Məhkəmə qərarları › İş №e-2(005)-372/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-372/2024

19.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-372/2024 19.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 794954 manat pul məbləğinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı qızı X4 barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2017-ci il tarixli 1(101)-539/2017 saylı hökmü ilə 10 (on) il 6 (altı) ay müddətində və nəvəsi X5 barədə 11 (on bir) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Belə ki, Cavabdeh İddiaçı aldadaraq onun qızı X4 və nəvəsi X2 barələrində açılmış cinayət işi üzrə icraata xitam verilməsi və onları həbsdən azad etdirilməsinə dair yalan vəd verib iddiaçıdan ümumilikdə 794952 manat məbləğində pul götürmüşdür. Bir müddət keçdikdən sonra İddiaçı cavabdeh X2 onu aldatdığını anlamış və ondan ona verdiyi ümumilikdə 794952 manat məbləğində pulu ona geri qayatarmasını tələb etmişdir. Lakin cavabdeh iddiaçıya həmin pul məbləğini tez bir zamanda qaytaracağı barədə vədlər verib oyalamışdır. Bundan sonra İddiaçı cavabdeh X5 barədə polisə şikayət etmişdir. Belə ki, X3 qarşı AR CMnin 178.3.2-ci maddəsi ilə cinayət işi açılmışdır. Bakı Ağır Cinayətlər məhkəməsinin 1(101)-625/2018 saylı 08 avqust 2018-ci il tarixli hökmü ilə Cavabdeh 01 dekabr 2017-ci il tarixdək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlin törətməklə təqsirli bilinərək 09 (doqquz) il 06 (altı ay) müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində xüsusi müsadirə tətbiq edilməsi hökmü çıxarılmışdır. Beləliklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən sonra Cavabdeh İddiaçı dələduzluq yolu ilə əldə etdiyi pulun ondan tutularaq iddiaçıya ödənilməsi məqsədi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh iddiaya yazılı etiraza məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd etdiyi pul tələbinə dair şikayəti həqiqətə uyğun deyildir. Tələb etdiyi şişiridilmiş məbləğ reallığı əks etdirib sübuta yetirilməsi mümkünsüzdür. Onun İddiası istintaq eləcə də məhkəmə prosesində özü tərəfindən şişiridlərək qiymət qoyduğu qızıl-zinət əşyalarının Cavabdeh verilməsini təsdiqləyən video-şəkiliş, SMS yazıları, həmçinin külli miqdarda müxtəlif ünvanlarda Cavabdeh verilmiş olduğu ehtimal edilən zinət əşyalarının foto çəkilişi və görüntüləri olmadığı halda maraqlı tərəf olaraq öz bacısını və tanışını şahid kimi göstərməsi mötəbər sübut kimi qiymətləndirilə bilməz. Onun barəsində qəbul edilmiş xx.xx.2018-ci il tarixli hökmdən 5 ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırki tələb ilə məhkəməyə müraciət edir. Halbuki Cavabdeh həqiqətən həmin məbləği vermiş olsaydı bu tələbi daha tez vaxtda tələb etmək İddiaçı marağında olardı. Cavabdeh İddiaçı 100000 manat dəyərində qızıl-zinət əşyasını alaraq Qədir Sultanova, 128000 manat pulu alaraq Natiq Məmmədova vermişdir. Həmin şəxslər axtarışda olduğu üçün onun barəsində işə ayrıca icraatda baxılmışdır. Qədir Sultanov aldığı zinət əşyalarının əvəzində İddiaçı 3 otaqlı mənzil vermişdir. İddiaçı nə Cavabdeh, nə də ki digər təqsirləndirilən şəxslərin işinə baxılan zaman mülki iddia verməmişdir. İddiaçı belə mülki iddia versəydi aldığı 3 otaqlı mənzil və tam təmin edilməyəcəkdi. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddiaya etdiyi yazılı etiraz ərizəsinə uyğun izahat vermiş, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-625/2018 saylı hökmü ilə müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən X1 qarşı dələduzluq edilməsi epizodu üzrə vurulmuş ziyanın məbləği 4995,6 manat, İddiaçı qarşı dələduzluq edilməsi epizodu üzrə vurulmuş ziyanın məbləği isə 794952,9 manat təşkil edir. Cavabdeh 01 dekabr 2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Cavabdeh İddiaçı aldadaraq onun qızı X4 və nəvəsi X2 barələrində açılmış cinayət işi üzrə icraata xitam verilməsi və onları həbsdən azad etdirilməsinə dair yalan vəd verib iddiaçıdan ümumilikdə 794952 manat məbləğində pul götürmüşdür. Bir müddət keçdikdən sonra İddiaçı cavabdeh X2 onu aldatdığını anlamış barəsində polis orqanına şikayət etmişdir. X5 barəsində AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi açılmışdır. Bakı Ağır Cinayətlər məhkəməsinin 1(101)-625/2018 saylı 08 avqust 2018-ci il tarixli hökmü ilə Cavabdeh 01 dekabr 2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlin törətməklə təqsirli bilinərək 09 il 06 müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində xüsusi müsadirə tətbiq edilməsi hökmü çıxarılmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış hökmlə Cavabdeh tərəfindən İddiaçı qarşı dələduzluq edilməsi epizodu üzrə 794952,9 manat vurulmuş ziyan vurulması müəyyən edildiyindən bu maddi ziyanın vurulmuş olması hazırki məhkəmə baxışında araşdırılma predmeti deyil. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə hazırlıq iclasında və iddiaya verdiyi yazılı etirazında iddiaçıdan aldığı pul məbləğinin iddia tələbində göstərilən məbləğdən daha az olduğunu bildirsə də, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə onun bu etirazını əsassız hesab edir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən sözügedən hökmdən apellyasiya və kassasiya şikayətləri verilmiş, lakin hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iş materialları ilə Cavabdeh İddiaçı məxsus pul məbləğini qanunsuz olaraq özünün faktiki sahibliyində saxlaması nəticəsində İddiaçı maddi zərər dəyməsi, zərərin Cavabdeh qanunsuz hərəkəti və sonradan iddiaçının tələbi qarşılığında hərəkətsizlik göstərməsi nəticəsində vurulması və Cavabdeh barəsində qəbul olunmuş qanuni qüvvəsini almış hökm ilə onun bu maddi ziyanın vurulmasında təqsirli olması sübuta yetirildiyindən sözügedən dəymiş zərər Cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə ödənilməli olan zərər məbləği ilə bağlı qeyd edir ki, vurulmuş maddi zərərin məbləği Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-625/2018 saylı hökmü ilə müəyyən edilmişdir. Belə ki, Cavabdeh İddiaçı aldadaraq onun qızı X4 və nəvəsi X2 barələrində açılmış cinayət işi üzrə icraata xitam verilməsi və onları həbsdən azad etdirilməsinə dair yalan vəd verib iddiaçıdan ümumilikdə 794952,9 manat məbləğində pul götürdüyü iş materialları ilə təsdiq edilmiş və Cavabdeh bu əməlində təqsirli bilinmişdir. İddiaçı da iddia tələbində məhz bu məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materialları ilə vurulmuş maddi zərərin məbləğinin 794954, 9 manat olması müəyyən edilsə də, iddiaçı maddi zərərə görə 794954 manat pulun tutulmasını tələb edir. Bu səbəbdən də məhkəmə iddia tələbində qeyd ediln məbləğin cavabdehdən tutulmasını qanuni hesab edir. Məhkəmə iddiaçının cinayət mühakimə icraatı zamanı iddia qaldırmamasının, bu pul məbləğinin cavabdehdən tutulması üçün hökm qəbul edilən tarixdən 5 ildən artıq müddət keçdikdən sonra ayrıca iddia tələbi ilə məhkəməyə müraciət etməsi barədə cavabdehin mülahizələri ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin : 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Qanunvericiliyin normalarından aydın olur ki, cinayət mühakimə icraatı zamanı mülki iddianı vermək şəxsin vəzifəsi deyil, hüququdur. Bu hüquqdan istifadə etmək və ya etməmək onun səlahiyyətindədir. Bu hüquqdan istifadə etməyən şəxsin mülki mühakimə icraatı qaydasında iddia verməsi hüququ saxlanılır. Şəxsin qanunvericiliyin verdiyi bu iki imkanın birinci qaydasından istifadə etməyərək ikinci davranış imkanını seçməsi hüququn realizəsidir. Bu davranış imkanını seçən şəxsin hərəkətlərinin özlüyündə həmin şəxsin əleyhinə olan hal kimi qəbul edilməsi ağlabatan deyil. Bu səbəbdən də cavabdehin iddiaya bu yöndə olan etirazı əsassızdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qanuni əsasları məhkəmə araşdırması zamanı müəyyən edildiyindən, cavabdehin iddiaya etirazlarının qanuni əsası olmadığından iddia təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 794954 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə dövlət rüsumunun cavabdehdən tutulması tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 794954 (yeddi yüz doxsan dörd min doqquz yüz əlli dörd) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 1055 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar