Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3632/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı İddiaçı MMC-nin cavabdeh X4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BL318842 saylı 30-06-2019-ci il tarixli Nisyə satış müqaviləsi üzrə “Baku Electronics" MMC-nə 16-01-2021-ci il tarixinə yaranmış 766,80 manat əsas borc, 0 manat hesablanmış cərimə borcu, ümumilikdə 766,80 manat borcun və 30 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh X8 arasında BL318842 saylı 30-06-2019-ci il tarixli Nisyə satış müqaviləsi bağlanmışdır. Cavabdeh həmin BL318842 saylı 30-06-2019-ci il tarixli müqavilənin 1 saylı əlavəsində göstərilən əşyaya görə 12 ay müddətinə hər ayın 30-dan gec olmamaqla 103,00 manat ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh qeyd olunan müqavilənin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir.09-07-2021-ci il tarixli borca dair arayışdan görünür ki, BL318842 saylı 30- 06-2019-ci il tarixli Nisyə satış müqaviləsi üzrə cavabdeh X5 İddiaçı MMC-nə 16-01-2021ci il tarixinə yaranmış 766,80 manat əsas borc, 0 manat hesablanmış cərimə borcu, ümumilikdə 766,80 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş BL318842 saylı 30-06-2019-ci il tarixli Nisyə satış müqaviləsinə əsasən Satıcı 1227,00 manat dəyərində avadanlığı Alıcıya verməyi, Alıcı isə onu qəbul edib, avadanlığın qiymətini Satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən Alıcı ödənişi gecikdirdiyi hər gün üçün gecikdirilən məbləğin 0.2%-i həcmində cərimə ödəyir. İş materiallarında olan 09.07.2021-ci il tarixli arayışdan görünür ki, X3 İddiaçınə BL318842 saylı 30-06-2019-ci il tarixli Nisyə satış müqaviləsi üzrə 766,80 manat əsas borc, 0 manat hesablanmış cərimə borcu, ümumilikdə 766,80 manat məbləğində borcu vardır. İş materiallarında olan edilmiş BL318842 saylı 30-06-2019-ci il tarixli Nisyə satış müqaviləsinə 1 saylı əlavədən görünür ki, aylıq ödəniş məbləği 55 manat, son ay üçün isə 36 manat müəyyən edilmişdir. İş materiallarında olan edilmiş 02-06-2019-cu il tarixli, BL293809 saylı Nisyə satış müqaviləsinə 1 saylı əlavədən görünür ki, aylıq ödəniş məbləği 103,00 manat, son ay üçün isə 94,00 manat müəyyən edilmişdir. İş materiallarında olan 16 yanvar 2021-ci il tarixli pretenziya məktublarından görünür ki, X7 borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi, tərəflər arasında Nisyə satış müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Satıcı 1227,00 manat dəyərində avadanlığı Alıcıya verməyi, Alıcı isə onları qəbul edib, avadanlığın qiymətini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh X6 götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya ödəməli olduğu pul məbləğini müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə.o icranı xatırlatma üzrə gecikdirmiş sayılır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddəsinə əsasən Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh X2 əsas borcu 766,80 manat əsas borc, 0 manat hesablanmış cərimə borcu, ümumilikdə 766,80 manat pul, həmçinin ərizəyə görə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC -nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. BL318842 saylı 30-06-2019-ci il tarixli və 02-06-2019-cu il tarixli, BL293809 saylı Nisyə satış müqavilələrinə əsasən cavabdeh X1 766,80 (yeddi yüz altmış altı manat səksən qəpik) manat əsas borc,0 (sıfır) manat hesablanmış cərimə borcu, ümumilikdə 766,80 (yeddi yüz altmış altı manat səksən qəpik) manat pul məbləği, həmçinin ərizəyə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №e-2(005)-3632/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3632/2021
13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver