Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3828/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 Dekabr 2023-cü il tarixli, SUNPU-08016 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 6394,22 (altı min üç yüz doxsan dörd manat 22 qəpik) manat, faiz borcuna görə 446,77 (dörd yüz qırx altımanat 77 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 6840,99 (altımin səkkiz yüz qırx manat 99 qəpik) manat məbləğində pulun və 89 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçıASC-nin Sumqayıt filialı ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 12 Dekabr 2023-cü il tarixli, SUNPU-08016 saylı kredit müqaviləsinə əsasən illik 18 % (on səkkiz) faiz dərəcəsi olmaqla 36 (otuz alti) ay müddətinə 7000 (yeddi min) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 12 Dekabr 2023-cü il tarixli, SUNPU-08016 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan CavabdehMehman oğlu kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri vəəsas borc məbləğini tamvə vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında vəlazımı qaydadaicraetməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdaredilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 12 Dekabr2023-cü il tarixli, SUNPU-08016 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəliəsasında, hərayın 12-dan gec olmayaraq hər ay 253,07 (iki yüzəlli üç manat 07 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydadaicraetməmişdir. Təqdim olunan maliyyə arayışına əsasənCavabdeh 12 Dekabr 2023-cü il tarixli, SUNPU-08016 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə6394,22 (altı min üç yüz doxsan dörd manat 22 qəpik) manat, faiz borcuna görə 446,77 (dörd yüz qırx altı manat 77 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 6840,99 (altı min səkkiz yüz qırx manat 99 qəpik) manat təşkil edir. Tərəflərə mülki iş üzrə təyin olunmuş məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlar verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişlər. Eyni zamanda iddiaçının nümayəndəsi elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbləri əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12 Dekabr 2023-cü il tarixli, SUNPU- 08016 saylı kredit müqaviləsinə əsasən illik 18 % (on səkkiz) faiz dərəcəsi olmaqla 36 (otuz alti) ay müddətinə 7000 (yeddi min) manat məbləğində cavabdehə kredit verilmişdir. Kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlinə əsasən, Cavabdeh hər ayın 12-dən gec olmayaraq hər ay 253,07 manat ödəniş etməli idi. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 12 Dekabr 2023-cü il tarixli, SUNPU-08016 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 6394,22 manat, faiz borcuna görə 446,77 manat, dəbbə borcuna görə 0 manat, cəmi 6840,99 manat məbləğində borcu vardır. İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış bildirişlərdən görünür ki, borcalanın yaranmış borcun 3 iş günü müddətində qaytarılması, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh X1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 12 Dekabr 2023-cü il tarixli, SUNPU- 08016 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 6394,22 (altı min üç yüz doxsan dörd manat iyirmi iki qəpik) manat, faiz borcuna görə 446,77 (dörd yüz qırx altı manat yetmiş yeddi qəpik) manat, cəmi 6840,99 (altı min səkkiz yüz qırx manat doxsan doqquz qəpik) manat məbləğində pul və 89 (səksən doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nın xeyrinə tutulmalıdır. Məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək iddiaçının ödədiyi dövlət rüsumunun cavabdehə aid edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 76,96 manat məbləğində dövlət rüsumu ödənildiyindən, həmin məbləğ iddiaçıya ödənilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh 12 Dekabr 2023-cü il tarixli, SUNPU-08016 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 6394,22 (altı min üç yüz doxsan dörd manat iyirmi iki qəpik) manat, faiz borcuna görə 446,77 (dörd yüz qırx altı manat yetmiş yeddi qəpik) manat, cəmi 6840,99 (altı min səkkiz yüz qırx manat doxsan doqquz qəpik) manat məbləğində pul və 89 (səksən doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-3828/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3828/2024
13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver