Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-367/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh 94465 manat və ödənilmiş 374 manat dövlət rüsumu olmaqla 94839 manat pulun tutulması” və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “qarşılqılı iddia üzrə cavabdehdən 15135 manat pulun qarşılqılı iddia üzrə iddiaçının xeyrinə tutulması” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, caabdehdən 94465 (doxsan dörd min dörd yüz altmış beş) manat və ödənilmiş 374 (üç yüz yetmiş dörd) manat dövlət rüsumu olmaqla cəmi 94839 (doxsan dörd min səkkiz yüz otuz doqquz) manat pulun tutularaq İddiaçı MMC –nə ödənilməsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “qarşılqılı iddia üzrə cavabdehdən 15135 manat pulun qarşılqılı iddia üzrə iddiaçının xeyrinə tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəni məhkəmədənkənar həll etmək niyyəti ilə iş üzrə qarşılıqlı iddia ərizəsini baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin müraciətini və iş materiallarını araşdıraraq hesab edir ki, işin baxılmamış saxlanılması barədə ərizələr təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən, cavabdeh isə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh 94465 manat və ödənilmiş 374 manat dövlət rüsumu olmaqla 94839 manat pulun tutulması” və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “qarşılqılı iddia üzrə cavabdehdən 15135 manat pulun qarşılqılı iddia üzrə iddiaçının xeyrinə tutulması” tələblərinə dair ərizələri təmin edilərək, mülki iş baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 267,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İlkin iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh 94465 manat və ödənilmiş 374 manat dövlət rüsumu olmaqla 94839 manat pulun tutulması” və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı “qarşılqılı iddia üzrə cavabdehdən 15135 manat pulun qarşılqılı iddia üzrə iddiaçının xeyrinə tutulması” tələblərinə dair iddia ərizələri baxılmamış saxlanılsın, iddia ərizələri və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İlkin iddia üzrə İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi üzrə ödənilmiş 374 (üç yüz yetmiş dördi) manat dövlət rüsumu İddiaçı MMC-nə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən iddia qarşılıqlı iddia ərizəsinin verilməsi üçün xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi üzrə ödənilmiş 136 (yüz otuz altı) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-367/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-367/2023
29.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver