Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3577/2022 16.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin nümayəndəsi X1 və iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Bank VTB“ ASC Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2021-ci il tarixli 333412- CNS-27832 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 5.325,87 manat məbləğində əsas borc, 206,59 manat məbləğində faiz borcu, 96,70 manat məbləğində cərimə borcu, ümumilikdə isə 5.629,16 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 76,29 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 14 oktyabr 2021-ci il tarixli 333412-CNS-27832 saylı“Nağd pul krediti müqaviləsi”nin 3.8-ci bəndinə əsasən Cavabdeh istehlak məqsədi ilə illik 18,90 faiz hesablanması şərti ilə 44 ay müddətinə 5.700 manat məbləğində kredit verilərək, kart hesabına köçürülmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 5.325,87 manat məbləğində əsas borc, 206,59 manat məbləğində faiz borcu, 96,70 manat məbləğində cərimə borcu, ümumilikdə isə 5.629,16 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Daha sonra iddia tələbinin həcminin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2021-ci il tarixli 333412-CNS-27832 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 5.325,87 manat məbləğində əsas borc, 98.59 manat məbləğində faiz borcu, 96,70 manat məbləğində cərimə borcu, ümumilikdə isə 5.521,16 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 76,29 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2021-ci il tarixli 333412 32 saylı “Bank hesabı müqaviləsi”nə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh cari hesab açmağı, həmin hesab üzrə əməliyyatların aparılmasına dair Cavabdeh sərəncamlarını yerinə yetirməyi, Cavabdeh isə hesab vasitəsi ilə əməliyyatların aparılması üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xidmətlərinin haqqını ödəməyi öz üzərinə götürüb. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2021-ci il tarixli “kart hesabı müqaviləsi”nə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh kart vasitəsi ilə aparılan əməliyyatlarının həyata küçirilməsi üçün ona kart hesabı aşmağı, həmşinin PİN kodu olan qapalı zərf və kartı təqdim etmək öhdəliyini, Cavabdeh banka komisyon haqqlarını ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2021-ci il tarixli 333412-CNS-27832 saylı “Nağd pul krediti müqaviləsi”nin 3.8-ci bəndinə əsasən Cavabdeh istehlak məqsədi ilə illik 18,90 faiz hesablanması şərti ilə 44 ay müddətinə 5.700 manat məbləğində kredit verilərək, kart hesabına köçürülmüşdür. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, bank borcalanın yaranmış borcun 3 iş günü müddətində qaytarılması, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. “Courier Service” tərəfindən "xxxx" ASC-nə ünvanlanmış məktubdan müəyyən olunur ki, Cavabdeh xəbərdarlıq məktubunu almaqdan imtina etmiş, bu səbəbdən də xəbərdarlıq məktubu geri qaytarılmışdır. İddiaçı ASC-nin xx.xx.2022-cvi il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 14 oktyabr 2021-ci il tarixli 333412-CNS-27832 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2022-ci il tarixə 5325.87 əsas borc, 98.59 manat məbləğində faiz borcu, 96.70 manat məbləğində cərimə borcu, ümumilikdə isə 5521.16 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdehnun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə iddiaçı Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh 5325.87 əsas borc, 98.59 manat məbləğində faiz borcu, 96.70 manat məbləğində cərimə borcu, ümumilikdə isə 5521.16 manat pul məbləği iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 76.29 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh ilə iddiaçı Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh 5325.87 əsas borc, 98.59 manat məbləğində faiz borcu, 96.70 manat məbləğində cərimə borcu, ümumilikdə isə 5521.16 (beş min beş yüz iyirmi bir manat on altı qəpik) manat pul və 76.29 manat məbləğində dövlət rüsumu iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-3577/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3577/2022
16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver