Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-374/2024 18.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3194 nömrəli kredit müqaviləsinin ləğv edilməsi; İddiaçı BOKT MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3194 nömrəli kredit müqaviləsi üzrə kredit üzrə əsas borcun məbləği 5723,84 manat, kredit üzrə hesablanmış faiz məbləği 120,21 manat, kredit üzrə gecikmiş borc məbləği 3890,42 manat, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 3586,86 manat olmaqla, cəmi 13321,33 manat məbləğdə kredit borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 130 manat məbləğdə dövlət rüsumunun Cavabdeh tutularaq birdəfəlik şəkildə İddiaçı BOKT MMC-yə ödənilməsi; iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin təminatı üsulu kimi MMC və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3194 nömrəli girov müqavilə üzrə girov predmeti olan 155.54 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilməsi; girov predmeti olan həmin qızıl-zinət əşyalarının ilkin satış qiyməti 10852 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına İddiaçı BOKT MMC-yə ödənilməsi; girov predmeti olan həmin qızıl-zinət əşyalarının satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 3194 nömrəli Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə fərdi ev təmiri üçün 36 ay müddətinə, illik 28 % olmaqla, 11700 manat məbləğdə kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, 3194 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin təminatı qismində, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 3194 nömrəli girov müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ona məxsus olan 155.54 qram qızıl-zinət əşyalarını girov saxlayanın xeyrinə girov qoymuşdur. xx.xx.2021-ci il tarixli, 3194 nömrəli kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq borc verənin bank hesabına ödəməklə həyata keçirir. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 % dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 56 % olmaqla faiz hesablana bilər. Həmin kredit müqaviləsinin 5.1- ci maddəsinə əsasən bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesablanır. Bu səbəbdən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra olunub başa çatanadək hesablanan faizlər borcalandan tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi girov (ipoteka) predmetlərinə və ya borcalanın digər daşınar və daşınmaz əmlaklarına yönəldilir. Cavabdeh 1 ildən çoxdur ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. Cavabdehə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, kredit ödənişini həyata keçirmir. Tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2021-ci il tarixli, 3194 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - kredit üzrə əsas borcun məbləği 5723,84 manat, kredit üzrə hesablanmış faiz məbləği 120,21 manat, kredit üzrə gecikmiş borc məbləği 3890,42manat, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 3586,86 manat olmaqla, cəmi 13321,33 manat təşkil edir. Cavabdehə kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubu ünvanlanmış, buna baxmayaraq cavabdeh hələ də öz öhdəliklərini icra etməmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, İddiaçı BOKT MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3194 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim olunan maliyyə arayışını dəqiqləşdirməklə, kredit üzrə əsas borcun məbləği 9614,26 manat, kredit üzrə hesablanmış faiz məbləği 4698,95 manat, kredit üzrə hesablanmış cərimə məbləği 244,16 manat olmaqla, cəmi 14557,37 manat məbləğdə kredit borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 130 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq birdəfəlik şəkildə İddiaçı BOKT MMC-yə ödənilməsi, iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin təminatı üsulu kimi aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, 3194 nömrəli girov müqaviləsi üzrə girov predmeti olan və Cavabdeh məxsus olan qızıl-zinət əşyalarına yönəldilməsi, girov predmeti olan həmin qızıl-zinət əşyalarının satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında Cavabdeh tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin əvvəlki məhkəmə iclasında verdiyi izahatını, iddia ərizəsini və ona əlavə edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Kreditor İddiaçı BOKT MMC və borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3194 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə illik 28% faiz dərəcəsi olmaqla 36 ay müddətinə 11700 manat kredit (borc pul məbləği) verməyi, Cavabdeh isə kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür; Girov saxlayan İddiaçı BOKT MMC və girov qoyan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3194 saylı girov müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı BOKT MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli, 3194 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına təminat olaraq özünə məxsus 155,54 qram qızıl-zinət əşyalarının İddiaçı BOKT MMC-nin xeyrinə girov qoymuşdur; İddiaçı BOKT MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün borcunun olması və 5 gün müddətində ödənilməsi barədə xəbərdar edilmişdir; İddiaçı BOKT MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 3194 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə cəmi borcu 14557,37 manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9837 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2021-ci il tarixli, 3194 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh əsas borcu 9591,01 manat, faiz borcu 3051,01 manat təşkil edir. Ödəniş qəbzindən görünür ki, kredit təşkilatı tərəfindən 130 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, kreditor İddiaçı BOKT MMC və borcalan Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana illik 28% faiz dərəcəsi olmaqla 36 ay müddətinə 11700 manat məbləğində kredit verilmişdir. Girov saxlayan İddiaçı BOKT MMC və girov qoyan Cavabdeh arasında bağlanmış girov müqaviləsinə əsasən Cavabdeh İddiaçı BOKT MMC ilə bağladığı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına təminat olaraq qızıl-zinət əşyalarını İddiaçı BOKT MMC-nin xeyrinə girov qoymuşdur. Cavabdeh kredit müqaviləsi üzrə borcunu vaxtında ödəməmiş, bununla da tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələblərini pozmuşdur. İş materiallarında müqavilənin etibarsızlığını göstərən hər hansı bir hal aşkar edilməmişdir. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, kredit müqavilələrinin bağlanması və İddiaçı BOKT MMC tərəfindən cavabdehə kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqavilələri, hesabdan çıxarışlar və maliyyə arayışları ilə təsdiq olunur. Cavabdeh müqavilələrdə və ödəniş cədvəllərində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Göründüyü kimi, iddiaçı müqavilələr ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin qarşı tərəf müqavilələr üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Əsas və faiz borcunun məbləğinə gəlincə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/9837 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində cavabdehin kredit müqavilələri üzrə əsas və faiz borcları maliyyət arayışından fərqlənir və məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, ekspert rəyində qeyd edilən məbləğ maliyyə arayışından az olduğu halda ekspert rəyini əsas götürülməsi daha əsaslıdır. Ekspert rəyində xx.xx.2021-ci il tarixli, 3194 saylı müqavilə üzrə əsas borcun 9591,01 manat, faiz borcunun 3051,01 manat olduğu müəyyən edilmişdir. İddia tələbində əsas borcun 9614,26 manat və faiz borcunun 4698,95 manat olduğu göstərilsə də, məhkəmə ekspert rəyini əsas götürərək hesab edir ki, əsas borcu üzrə 9591,01 manat və faiz borcu üzrə 3051,01 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmçinin məhkəmə hesab edir ki, borclu tərəfindən öhdəlik lazımınca icra edilmədiyindən iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla iddia ərizəsində qeyd edilən məbləğlərdə dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kredit müqaviləsi üzrə yaranmış borca tutumanın girov predmetinə yönəldilməsi, bu əmlakların hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi, satışdan əldə edilən məbləğ kredit borcunu ödəməyə kifayət etmədikdə qalan borc məbləğinin Cavabdeh tutulması hissəsində iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəllənin : 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1-ci maddəsinə əsasən daşınar əmlakın yüklülüyü – bu Qanunun 4-cü maddəsində göstərilən əsaslarla öhdəliyin icrasının təmin edilməsi üçün qanun və ya əqd əsasında daşınar əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılmasıdır; 3.1-ci maddəsinə əsasən daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir; 4.1-ci maddəsinə əsasən daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür. 4.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12-ci fəslinə uyğun olaraq, müqavilə əsasında yaranan daşınar əmlakın girovu xüsusi yüklülüyə daxildir. 12.2-ci maddəsinə əsasən xüsusi yüklülükdə yüklülük predmetinə tutma yönəldilməsi bu Qanunun 13-19-cu maddələri ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı kimi əmlakını iddiaçının xeyrinə girov ilə yüklü etdiyindən, lakin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən Azərbaycan Respublikası Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən girov predmeti olan əmlaklara tutma yönəldilməsi üçün əsaslar yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli 3194 saylı kredit müqaviləsi üzrə 9591,01 manat əsas borc, 3051,01 manat faiz borcu və kredit üzrə hesablanmış cərimə məbləği 244,16 manat olmaqla, cəmi 12886,18 manat pul Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə tutulmalı, tutma xx.xx.2021-ci il tarixli, 3194 saylı kredit müqaviləsi üzrə Cavabdeh təminatı kimi İddiaçı BOKT MMC-yə girov qoyulan 155,54 qram qızıl-zinət əşyalarına yönəldilməli, həmin qızıl-zinət əşyaları açıq hərracda satılmalı və əldə olunan vəsait hesabına Cavabdeh xx.xx.2021-ci il tarixli, 3194 saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT MMC-yə olan borcu ödənilməli, həmin qızıl-zinət əşyalarının satışından əldə edilən vəsait Cavabdeh xx.xx.2021-ci il tarixli, 3194 saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT MMC-yə olan borcunun ödənilməsinə kifayət etmədikdə qalan borc Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə tutulmalı, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğ Cavabdeh qaytarılmalı və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 130 manatın 112,9 manatı tutularaq Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 11,50 manatı İddiaçı BOKT MMC-dən, 88,50 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, 3194 saylı kredit müqaviləsi üzrə 9591,01 manat əsas borc, 3051,01 manat faiz borcu və kredit üzrə hesablanmış cərimə məbləği 244,16 manat olmaqla, cəmi 12886,18 manat pul Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə tutulsun. Tutma xx.xx.2021-ci il tarixli, 3194 saylı kredit müqaviləsi üzrə Cavabdeh təminatı kimi İddiaçı BOKT MMC-yə girov qoyulan 155,54 qram qızıl-zinət əşyalarına yönəldilsin, həmin qızıl-zinət əşyaları açıq hərracda satılsın və əldə olunan vəsait hesabına Cavabdeh xx.xx.2021-ci il tarixli, 3194 saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT MMC-yə olan borcu ödənilsin. Həmin qızıl-zinət əşyalarının satışından əldə edilən vəsait Cavabdeh xx.xx.2021-ci il tarixli, 3194 saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT MMC-yə olan borcunun ödənilməsinə kifayət etmədikdə qalan borc Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə tutulsun. Həmin qızıl-zinət əşyalarının satışından götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğ Cavabdeh qaytarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə uyğun 112,9 manat pul Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 11,50 manatı İddiaçı BOKT MMC-dən, 88,50 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-374/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-374/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver