Məhkəmə qərarları › İş №e-2(005)-3631/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3631/2021

29.07.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3631/2021 29.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair ilk; iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı öhdəliyin icra edilməsi tələbinə dair qarşılılıq iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m., yaşayış sahəsi 136.40 kv.m. olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzilin və ünvan 2 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 4cü mərtəbəsində yerləşən ümumi sahəsi 172.19 kv.m., yaşayış sahəsi 157.00 kv.m. olan izolə olunmuş 4 otaqdan ibarət C02 saylı mənzilin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona təhvil verilməsi və həmin mənzillərə onun sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı öhdəliyin icra edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə 05.07.2021-ci il tarixdə müraciət edərək, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddia təmin edilməklə, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş mal-materialların sənədləri elektron vergi hesab fakturasını və qaimə fakiurasını qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MTK-ya təhvil verilməsi öhdəliyi qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair ilk iddia ərizəsinin geri qaytarılmasını və işin baxılmamış saxlanmasınl xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmişlər, lakin tərəflər məhkəmənin iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən-işə onların iştirakı olmadan baxmğı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Göstərilənləri və ilk iddia üzrə İddiaçı iddia ərizəsinin vaxılmamış saxlanmasına dair ərizəsini, həmçinin qarşılıqlı iddia üzrə iddiaçının məhkəmə iclasına gəlməməsini nəzərə alaraq hesab edir ki, hər iki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair ilk; iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı öhdəliyin icra edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar