Məhkəmə qərarları › İş №e-2(005)-361/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-361/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-361/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 348463-CNS-37290 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 10.222,58 manat məbləğində əsas borc, 294,92 manat məbləğində faiz borcu, 145,75 manat məbləğində cərimə borcu, ümumilikdə isə 10.663,25 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 121,99 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, 20 iyul 2022-ci il tarixli 348463-CNS-37290 saylı “Nağd pul kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-nə müraciət etmiş və ona istehlak məqsədilə illik 15,50 faiz hesablanması şərti ilə 60 ay müddətinə 13.200 manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə Banka 10.222,58 manat məbləğində əsas borc, 294,92 manat məbləğində faiz borcu, 145,75 manat məbləğində cərimə borcu, ümumilikdə isə 10.663,25 manat məbləğində borcu qalmışdır. İddiaçı ASC iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 348463-CNS-37290 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 7.524,92 manat məbləğində əsas borc, 9,97 manat məbləğində faiz borcu, 145,75 manat məbləğində cərimə borcu, ümumilikdə isə 7.680,64 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 121,99 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən ödənişlər olunmuşdur. Odur ki, iddia tələbinin həcminin azaldılmasına uyğun olaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 348463-CNS-37290 saylı kredit müqaviləsinin surətindən görnür ki, Cavabdeh istehlak məqsədilə illik 15,50 faiz hesablanması şərti ilə 60 ay müddətinə 13.200 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 348463-CNS-37290 saylı kredit müqaviləsinə əlavə № 1-dən görünür ki, Cavabdeh 13.200 manat məbləği 60 ay müddətinə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə xx.xx.2025-ci il tarixə 7.524,92 manat əsas, 9,97 manat faiz, 145,75 manat cərimə, cəmi 7.680,64 manat məbləğində borcu vardır, borclu müqavilə üzrə öhdəliyini xx.xx.2025-ci il tarixdən icra etmir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, xx.xx.2024 tarixinə Banka 10.222,58 manat məbləğində əsas borcu, 294,92 manat məbləğində faiz borcu, 145,75 manat məbləğində cərimə borcu, ümumilikdə isə 10.663,25 manat məbləğində borcu yaranmışdır. 3 iş günü ərzində Bankın pul tələbləri ödənilməzsə, tərəflərindən pul tələblərinin ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Мəhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, № 9/8535 nömrəli ekspert rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 20 iyul 2022-ci il tarixli, 348463-CNS- 37290 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq X2 "Bank VTB (Azərbaycan)" ASC-ə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2024cü il tarixə (maliyyə arayışında qeyd edilən tarixə): əsas borc üzrə 9.934,23 manat, faiz borcu üzrə 179,64 manat, xx.xx.2024-cü il tarixə (ekspert rəyinin tərtib edildiyi tarixə): əsas borc üzrə 9.714,80 manat, faiz borcu üzrə 560,49 manat. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Мəhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, № 9/1025 nömrəli ekspert rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 20 iyul 2022-ci il tarixli, 348463-CNS- 37290 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq X2 "Bank VTB (Azərbaycan)" ASC-ə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2024cü il tarixə (sualda göstərilən tarixə): əsas borc üzrə 9.988,40 manat, faiz borcu üzrə 180,62 manat, xx.xx.2025-ci il tarixə (ekspert rəyinin tərtib edildiyi tarixə): əsas borc üzrə 9.770,75 manat, faiz borcu üzrə 1.169,50 manat. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Məhkəmə tərəfindən iddiaçı tərəfindən cavabdehdən tələb edilən kredit borcunun düzgünlüyünün müəyyən edilməsi məhkəmə-mühasibatlıq və təkrar məhkəməmühasibatlıq ekspertizaları təyin edilmiş, hər iki rəyi tədqiq edərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tələb edilən kredit borcunun həcmi ekspert rəylərində göstəriləndən aşağıdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı qarşısında öhdəliyin icra edilməməsi işin mübahisəsiz halı olduğundan, iddia tələbi əsaslıdır və təmin olunaraq, cavabdehdən iddiaçının xeyrinə 7.524,92 manat məbləğində əsas borc, 9,97 manat məbləğində faiz borcu və 145,75 manat cərimə borcu tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 121,99 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 manat pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7.524,92 manat məbləğində əsas borc, 9,97 manat məbləğində faiz borcu və 145,75 manat cərimə borcu olmaqla, cəmi 7.680,64 manat kredit borcu və ödənilmiş 121,99 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul Cavabdeh tutulsun, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar