Məhkəmə qərarları › İş №e-2(005)-38/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-38/2025

19.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-38/2025 19.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin faktiki halları 23 iyul 2022-ci il tarixdə Bakı-Quba Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 7.2-ci kilometrində Cavabdeh1 idarə etdiyi, “X20” MMC-nin mülkiyyətində olan Hyundai Tucson minik markalı, 77PE513 dövlət qeydiyyat nişanlı, iddiaçının mülkiyyətində olan, oğlu X7 idarə etdiyi Lexus ES350 minik markalı 10MT002 dövlət qeydiyyat nişanlı avtomobilin və daha iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar ilə toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh1 barədə İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi qərara alınmışdır. Cavabdeh1 barəsində xx.xx.2022-ci il tarixli ,TP ******* nnömrəli yol hərəkət qaydaları və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmişdir. Qərara əsasən şəxsin törətdiyi xətaya görə Cavabdeh1 İXM 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və barəsində İXP4856671 nömrəli protokol tərtib edilmişdir. 18539/2022 nömrəli sığorta ödənişi ilə bağlı akta əsasən, sığortaçı “Azərsığorta” DSKŞ tərəfindən İddiaçı əmlakına - avtomobilə dəymiş ümumi zərərin məbləği 15210 manat məbləğində qiymətləndirilmiş, 3003.55 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə 14 460 (on dörd min dörd yüz altmış) manat dəymiş zərərin və 134 (yüz otuz dörd) manat dövlət rüsumunun, ümumilikdə 14 594 (on dörd min beş yüz qırx doxsan dörd) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırmışdır ki, Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı polis kapitanı X1 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 10 avqust 2022-ci il tarixli Qərardan görünür ki, Cavabdeh1 23 iyul 2023-cü il tarixdə saat 16:00 radələrində Bakı- Quba Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 7.2-ci kilometrində idarə etdiyi HYUNDAİ TUCSON minik markalı 77PE513 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində 80-90 km/saat sürətlə ərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydasını pozaraq sol zolağa manevr edib həmin zolaqla 80-90 km/saat sürətlə hərəkətdə olan X6 idarə etdiyi RANGE ROVER EVOGUE minik markalı 77DY770 dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə toqquşmuş, zərbənin təsirindən sürücü Yuliya Vajnina idarəetməni itirərək RANGE ROVER EVOGUE minik markalı avtomobil əks hərəkət yoluna çıxaraq Bakı şəhəri itiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olan oğlu X7 idarə etdiyi LEXUS ES 350 minik markalı 10MT002 dövlət qeydiyyat nişanlı avtomobilin ön və sol hissəsi ilə toqquşmuş nəticədə sürücü Cavabdeh1, onun idarə etdiyi avtomobildə olan sərnişin Cavabdeh2 sürücü X11 dərəcəsi təyin olunmayan sağlamlığa zərər vurmayan xəsarət almış və avtomobillər əzilərək sahiblərinə maddi ziyan dəymişdir. Həmçinin sözügedən qərarda qeyd olunur ki,Cavabdeh1 törətdiyi əməl nəticəsində yalnız avtomobil sahiblərinin əmlakına ziyan dəymişdir, bədən xəsarətlərinin dərəcəsi müəyyən olunmadığından Cavabdeh1 barəsində cinayət işinin başlanılmasından rədd edilmişdir. Lakin o törətdiyi əməldə təqsirli bilinərək onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1cimaddəsi ilə tənbeh tədbiri görülmüşdür. İş materiallarından görünür ki, Cavabdeh1 idarə etdiyi HYUNDAİ TUCSON minik markalı 77PE513 dövlət qeydiyyat nişanlı avtomobili Etibarnamə əsasında idarə edir . Belə ki, sözügedən nəqliyyat vasitəsinin sahibi" X20" Məhdud Məsuliyyətli Cəmiyyətidir. AR DİN BİsTİ tərəfindən verilən “Yol nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə Məlumat”da qeyd olunur ki, zərərçəkən avtomobilin markası Lexus ES 350 **-MT-***, həmin avtomobilin mülkiyyətçisi isə İddiaçı, hadisə zamanı avtonəqliyyat vasitəsini idarə edən şəxs isə X8r . AR DİN BİsTİ tərəfindən verilən 005-817 №-li xx.xx.2022-ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, AR DİN BİsTİ bildirir ki, 2022-ci il 23 iyul tarixdə saat 16:00 dəqiqədə Bakı-Quba yolu .2-km yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsinin növü – toqquşmadır. İnzibati xətalar haqqında işlərə və ya cinayət işlərinə baxmağa səlahiyyəti olan orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarına əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs barədə məlumatlara əsasən HYUNDAİ TUCSON – **-PE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi həmin avtonəqliyyat vasitəsinin mülkiyyətçisi və sürücüsü: "xxxx" MMC – Cavabdeh1dır. Cavabdeh1 idarə etdiyi HYUNDAİ TUCSON markalı ** PE *** DQN-lı nəqliyyat vasitəsi hadisə baş verən zaman “Azər Sığorta” şirkətində sığortalı olmuşdur. Hadisə zamanı onun avtomobilinə ümumilikdə 17463 manat məbləğində ziyan dəymişdir. Həmin ziyan məbləğinin bir hissəsini, yəni 3003,55 (üç min üç manat,əlli beş qəpik) manatını sığorta şirkəti ona ödəmişdir . Qalan məbləği isə hadisəni törətmiş avtonəqliyyat vasitəsinin sahibi və ya sürücüsü tərəfindən dəfələrlə tələb etməyinə baxmayaraq ona ödənilmədiyi üçün məcbur qalaraq özüm avtomobilini təmir elətdirmişdir. Həmçinin Cavabdeh1 İstintaq zamanı verdiyi izahatda belə özünü təqsirli olmasını etiraf etmiş və hadisənin necə baş verməsi barədə məlumat vermişdir. İddia ərizəsinə əlavə edilən fotoşəkillər də, ona məxsus avtonəqliyyat vasitəsinin nə qədər yararsız hala salınmasının daha bir sübutudur. Qeyd edir ki,Sığorta ödənişi ilə bağlı 18539/2022 №-li AKT-da ümumi zərərin məbləği 15210 (on beş min iki yüz on) manat , Toyota markasının rəsmi servis mərkəzi olan "xxxx" MMC tərəfindən təqdim olunan qüsur aktında avtomobilin zərəri 29 682 (iyirmi oqquz min altı yüzsəksən iki) manat müəyyən edilmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 yazılı etiraz ərizəsi elektron kabinet vasitəsilə təqdim edilmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə İddiaçı cavabdeh olaraq hüquqlarını təmsil etdiyi Cavabdeh1 və digərlərinə qarşı 14 460 (on dörd min dörd yüz altmış) manat məbləğində dəymiş zərərin və 134 (yüz otuz dörd) manat dövlət rüsumunun, ümumilikdə 14 594 manat pulun tutulması tələbini qəbul etmirlər. Hesab edirlər ki, həmin tələb tam əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi ziyan aktı ilə qətiyyən razı deyillər. Həmin ziyan aktında göstərilənlər həddən artıq şişirdilmişdirilmiş məbləğdir və heç bir rəsmi sənədlərlə təsdiqini tapmır. Cavabdeh tərəf olaraq tərəflərindən iddiaçının istinad etdiyi ziyan aktını verən "Toyota" Abşeron Mərkəzi"nə həmin mərkəzin servis xidmətində iddiaçıya məxsu "LEXUS ES 350" minik markalı 10MT002 avtomobilin təmir olunub-olmadığı, təmir olunduğu halda “həmin avtomobilin sahibi iş üzrə iddiaçı tərəfindən xidmət haqqı olaraq və dəyişdirilmiş (əvəz edilmiş) avto ehtiyyat hissəslərinin yenisi ilə əvəz edilməsinə görə hansı məbləğdə vəsaitin ödənilməsi haqqında ödəniş qəbzlərinin, dəyişilmiş avto ehtiyat hissələri haqqında qaimə, fakturaların surətlərinin verilməsinə dair vəkil sorğusu verilsə də, adı çəkilən Mərkəz tərəfindən sorğuya hazıradək cavab alınmamışdır. Hesab edir ki, iddiaçının avtomobilinə dəymiş ziyan ona ödənilmiş sığorta məbləğində çərçivəsində olmuş və həmin məbləğ də ona icbarı sığorta xidmətini göstərək şirkət tərəfindən ona ödənilmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O qeyd etmişdir ki, avtomobilin sıradan çıxmış bir çox detalları xarici ölkələrdən sifariş edilərək əldə edilmişdir. Avtomobil çox pis vəziyyətdə olmuş, bundan əlavə avtomobili idarə edən oğlu da ciddi stress və həyəcan keçirmişdir. Toyota Abşeron avtoservisdə dəymiş ziyanın aradan qaldırılması üçün yüksək məbləğ tələb edildiyindən, avtomobilini orada təmir etdirməmişdir. Cavabdeh isə etinasız davranmış, vurduğu ziyanı aradan qaldırmaq üçün heç bir addım atmamışdır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdilər. Eyni zamanda "xxxx" Mərkəzinin rəyi ilə qismən razı olduqlarını, digər ekspert rəylərində göstərilən məbləğlərin şişirdilmiş olduğunu bildirdilər. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil3 bildirdi ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş rəy ilə qismən razıdır. Əvvəlki ekspert rəyləri ilə razı olmadıqlarını, qiymətlərin həddən artıq şişirdilmiş olduğunu qeyd etdi. İddiaçının özünü təqdim etdiyi iddia ərizəsi, şahid ifadələri, qüsur aktı bir-biri ilə ziddiyyət təşkil edir. İddiaçı avtomobili faktiki harada təmir etdirməsi, detallara nə qədər xərc çəkməsi ilə bağlı mötəbər sübutlar təqdim edə bilmir. Məhkəmə iclasında şahid qismində iştirak edən Kodjayev Zakhir izahatında bildirdi ki, 085 avtoservisdə dəmirçi işləyir və iddiaçı ilə qohumluq münasibətləri yoxdur. Əvvəllər iddiaçının qardaşını tanıyıb. 2-3 il olar ki iddiaçının avtomobilinə xidmət göstərib. Maşın çox əzik vəziyyətdə idi, ehtiyyat hissələri gec tapılırdı. Bəziləri Gürcüstandan sifariş edildi. Bəzi detallar dəyişdirildi, bəziləri düzəldildi. Onun özünə işçilik haqqı kimi təxmini ***-**** manat pul verilib. Görülən işlərdən xatırladığı dəmirçi işi, maşının arxa qapısının dəyişilməsi, digərinin – qabaq sağ və ya sol qapısının təmir olunması, kapotun dəyişilməsi olub. Əvvəlki məhkəmə iclasında şahid qismində iştirak edən Şahid3 bildirdi ki, avtoservisdə malyar (rəngsaz) olaraq işləyir və iddiaçı onların müştərisi olub. Maşının ban və baqaj hissəindən başqa digər bütün hissələrini rənglədiyini və əmək haqqı olaraq materiallar ilə birlikdə ona 1200 manat əmək haqqı verildiyini qeyd etdi. Maşının materiallarını özü aldığını və rəngləmək işinin 15-20 gün ərzində tamamlandığını qeyd etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 bildirdi ki, iddiaçı ilə qohumluq münsibətləri yoxdur və işlədikləri avtoservisin müştərisi olub. My Avto avtoservisində motorçu işləyir. Maşının arxa sağ və qabaq hissələrinin təmir olunduğunu və ona əmək haqqı olaraq təxmini 1000 manatdan yuxarı məbləğ verildiyini qeyd etdi. Maşının detalları tapılmadığı üçün təmir müddətinin 2 ay çəkdiyini bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak edən ekspert Fərəhnaz Hüseynov-Kamalzadə ekspert rəyini müdafiət etdi və bildirdi ki, qüsur aktı üzrə rəy verilib, qüsur aktında qeyd edilən ayrı-ayrı detalların qiymətinin real bazar qiymətlərinə uyğun olub-olmadığının yoxlanmışdır, avtomobilə baxış keçirilməyib. Əvvəlki məhkəmə iclasında iştirak edən ekspert X12 ekspert rəyini müdafiə etdi və bildirdi ki, avtomobil təqdim edilsə də, avtomobilə baxış keçirilmir, qüsur aktına əsasən rəy verilir. Qiymətlə baxaraq uyğun olub-olmamasına baxılır və avtomaşının ilinə əsasən hesablama aparılır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materialları - 09 iyun 2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, etibarnamə Cavabdeh1 ondan ötrü verilir ki, o, ”X20” MMC-ə məxsus olan “Hyundai Tucson” 77PE513 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini tərəflər arasında bağlanmış 04 oktyabr 2021-ci il 185 saylı lizinq müqaviləsi şərtləri çərçivəsində idarə edə bilər. - 04 oktyabr 2021-ci il tarixli daxili lizinq müqaviləsinin surətindən görünür ki, ”X20” MMC tərəfindən Hyundai Tucson minik markalı avtomoilini X2 istifadəsinə vermiş və X5 da 15,500.00 manat pul məbləğini, ”X20” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2022-ci il tarixli, TP ******* nnömrəli yol hərəkət qaydaları və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə saat 16:00 Bakı Quba yolu 7,2 km Hyundai Tucson minik markalı 77PE513 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində avtonəqliyyat hadisəsi baş vermiş və Cavabdeh1 İXM 327.1-ci maddəsində nəzrdə tutulmuş inzibati xəta törətmiş və barəsində İXP4856671 nömrəli protokol tərtib edilmişdir. - 10 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmiş,Cavabdeh1 törətdiyi xətaya görə Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri nəzərdə tutulur, qərarın surəti ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. - 005-817 №-li xx.xx.2022-ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan və araışa əlavəyə əsasən görünür ki, AR DİN BİsTİ bildirir ki, 2022-ci il 23 iyul tarixdə saat 16:00 dəqiqədə Bakı-Quba yolu .2-km yol nəqliyyat hadisəsi baş vermiş,Yol nəqliyyat hadisəsinin növü – toqquşmadır. İnzibati xətalar haqqında işlərə və ya cinayət işlərinə baxmağa səlahiyyəti olan orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarına əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs barədə məlumatlara əsasən HYUNDAİ TUCSON – **-PE-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi həmin avtonəqliyyat vasitəsinin mülkiyyətçisi və sürücüsü: "xxxx" MMC – Cavabdeh1dır.Zərər dəymiş avtonəqliyyat vasitəsinin mülkiyyətçisi- İddiaçı,hadisə zamanı nəqliyyat vasitəsini idarə edən şəxs - X8r. - xx.xx.2022-ci il tarixli,18539/2022 nömrəli sığorta ödənişi ilə bağlı aktın surətindən görünür ki, ”Azərsığorta”DSKŞ tərəfindən “Hyundai Tucson” minik markalı 77PE513 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 55 000 manat dəyərində sığorta olunmuş və avtonəqliyyat hadisəsi-toqquşma nəticəsində LEXUS ES350 markalı, 10MT002 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi sığorta hadisəsi nəticəsində dəymiş 15 210 manat dəyərində zərərin əvəzi ödənilməsi üçün qətidir. - 18539/2022 nömrəli sığorta ödənişi ilə bağlı akta əlavə ərizədən görünür ki,İddiaçı AR Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanladığı ərizəyə əsasən İddiaçı, LEXSUS ES 350 markalı 10MT002 dövlət qeydiyyat nişanlı avtomobil üzrə 23 iyul 2022-ci il tarixində baş vermiş sığorta hadisəsi ilə bağlı Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən müəyyən edilmiş zərər məbləği ilə razıdır və ödəniləcək 3003,55 manat məbləğində sığorta ödənişinin şəxsi bank hesabı vasitəsi ilə ödənilməsini xahiş etmişdir. - ƏN-V 513513 nöçrəli etiabarnmənin surətindən görünür ki, İddiaçı Lexsus ES350 minik markalı 10 MT002 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinini idarə etmək üçün X9 etibarnamə vermişdir - Cavabdeh1 xx.xx.2022-ci il tarixdə AR DİN –in Baş İstintaq və Təhqiqat İdarəsinə verdiyi izahatdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində ona məxsus idarə etdiyi HYUNDAİ markalı, 77PE513 d.qn-lı avtomobili ilə Şamaxinkadan evə tərəf gedərəkən Avtovağzalın qarşısında yol nəqliyyat hadisəsi keçirtmiş və Masazır qəsəbəsində sol zolaqlara keçərək 80-90 km/saat surəti ilə hərəkətdə olarkən Range Rover markalı,77DY 770 d.q.n-lı avtomobil yolun sol hissəsində toqquşub. - “X17” MMC tərəfindən icra olunmuş qüsur aktına əsasən, avtomobilə dəymiş zərərin məbləği 29682,16 manat məbləğində qiymətləndirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2023cü il tarixli, 9/7882 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2014-cü il buraxlışlı "Lexus ES 350” markalı, **- MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 29681,0 manat, Dəyişilməli hissələrin qiyməti - 22286,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 6395,00 manat, Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 22521,00 manat, Dəyişilməli hissələrin qiyməti - 16126,00 manat, Təmir - bərpa işlərinin qiyməti - 6395,00 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 23 avqust 2024-cü il tarixli,9/2934 nömrəli rəyinə əsasən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən, 2014-cü il buraxlışlı "Lexus ES 350” markalı, **- MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 29681,0 manat, Dəyişilməli hissələrin qiyməti - 23286,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 6395,00 manat, Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 22521,00 manat, Dəyişilməli hissələrin qiyməti - 16126,00 manat, Təmir- bərpa işlərinin qiyməti - 6395,00 manat müəyyən edilmişdir. - Nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi barədə hesabtdan görünür ki, ”Meyar Ekspertiza” MMC tərəfindən qiymətləndirmə ekspertizası aparılmış və yekun olaraq “Lexus ES 350 “ minik markalı **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc yuvarlaq hesabla 6034 manat müəyyən edilmişdir. -Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 134 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsin əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşə baxan məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə ilk növbədə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, mülki hüquq pozuntusu (delikt) yalnız Cavabdeh1 tərəfindən törədildiyindən vurulmuş ziyan yalnız Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Tərəflər arasında əsas mübahisə avtomobilə dəymiş maddi ziyanın məbləği ilə bağlı olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş X17 MMC tərəfindən təqdim edilmiş qiymətləndirmə aktına əsasən vurulmuş ziyanın məbləği 29682,16 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı iddia ərizəsində avtomobilə dəymiş məbləğin 17463 manat məbləğində qiymətləndirir. Məhkəmə tərəfindən dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi məqsədilə 3 dəfə ekspertiza təyin edilmiş, bunlardan ikisi Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi, digəri isə Meyar Ekspertiza MMC tərəfindən aparılmışdır. Dövlət ekspertləri tərəfindən təqdim edilmiş 14 noyabr 2023-cü il və 23 avqust 2024-cü il tarixlərdə keçirilmiş ekspert rəyləri ilə 2014-cü il buraxlışlı "Lexus ES 350” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 29681,0 manat, Dəyişilməli hissələrin qiyməti - 22286,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 6395,00 manat, Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 22521,00 manat, Dəyişilməli hissələrin qiyməti - 16126,00 manat, Təmir - bərpa işlərinin qiyməti - 6395,00 manat müəyyən edilmişdir. Meyar Ekspertiza MMC tərəfindən təqdim edilmiş hesabatda avtomobilə dəymiş yekun maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc 6034 manat məbləğində müəyyənləşdirilmişdir. Məhkəmə ekspert rəyləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə qeyd edir ki, ƏN MEM tərəfindən təqdim edilmiş ekspert rəylərində avtomobilə dəymiş ziyanın məbləği 29681,0 manat məbləğ təşkil edir ki, bu zaman ekspertlər mülki işin materiallarında olan Toyota Abşeron MMC tərəfindən icra edilmiş qüsur aktına istinad etmişlər. Məhkəmə iclasında ekspert rəyini müdafiə edən ekspertlər də bu faktı təsdiq etmiş və fərlqli qüsur aktı mövcud olacağı təqdirdə ziyanın yenidən qiymətləndirilə biləcəyini qeyd etmişdirlər. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin özündə iddiaçı avtomobilinə dəyən ziyanı 17463 manat məbləğində qiymətləndirir ki, bu məbləğlə qüsur aktında göstərilən məbləğin arasında 10000 manatdan çox fərq mövcuddur. Eyni zamanda iddiaçının izahatı, şahid ifadələri və mülki işin materialları ilə də təsdiq edilir ki, iddiaçının avtomobili həmin servisdə təmir etdirilməyib, avtomobil təmir edilərəkən həm köhnə, həm yeni ehtiyyat hissələri istifadə edilib. Belə olan təqdirdə məhkəmə hesab edir ki, ekspert rəyləri bu səbəbdən mülki işin materialları, o cümlədən iddia ərizəsi ilə təkzib edilir. Eyni zamanda iddia tələbinin ekspert rəyinə uyğun şəkildə təmin edilməsi iddia tələbindən kənara çıxma olar ki, bu da yolverilməzdir. Məhkəmə eyni zamanda X16 MMC-nin hesabatı ilə bağlı qeyd edir ki, rəy verilən zaman yalnız avtomobilin mülki işin materiallarında olan fotoşəkillərinə istinad edilmiş, bunun nəticəsində də bəzi ehtiyyat hissələri həmin hesabatda öz əksini tapmamışdır. Məhkəmə tərəfindən qəbul edilmiş qərardadda avtomobilin təqdim edilməkklə təqdimatın aparılması qeyd edilsə də, avtomobilin təqdim edilməsi tələb olunmamışdır. Belə olan təqdirdə məhkəmə həmin hesabatı mötəbər rəy kimi nəzərə almır. Məhkəmə şahid ifadələri ilə bağlı aşağıdakıları qeyd edir: Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında ifadə verən şahidlər avtomobili bilavasitə görəməklə, təmirində iştirak etdiklərindən, tərəflərlə hər hansı qohumluq münasibətləri olmadığınan, verdiyi ifadələr mülki işin materialları ilə təkzib edilməməklə, bir-biri ilə ziddiyyət təşkil etmədiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə daha sonra qeyd edir ki, iddiaçı avtomobilinə vurulmuş zərəri Cavabdeh1 tutulmasını tələb etməkdə haqlı olsa da, avtomobilə dəymiş ziyanın mənləğinin 17463 manat olmasını təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki mülki işin materiallarında olan sığorta ödənişi barədə akt ilə avtomobilə dəymiş ziyanın məbləğinin 15210 manat məbləğində qiymətləndirilməsi, bundan 3055 manat məbləğində sığorta ödənişinin iddiaçının xeyrinə ödənilməsi nəzərə alınmaqla, cavabdehdən 12 206.45 manat məbləğində pul tutulmalıdır. Məhkəmə bu məbləği ədalətli və cavabdeh tərəfindən törədilmiş təqsirli əməlin xarakterinə mütənasib hesab edir və bu nəticəyə gələrkən, prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik olduğunu nəzərə alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pulun 84 manatı Cavabdeh1, 16 manatı isə İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. İddiaçı tərəfindən ödənilmiş 134 manat məbləğində dövlət rüsumu üzrə 113 manat Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurumuş maddi ziyana görə 12 206.45 (on iki min iki yüz altı manat qırx beş qəpik) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 134 manat məbləğində dövlət rüsumunun 113 manatı Cavabdeh1 tutularaq İddiaçı ödənilsin, qalan hissədə iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarnın dəyəri 100 manat məbləğində pulun 84 manatı Cavabdeh1, 16 manatı isə İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar