Məhkəmə qərarları › İş №e-2(005)-3560/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3560/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3560/2022 19.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədov Akif Rum oğlunun vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, **********77 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən əsas borc üzrə 1253.19 AZN, faiz borcu üzrə 3.06 AZN olmaqla, cəmi 1256.25 AZN kredit borcunun tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 35 AZN dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulmasıbarədə məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Məmmədov Akif Rum oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, **********77 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, 24 faiz dərəcəsi ilə 1500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. 128847 saylı ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, Məmmədov Akif Rum oğlu xx.xx.2020-ci il tarixində vəfat etmişdir. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 onların Məmmədov Akif Rum oğlunun vərəsələri olmasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda adı çəkilən xx.xx.2020-ci il tarixli, **********77 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 1253.19 AZN, faiz borcu üzrə 3.06 AZN olmaqla, cəmi 1256.25 AZN borcu mövcuddur. Eyni zamanda tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 35 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2022-ci il tarixində 22-8058/2022 saylı xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə borcalan Məmmədov Akif Rum oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********77 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən "xxxx" ASC cavabdeh Məmmədov Akif Rum oğluna 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə hesablamaq şərti ilə 1500 manat məbləğində kredit verməyi, cavabdeh Məmmədov Akif Rum oğlu isə həmin krediti götürməyi və həmin saziş ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüşdür; Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ- İİ seriyalı, 128847 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən Məmmədov Akif Rum oğlu xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020ci il tarixdə 1577 nömrə ilə qeyd edilmişdir; xx.xx.2021-ci il tarixli, 2V-166 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 vərəsələri –Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3dır və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır; "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2022-ci il tarixdə ünvanlanmış bildirişin surətinə əsasən cavabdehlərə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, həmin borc məbləğinin 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir; xx.xx.2020-ci il tarixli Kredit Sazişi üzrə xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Məmmədov Akif Rum oğlunun "xxxx" ASC ASC-yə 1253.19 manat məbləğində əsas borcu, 3.06 manat faiz borcu yaranmışdır; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Məmmədov Akif Rum oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********77 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Məmmədov Akif Rum oğluna 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə faiz hesablamaq şərti ilə 1500 manat məbləğində kredit verilmişdir. Məmmədov Akif Rum oğlu həmin sazişlə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüşdür. Lakin borclu Məmmədov Akif Rum oğlu kredit ödənişlərini vaxtlı vaxtında icra edə bilməmişdir. Belə ki, borclu Məmmədov Akif Rum oğlunun xx.xx.2020-ci ildə öldüyünü nəzərə alararaq, onun yuxarıda adı çəkilən xx.xx.2020-ci il tarixli, BPM**********77 saylı kredit müqaviləsinə görə borcunu onun qanun üzrə vərəsələrindən tələb edir. Bu vərəsələr: Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3. "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 35 manat məbləğində dövlət rüsumunu da cavabdehdən tələb etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərinin hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Ona görə də cavabdehlər kredit müqaviləsi üzrə borcu ödəməyə borcludurlar. Cavabdehlər kredit alanın öldüyü tarixə, yəni xx.xx.2020-ci il tarixinədək mövcud olan borcu ödəməyə görə məsuliyyət daşıyırlar. Kredit alanın xx.xx.2020-ci il tarixli, BPM**********77 saylı kredit müqaviləsi üzrə əsas kredit borcuna görə 1253.19 AZN, faiz borcu üzrə 3.06 AZN olmaqla, cəmi 1256.25 manat borcu vardır. Mülki Məcəllənin 1306-cı maddəsinin mənasına görə vərəsələr alınmış miras aktivi həddində məsuliyyət daşıyırlar. Bununla bağlı məhkəmə qeyd edir ki, borcun məbləğinin alınmış miras aktivindən çox olduğu müəyyən edilmədi. Belə ki, MM-in 1307-ci maddəsində qeyd olunmuşdur ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Nəzərə alınmalıdır ki, miras notarius tərəfindən siyahıya alınmayıb, odur ki, miras qoyanın borcunun (1256.25 manatın) mirasdan çox olduğunu sübut etmə vəzifəsi cavabdehlərin üzərinə düşür. Vərəsəlik şəhadətnaməsində bir əşyanın (sahəsi 40 kv.m təşkil edən bir mənzilin) qeyd olunması mirasın yalnız həmin əşyadan ibarət olması kimi qəbul edilə bilməz. Mirasın yalnız bu əşyadan ibarət olması barədə sübut təqdim edilməyibsə, MM-in 1307-ci maddəsinin məqsədləri baxımından hesab olunur ki, digər əşyalar da (pul, daşınar əşya, ər-arvadın ümumi əmlakındakı pay və s.) miras qalıb. Həmin maddənin mənasına görə vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut edənə qədər mirasın borcdan çox olduğu pezumpsiyası qüvvədə olur. Nəzərə alınmalıdır ki, MM-in 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Cavabdehlər vərəsəlik şəhadətnaməsində göstərilən əşyaları miras kimi qəbul etməklə kredit verəndən qalan mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, mirası tamamilə qəbul etmiş sayılırlar. Lakin cavabdehlər məhkəmə iclasında gəlməmiş, borcun (1256.25 manatın) mirasdan çox olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Vərəsələrin öhdəliyi birgə deyil, paylıdır. Belə ki, MM-in 1306-cı maddəsində “özlərinin hər birinin payına mütənasib surətdə” ifadəsindən istifadə olunması ona dəlalət edir ki, öhdəlik paylıdır. Məsuliyyətin paya mütənasibliyi məsuliyyətin ədalətliliyini təmin edir, yəni az pay almış vərəsə çox pay almış vərəsə ilə eyni həcmdə məsuliyyət daşımalı deyil, hər bir vərəsə miras qoyanın hesabına hansı həddə zənginləşibsə həmin həddə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” , 4 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməmiş 1253.19 AZN, faiz borcu üzrə 3.06 AZN olmaqla, cəmi 1256.25 manat kredit borcu və ödənilmiş 35 manat dövlət rüsumunun, habelə 0.40 manat xidmət haqqı tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Məmmədov Akif Rum oğlunun vərəsələri cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2020-ci il tarixli müqaviləsi üzrə müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməmiş əsas borc üzrə 1253.19 (bir min iki yüz əlli üç manat on doqquz qəpik) AZN, faiz borcu üzrə 3.06 (üç manat altı qəpik) AZN olmaqla, cəmi 1256.25 (bir min iki yüz əlli altı manat iyirmi beş qəpik) manat kredit borcu və 35 (otuz beş) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar