Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-366/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 MMC və X2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və X1 onun xeyrinə 932 manat məbləğində sığorta ödənişinin, 30,40 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 962,4 manat pul məbləğinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC (bundan sonra “ASC”) tərəfindən xx.xx.2022-ci il tarixli PBA********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə sığortalanmış, Cavabdeh2 MMC-yə məxsus olan və X4 tərəfindən idarə olunan "xxxx" markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində saat 21:44 radələrində Qara Qarayev prospektində X3 idarə etdiyi “Toyota Prius” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisə nəticəsində ASC tərəfindən 932 məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yuxarıda göstərilən yol nəqliyyat hadisəsi ilə bağlı ASC tərəfindən müvafiq araşdırma aparıldığı zaman müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli hadisə ilə zamanı X4 "xxxx" markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti olmadan idarə etmişdir. Belə ki, Bakı şəhər DYPİ tərəfindən İcbari Sığorta Bürosunun mərkəzləşdirilmiş sisteminə yerləşdirilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” da (Forma4) D.R.Kapanadzenin xx.xx.2022-ci il tarixli hadisə zamanı "xxxx" markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə edildiyi qeyd olunmuşdur. Həmçinin, X4 barəsində AR İXM-nin 332.1 və 327.1-ci maddələri ilə xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Tərəflərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə təqdim edərək, iddiaçı tərəfin iştirakı olmadan işə baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: PBA ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh2 MMC-yə məxsus olan və X4 tərəfindən idarə olunan "xxxx" markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvəyə minmə tarixi xx.xx.2022-ci il, qüvvədən düşmə tarixi isə xx.xx.2023-cü ildir. “AutoColorS” tərəfindən verilmiş qüsur aktına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə 932 manat məbləğində zərər dəymişdir. Bakışəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylıelektron qərara əsasən X4 barəsində AR İXM-nin 332.1 və 327.1cimaddələri ilə təqsirli bilinərək, 40 manat məbləğində inzibaticərimə edilmişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” dan (Forma4) müəyyən olunur ki, Kia Optima” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil X8” MMC-yə məxsusdur. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 932 manat məbləğində sığorta ödənişi ödənilmişdir. xx.xx.2022-ci il tarixli, BS-S-22/3954 saylı və xx.xx.2022-ci il tarixli, BS-C-22/4204 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 932 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində cavabdehlərdən müştərək qaydada tutularaq geri ödənilməsi tələb edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : “İcbari Sığortalar haqqında” AR Qanunun 25.1.3.-cü maddəsində qeyd edilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuraıı tərəfindən tam həcmdə ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30,40 manat dövlət rüsumunu cavabdehlərə aid edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC tərəfindən sığortalanmış, Cavabdeh2 MMC-yə məxsus olan və X4 tərəfindən idarə olunan "xxxx" markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil X3 idarə etdiyi “Toyota Prius” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisə nəticəsində ASC tərəfindən 932 məbləğində sığorta ödənişi həyata keçirilmişdir. X4 "xxxx" markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti olmadan idarə etmişdir. Belə ki, X4 barəsində AR İXM-nin 332.1 və 327.1-ci maddələri ilə xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 MMC və X1 932 manat məbləğində sığorta ödənişinin, 30,40 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 962,4 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC və X1 müştərək qaydada 932 manat məbləğində sığorta ödənişinin, 30,40 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 962,4 (doqquz yüz altmı iki manat qırx qəpik) manat pul məbləği iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemidə yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-366/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-366/2023
01.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver