının xx.xx.2021-ci il tarixli mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən 28 manat pul vəsaiti notarius Rüstəmov Cəmaləddinin hesabına köçürülmüşdür. - Sumqayıt şəhəri 4 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, “Borc verən” İddiaçı “Borc alan” Cavabdeh 14000 manat məbləğində pul borc verir, “Borc alan” Cavabdeh krediti xx.xx.2022-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış icra qeydinin aparılacağı barədə bildirişdən görünür ki, borcun 20 gün müddətində iddiaçının hesabına ödənilməsini təmin edilməsi tələb olunmuşdur. Əks təqdirdə icra qeydi aparılacağı bildirilmişdir. İşin faktiki halları: Məhkəmədə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhəri 4 saylı notariat ofisində xx.xx.2021-ci il tarixində notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər. “Borc Alan” Cavabdeh xx.xx.2022-ci il tarixinədək borcun “Borc verən” İddiaçı qaytarılması öhdəliyini üzərinə götürmüşdür. İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh prentenziya ilə müraciət edərək, borcun 20 gün müddətində iddiaçının hesabına ödənilməsini təmin edilməsi tələb etmişdir. Hazırda iddiaçı kredit müqaviləsi üzrə 14000 manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 132 manatın və vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 300 manat xidmət haqqının cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaya münasibət bildirilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1.Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2022-ci il tarixinədək qaytarmaq şərtilə 14000 manat məbləğində borc pul vermişdir. İddiaçı tərəflər arasında bağlanmış borc müqaviləsinə istinad edərək qeyd olunan borc pul vəsaitinin Cavabdeh verildiyini, lakin bu günədək geri qaytarılmadığını bildirmişdir. Cavabdeh isə həmin borc məbləğinin geri qaytarılmasına dair ödəniş qəbzi və ya borcunu ödəməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin olunmalı, Cavabdeh 14000 manat məbləğində pul tutulub iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbi üzrə hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və qismən təmin edilərək hüquqi yardıma görə çəkilmiş 250 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Mülki Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 132 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 14000 manat borc, 132 manat dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş 250 manat xidmət haqqı, cəmi 14.382 manat (on dörd min üç yüz səksən iki manat) İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-3544/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3544/2024
10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver