Məhkəmə qərarları › İş №e-2(005)-377/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-377/2024

03.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-377/2024 03.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarəyə götürdüyü buraxılış ili 2016, dövlət qeydiyyat nişanı 77BD165 olan “HUNDAİ ELANTRA” markalı avtomobilə dəymiş 7800 (yeddi min səkkiz yüz) manat ziyanın, 1500 (min beş yüz) manat əldən çıxmış faydanın və ödənilmiş 113 (yüz on üç) manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 9413 (doqquz min dörd yüz on üç) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC şirkətinin hesabına ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Nümayəndə İddiaçı MMC-nin (VÖEN **********) təsisçisi və direktoru olaraq, şirkətə və digər şəxslərə məxsus olan avtomobilləri gündəlik və aylıq icarəyə verməklə məşğul olur. xx.xx.2023-cü il tarixli 103 saylı icarə müqaviləsinə əsasən buraxılış ili 2016, dövlət qeydiyyat nişanı 77BD165, ban nömrəsi KMHD74LF8HU176329 olan, sedan tipli, qara rəngli “HUNDAİ ELANTRA” markalı avtomobili Cavabdeh tərəfindən rəhbərlik etdiyi "xxxx" RENTACAR MMC-dən icarəyə götürülmüşdür. İcarə müqaviləsinin şərtlərinə görə, nəqliyyat vasitəsinin icarə qiyməti hər gün üçün 60 (altmış) manat təşkil etmişdir. İcarə müqaviləsinin əlavəsi olan 103 saylı xx.xx.2023-cü il tarixli “İcarəyə verilən avtomobilin texniki vəziyyəti və təhviltəslim haqqında” akta əsasən avtomobil “İcarəyə götürən”ə təhvil veriləndə saz vəziyyətdə olmuş, heç bir texniki qüsuru olmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə saat 04-00 radələrində Cavabdeh icarəyə götürdüyü avtomobillə Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti ilə hərəkətdə olarkən avtomobili yol kənarındakı beton maneəyə çırpmaqla qəza törətmişdir. AR DİN Bakı şəhəri DYPİ-nin nəqliyyat vasitələrinin zədələnməsi haqqında müvafiq arayışına əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan olmasa da, avtomobilin ön hissəsi ciddi şəkildə əzilməklə xeyli miqdarda maddiziyan dəymişdir. Hadisə yerində Cavabdeh barəsində xx.xx.2023-cü il tarixli İXP5649833 saylı protokol tərtib olunmuş və o, təqsirli bilinərək Bakı şəhəri DYPİ-nin xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında Qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada cərimə olunmuşdur. “X4” şirkətinin xx.xx.2023-cü il tarixli qüsur aktında buraxılış ili 2016, dövlət qeydiyyat nişanı 77BD165 olan avtomobilə dəymiş ziyan zədələnmiş hissələrin təmiri və dəyişməsi, həmçinin işçilik pulu daxil olmaqla cəmi 7800 (yeddi min səkkiz yüz) manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh avtomobilə dəymiş ziyan məbləğinin İddiaçı MMC-nə ödəməsinə dair müqavilə öhdəliyi olması barədə dəfələrlə xəbərdarlıq edilməsinə və onun qeydiyyatda olduğu ünvana poçt vasitəsilə pretenziya məktubu göndərilməsinə baxmayaraq, bu günə kimi cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Cavabdeh qanunazidd əməlləri nəticəsində şirkəti xeyli məbləğdə ziyana düşmüşdür. Belə ki, qəza nəticəsində zədələnmiş avtomobil istismar olunsaydışirkət aradan keçmiş müddətdə 1500 (min beş yüz) manat gəlir (əldən çıxmış fayda) əldə edərdi. 103 saylı xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqavilənin: - 4.5.2-ci bəndinə görə, “İcarəyə götürən” müqavilə müddətində, yəni nəqliyyat vasitəsinin onun icarəsinə olma müddətində avtomobil üçün, avtomobilin texniki vəziyyəti üçün, təhlükəsizliyi üçün, yol nəqliyyat hadisəsinin baş verməsi, avtomobilin oğurlanması, zay olması, məhv olması, təbii fəlakətlə bağlıməhv olması və s. halları üçün cavabdühlik və məsuliyyət daşıyır; - 4.5.3-cü bəndinə görə, icarəyə götürdüyü avtomobilisaz və işlək vəziyyətdə “İcarəyə verən”ə qaytarmalıdır; - 4.5.4-cü bəndinə görə, avtomobil qəzaya düşərsə, yol nəqliyyat hadisəsin baş verərsə, avtomobilə dəyən zərəri ödəməli,avtomobili bərpa etməli, götürdüyü vəziyyətdə “İcarəyə verən”ə təhvil verməlidir. Razılaşma əsasında avtomobilə dəymiş zərər, tərəflər arasında razılaşma yolu ilə, nağd şəkildə də “İcarəyə götürən” tərəfindən “İcarəyə verən”ə ödənilə bilər. Lakin “İcarəyə götürən” Cavabdeh özünün imzaladığı müqavilə öhdəliklərini pozaraq, icarəyə götürdüyü avtomobilə vurduğu ziyan məbləğinin şirkətə ödənilməsindən imtina etməsi səbəbindən iddiaçının qanunla qorunan hüquqlarının müdafiəsi məqsədi ilə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalmışdır. Ona görə də hesab edir ki, pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməli, Cavabdeh 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pulun və 1500 (min beş yüz) manat əldən çıxmış faydanın məhkəmə qaydasında tutularaq, şirkətin hesabına ödənilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq cavabdehə avtomobili başqa yerdə təmir etməsini təklif etsə də, sonuncunun bundan yayındığını, ümumiyyətlə, avto-servislərin əksəriyyətində məxaric qəbzinin təqdim olunmadığını, avtomobilin “X4” şirkətində təmirinin bu yaxınlarda bitdiyini, ona görə də 3 aydır ki, avtomobildən faktiki istifadə edə bilmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul etdiyini bildirərək, ehtiyat hissələrinin qiymətlərinin olduqca şişirdildiyini, bundan əlavə iddiaçı tərəfindən vurulan ziyanın məbləğinə dair məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarının izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhər DYPİ tərəfindən verilən arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “HUNDAİ ELANTRA” markalı, 77BD165 dövlət qeydiyyat nişanlı avtomobil ön hissədən zədələnmişdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 18 avqust 2023-cü il tarixli İcarə Müqaviləsindən görünür ki, İcarəyə verən İddiaçı MMC (direktor Nümayəndə şəxsində) tərəfindən “HUNDAİ ELANTRA” markalı, 77BD165 dövlət qeydiyyat nişanlı avtomobil İcarəyə götürən Cavabdeh müvəqqəti istifadəsinə verir. İş materiallarında olan ƏN-V 774275 №-li, 07 sentyabr 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi (etibar edilən) X2 tərəfindən etibar edilən İddiaçı MMCyə 7 il 3 ay 24 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək səlahiyyətləri verilmişdir. İş materiallarında olan “X4” tərəfindən verilən xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, HUNDAİ ELANTRA” markalı, 77BD165 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 7800 manat müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, HUNDAİ ELANTRA” markalı, 77BD165 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 7800 manat pulu 5 gün müddətində ödəməyi xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən verilən xx.xx.2023-cü il tarixli inzibati tənbeh haqqında qərarın surətindən görünür ki, Cavabdeh HUNDAİ ELANTRA” markalı, 77BD165 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2023-cü il tarixdə Ziya Bünyadov prospektində qəza törətmiş və AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2024-cü il tarixli, 9/9342 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə iş materiallarında olan, “X4” tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Hyundai Elantra" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7800,0 manat müəyyən edilir. Beləliklə, mülki işin materiallarında öz əksini tapan sənədlərdən və iddiaçının izahatından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, X2 “Hyundai Elantra" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisidir. Sonuncu tərəfindən İddiaçı MMC-yə ƏN-V 774275 №-li, 07 sentyabr 2021-ci il tarixli etibarnamə verilmişdir. İddiaçı MMC tərəfindən “Hyundai Elantra" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh 18 avqust 2023-cü il tarixli İcarə müqaviləsi ilə icarəyə verilmişdir. Cavabdeh tərəfindən idarə edilən “Hyundai Elantra" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkət edərkən yol nəqliyyat hadisəsi baş vermişdir. “X4” tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, “Hyundai Elantra" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7800 manat miqdarında ziyan dəymişdir. “İcarəyə verən” İddiaçı MMC ilə “İcarəyə götürən” Cavabdeh arasında bağlanmış 18 avqust 2023-cü il tarixli İcarə Müqaviləsinin 1.1-ci bəndinə əsasən, “İcarəyə verən” ona məxsus və ya ona müvəqqəti istifadəyə verilmiş, aşağıda texniki göstəriciləri, markası və modeli göstərilmiş, bundan sonra “Avtomobil” adlandırılacaq nəqliyyat vasitəsini, “İcarəyə götürən”-nin müvəqqəti istifadəsinə, icarəyə verir. 103 №-li Aktdan görünür ki, “Hyundai Elantra" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh xx.xx.2023-cü il saat 16:15-dən xx.xx.2023-cü il tarixi saat 16:15-dək icarəyə verilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2024-cü il tarixli, 9/9342 saylı rəyi ilə “Hyundai Elantra" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 7800 manat müəyyən edilmişdir. İddiaçı hazırda ona dəymiş ziyanı tələb edir. Cavabdeh iddia tələbini qəbul etmir, dəymiş ziyanın məbləğinin həddən artıq şişirdildiyini bildirir. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ilk növbədə cavabdehin etirazının dəlillərindən asılı olmayaraq qeyd edir ki, hazırkı iddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olubolmadığının müəyyənləşdirilməsidir. Belə ki, iş materiallarından da göründüyü kimi “Hyundai Elantra" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçi X2 tərəfindən xx.xx.2023-cü il tarixədək İddiaçı MMC-nin etibarnamə ilə istifadəsinə verilmiş, yuxarıda qeyd edilən yolnəqliyyat hadisəsi baş verərkən də cəmiyyətin qanuni sahibliyində olmuşdur. Bu isə o deməkdir ki, iddiaçı cəmiyyət həmin yol-nəqliyyat hadisəsi baş verərkən avtomobil cəmiyyətin mənafeləri üçün istifadə edilmiş və buna mülkiyyətçinin qanuni əsaslarla razılığı olmuşdur. Bu zaman o nəticəyə gəlmək olur ki, hazırki iş üzrə iddiaçının qanuni istifadəsində olan, həmin istifadədən lazımi qaydada faydalanmaq niyyəti ilə icarəyə verdiyi avtomobilə üçüncü şəxslər tərəfindən dəymiş zərəri tələb etməkdə həm qanuni əsasları, həm də hüquqi şəxs olaraq maraqları mövcuddur. Belə ki, Mülki Məcəllənin 158.2-ci və 158.4-cü maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmçinin qeyd edilməlidir ki, avtomobilin istifadəsi ilə bağlı verilmiş etibarnamə anlayışı ilə mülki hüquqdakı etibarnamə anlayışları bir-birilərindən fərqli olmaqla birinci anlayışda etibarnamə verilən şəxs mülki hüquqdakı kimi etibarnamə verənin mülkiyyətlə bağlı hüquq və mənafelərini təmsil etmir, öz şəxsi istifadəsinin (cəmiyyətin mənafelərinin ) qanuni əsasını digər üçüncü şəxslər qarşısında müdafiə etmək imkanı qazanır. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı sözügedən yolnəqliyyat hadisəsi baş verərkən istifadəsində olduğu avtomobili qanuni əsaslarla, yəni bu istifadə etibarnaməni verən şəxsin deyil, cəmiyyətin mənafelərinin təmsili üçün həyata keçirildiyindən hazırki iş üzrə iddiaçının qeyd edilən tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud olmuşdur. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. İşin faktiki hallarından göründüyü kimi baş vermiş yol nəqliyyat qəzası zamanı , “Hyundai Elantra" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyanın vurulması, Cavabdeh qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində zərərin vurulduğu və bu hərəkətlərlə (hərəkətsizliklə) ziyanın arasında səbəbli əlaqənin olduğu sübuta yetmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatla sübuta yetmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə mübahisələndirilən hissə dəymiş maddi ziyanın məbləğidir. Belə ki, iddiaçı təqdim etdiyi qüsur aktına əsasən 7800 manat olduğunu əsas gətirərək, həmin vəsaitin ona ödənilməsini tələb edir. Məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilən ekspert rəyinə əsasən avtomobilə dəymiş zərərin məbləği də 7800 manat müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yuxarıda deyilənlərə əsasən, məhkəmə cavabdehin etirazının dəlillərində ekspertizanın düzgün keçirilməməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, məhkəməsinin əsaslandırılmış qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin vermiş olduğu rəy kifayət qədər müstəqil və əsaslı şəkildə tərtib olunmuşdur. Bundan başqa iş üzrə ekspertiza təyin edilərkən məhkəmə tərəfindən iş üzrə hər iki tərəfə ekspertiza qarşısında qoyulacaq suallara təklif verməsi üçün şərait yaradılmış, lakin cavabdeh tərəfindən bununla bağlı heç bir təklif verilməmişdir. Bəllidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olur. Məhz deyilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassızdır. Bundan başqa cavabdeh tərəf məhkəmə araşdırması zamanı verilmiş müddət ərzində etirazının dəlilini təsdiqləyən mütəxəssis rəyi təqdim edə bilərdi. Lakin göründüyü kimi, verilmiş müddətdə iddia tələblərinin təkzib edilməsi üçün zəruri olan hərəkətləri etməmişdir. Məhkəmə, cavabdeh tərəfin iddiaçının dəymiş ziyanla bağlı heç bir mötəbər sübut (qəbz) təqdim etməməsi ilə bağlı etirazına münasibətdə qeyd edir ki, “Gold Avto” servis xidməti tərəfindən tərtib edilmiş qüsur aktında yol-nəqliyyat hadisəsi nəticəsində ziyan vurulmuş avtomobilin təmirinə və ehtiyat hissələrinin dəyişdirilməsinə çəkiləcək xərcin həcmi müəyyən olunmuş, o cümlədən “Hyundai Elantra" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində aşkar olmuş qüsurlar öz əksini tapmış, həmin qüsurların aradan qaldırılması üçün zəruri olan vəsaitin həcmi qeyd olunmuş, hazırda iddiaçı da həmin məbləği haqlı olaraq tələb etmişdir. Göründüyü kimi cavabdeh ziyan dəymiş ehtiyat hissələrinin dəyişdirilməsinə çəkiləcək xərcin daha az miqdarda olduğunu sübut edəcək dəlillərini məhkəməyə təqdim etməmişdir. Qeyd edilən hallara əsasən məhkəmə, cavabdehin şifahi etirazının dəlillərini əsassız hesab edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 500 manat pul vəsaiti iddiaçıya ödənildiyindən, (iddiaçı izahatında etiraf etmişdir) iddia tələbi bu hissədə qismən təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni 7300 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi “əldən çıxmış fayda” hissəsində də əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 18 avqust 2023-cü il tarixli İcarə müqaviləsinin 3-cü maddəsinə əsasən, tərəflər nəqliyyat vasitəsinin icarə qiymətini hər gün üçün 60 manat razılaşdırmışlar. İddiaçı tərəf iddia tələbinin dəlillərində nəqliyyat vasitəsinin istifadəsindən məhrum olduğu müddətin daha çox olduğu halda, iddia tələbində yalnız 25 günlük dövrlə kifayətləndiklərini bildirmişdir. Məhkəmə qeyd olunan müddətin ağlabatan olduğu qənaətinə gələrək hesab edir ki, əldən çıxmış faydanın əvəzi olaraq 1500 manat (25 gün x 60 manat) cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 113 manat dövlət rüsumu cavabdedən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə onu qeyd edir ki, aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizası xərci Cavabdeh 50 manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 7300 (yeddi min səkkiz yüz) manat pul, əldən çıxmış faydaya görə 1500 (min beş yüz) manat və 113 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh 50 manat məbləğində pul tutulsun və (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar