Məhkəmə qərarları › İş №e-2(005)-3702/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3702/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3702/2024 07.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 27 saylı Notariat Ofisinə qarşı “alğı-satqı müqaviləsinin və reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 27 saylı Notariat Ofisinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsində 0.1218 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 9 mərtəbəli binada 80.68 kv.m ümumi, 48.65 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 79 nömrəli mənzilinə dair İddiaçı2 ilə (nümayəndə X6 ilə) Cavabdeh2 (nümayəndəsi İsmayılov Dzhamil) arasında 17 noyabr 2022-ci il tarixdə bağlanmış və 17 noyabr 2022-ci il tarixdə Bakı şəhəri 27 saylı notariat ofisi tərəfindən 4Ə/839 reyestr sayda qeydə alınaraq təsdiq edilmiş alqı-satqı müqaviləsinin, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsində 0.1218 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 9 mərtəbəli binada 80.68 kv.m ümumi, 48.65 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 79 nömrəli mənzilinə dair Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 məhkəməyə vəsatət təqdim edərək qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5672/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh2 cavabdehlər X7, X1, İddiaçı1, X10, X2, X11, X3, X4 və X8 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və işin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Nəzərə alaraq hər iki mülki işin predmetini eyni mənzil təşkil edir, işlərin bir icraatda birləşdirilməsi zərurəti yaranacaqdır. Eyni zamanda hesab edir ki, iddiaçı Cavabdeh2 cavabdehlər X7 və qeyrilərinə qarşı iddiası həmçinin müstəsna aidiyyət qaydalarına uyğundur. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin icraatında olan iş tamamilə fərqlidir, həmin iş hazırki işin icraatı ilə əlaqədar dayandırılmadır. Yalnız hazırki iş üzrə yekun qərar qəbul edildiyi halda həmin işə baxıla bilər. Mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz edir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, qeyd edilən mülki işlərin bir icraatda birləşdirilməsi ağlabatan deyildir. İlk növbədə müqavilənin etibarsızlığı məsələsinə baxılmalıdır. Digər iş üzrə icraat isə dayandırılmalıdır. Hazırki işə baxılıb yekun qərar qəbul edilənədək digər iş üzrə icraatın dayandırılması barədə vəsatət verəcəklər. Mülki işlərin bir icraatda birləşdirilməsi barədə vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 vəsatətin məzmununa müvafiq izahat verərək, hazırki mülki işin digər məhkəmədə olan mülki işə birləşdirilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və üzrlü səbəbdən gəlməmələrini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, cavabdehin vəsatətini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 vəsatəti aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5672/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər X7, X1, İddiaçı1, X10, X2, X11, X3, X4 və X8 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına götürülmüş və hazırlıq iclası xx.xx.2024-cü il tarixinə təyin edilmişdir. Həmin mülki iş üzrə iddia ərizəsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 məhkəmədən cavabdehlər İddiaçı1, X2, X11, X1, X7, X10, X3, X4, X5 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, bina 1, 79 nömrəli evdən əşyaları ilə birgə məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3702/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 27 saylı Notariat Ofisinə qarşı “alğı-satqı müqaviləsinin və reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına götürülmüş və hazırlıq iclası təyin edilmişdir. Göründüyü kimi, hər iki mülki iş üzrə iddianın obyekti və predmeti eynilik təşkil edir, hazırki mülki iş üzrə cavabdeh Binəqədi Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə iddiaçıdır. Hazırki iş üzrə iddiaçı, digər məhkəmənin icraatında olan mülki iş üzrə iddiaçının iddia tələbini irəli sürərkən istinad etdiyi mülkiyyət hüququnu mübahisələndirir. Beləliklə, qeyd edilən işlər üzrə tərəflər və mübahisənin predmeti eynidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə görə, birbiri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında ədalət mühakiməsinin onun effektivliliyinə və etibarlılığına xələl gətirə bilən gecikmələrə yol vermədən həyata keçirilməsinin vacibliyini qeyd etmişdir [Scordino İtaliyaya qarşı (№ 1) [BP], § 224]. Hətta prossesual təşəbbüsün tərəflərə aid olması prinsipinin tətbiq edildiyi hüquq sistemlərində belə, tərəflərin münasibəti məhkəmələri 6 § 1 Maddənin tələb etdiyi operativ məhkəmə araşdırmasını təmin etmək öhdəliyindən azad etmir [Pafitis və digərləri Yunanıstana qarşı § 93; X13rşı, § 31; Sürmeli Almaniyaya qarşı [BP], § 129]. Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarına əsasən, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəldilmişdir. Məhkəmə mülki işlər üzrə iddiaların əsası və predmeti, irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın olduğunu nəzərə alaraq hesab edir ki, mülki işlər bir-biri ilə əlaqəlidir. İşlərin birləşdirilməsi ədalət mühakiməsinin düzgün həyata keçirilməsini, həmçinin prosessual qənaət prinsipi baxımından mübahisələrə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, mülki işlərə bir icraatda baxılması məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinin tələblərinə uyğun olaraq, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Hazırki mülki iş üzrə iddia ərizəsi Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə icraata götürülmüşdür. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində isə iddiaçı Cavabdeh2 iddia ərizəsi xx.xx.2024-cü il tarixli qərardadla icraata götürülmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki mülki iş, əlaqəli işi ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə uyğun olaraq birinci instansiya məhkəməsinin qərardadlarından yalnız Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda şikayət verilə bilər. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə qeyd edir ki, hazırki qərardad məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilsə də, Mülki Prosessual Məcəllədə həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Həmçinin, bu qərardad işin sonrakı hərəkətinə mane olmadığından hazırki qərardaddan şikayət verilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 27 saylı Notariat Ofisinə qarşı “alğı-satqı müqaviləsinin və reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair 2(005)-3702/2024 saylı mülki iş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər X7, X1, İddiaçı1, X10, X2, X11, X3, X4 və X8 qarşı mənzildən çıxarılma tələbinə dair 2(001)- 5672/2024 saylı mülki işlə bir icraatda birləşdirilməli və mülki iş üzrə icraata xitam verilməli, iş baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264 və 395-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 27 saylı Notariat Ofisinə qarşı “alğı-satqı müqaviləsinin və reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair 2(005)-3702/2024 saylı mülki iş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər X7, X1, İddiaçı1, X10, X2, X11, X3, X4 və X8 qarşı mənzildən çıxarılma tələbinə dair 2(001)- 5672/2024 saylı mülki işlə bir icraatda birləşdirilsin və hazırki mülki iş üzrə icraata xitam verilsin. 2(005)-3702/2024 saylı mülki iş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar