Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3768/2020 04.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz məbləğinin, ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz məbləğinin, ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4.251,12 manat məbləğində əsas və 494,95 manat məbləğində faiz borcu olmaqla, cəmi 4.746,07 (dörd min yeddi yüz qırx altı manat yeddi qəpik) manat məbləğində borc vəsaitinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-cı il tarixli RGTK1813315A107 saylı kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 48 ay müddətinə 4251,12 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirmir. İddiaçı ASC borcalanla bağladığı kredit müqaviləsinin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə 4251,12 AZN əsas; 494,95 AZN faiz; cəmi 4746,07 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx xxxxxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəməyə iddia ilə müraciət olunan zaman iddia tələbi ilə bağlı bütün zəruri hesab edilən sənədlər məhkəməyə təqdim edilmişdir. Hesab edirlər ki, iddia ərizəsi tam əsaslı və qanunidir. Yuxarıda göstərilənləri, iddia ərizəsində qeyd edilənləri, bankın filiallarında hüquqşünas ştatının olmadığını nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərdi ki, bankdan aldığı krediti həyat yoldaşı ankoloji xəstə oldugundan əməliyyata xərcləmişdir. Hazırda işləmir, tələb olunan məbləgin hissə-hissə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-cı il tarixli RGTK1813315A107 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı Cavabdeh 48 ay müddətinə illik 20% olmaqla 4.251,12 manat məbləğində kredit verməyi, Cavabdeh isə kredit və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə ödəmək barədə öhdəlik götürmüşdür. Müqaviləyə əlavə edilmiş ödəniş qrafikinin məzmunundan görünür ki, Cavabdeh 48 ay müddətində hər ay 129,36 manat məbləğində ödəniş etməyi öz üzərinə götürmüşdür; xx xxxxxx 2020-ci il tarixli kassa məxaric orderi qəbzinin surətindən görünür ki, Cavabdeh 4.251,12 manat məbləğində kredit vəsaitini İddiaçı Açıq Səhmdar Cəmiyyətindən qəbul etmişdir; xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-cı il tarixli RGTK1813315A107 nömrəli kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2020-ci il tarixə banka 4.251,12 manat məbləğində əsas və 494,95 manat məbləğində faiz borcu olmaqla, cəmi 4.746,07 (dörd min yeddi yüz qırx altı manat yeddi qəpik) manat məbləğində borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx xxxx 2020-ci il tarixli axırıncı bildirişin surətindən müəyyən olunur ki, onunla bank arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, ona bank tərəfindən 48 ay müddətinə, illik 20 faiz hesablanmaqla, 4.251,12 manat məbləğində gündəlik tələbat krediti verilmiş və bu müqavilə üzrə xx.xx.2020-ci il tarixinə 4564,21 manat məbləğində ümumi borcu, gecikmə günü 103 gün olmaqla 514.55 manat məbləğində gecikmə yaranmışdır. Onun tərəfindən kredit müqaviləsinin şərtlərinə uyğun ödəniş aparılmadığı üçün vaxtı keçmiş borc məbləği yaranmışdır. Ona rəsmi xəbərdarlıq göndərilməsinə və dəfələrlə telefon danışıqlarına baxmayaraq, müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Müvafiq xəbərdarlığı aldıqdan sonra bank qarşısında olan gecikdirilmiş 514.55 manat məbləğində öhdəliyinin dərhal yerinə yetirilməsi tələb olunur. Əks təqdirdə, bank borcun və ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədilə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq onun barəsində müvafiq tədbirlər görüləcəyi ilə bağlı xəbərdar edilmişdir; xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-cı il tarixli RGTK1813315A107 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı Cavabdeh 48 ay müddətinə illik 20% olmaqla 4.251,12 manat məbləğində kredit verməyi, Cavabdeh isə kredit və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə ödəmək barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə Cavabdeh xx.xx.2020-cı il tarixli RGTK1813315A107 nömrəli kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2020-ci il tarixə banka 24.251,12 manat məbləğində əsas və 494,95 manat məbləğində faiz borcu olmaqla, cəmi 4.746,07 (dörd min yeddi yüz qırx altı manat yeddi qəpik) manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də,Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4.251,12 manat məbləğində əsas və 494,95 manat məbləğində faiz borcu olmaqla, cəmi 4.746,07 (dörd min yeddi yüz qırx altı manat yeddi qəpik) manat məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4.251,12 manat məbləğində əsas və 494,95 manat məbləğində faiz borcu olmaqla, cəmi 4.746,07 (dörd min yeddi yüz qırx altı manat yeddi qəpik) manat məbləğində borc, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №e-2(005)-3768/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3768/2020
04.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver