Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3874/2025 25.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 firması, Cavabdeh3 və Cavabdeh4 qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdəfiəsi Nazirliyi yanında X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində, "xxxx" ASC maraqlı şəxs qismində cəlb edilməklə) maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş (açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi, istehsalatda alınmış əmək xəsarəti ilə əlaqədar sağlamlığa vurulmuş ziyana görə zərərin ödənilməsi, peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta) Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 Qəhərman oğlunun, Cavabdeh2 firmasının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 firması, Cavabdeh3 və Cavabdeh4 qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdəfiəsi Nazirliyi yanında X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində, "xxxx" ASC maraqlı şəxs qismində cəlb edilməklə) maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mülki işin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 firması, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" Firmasından, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3, İddiaçı 65 yaşı tamam olanadək aylıq olaraq 824 manat kompensasiyanın, 4 ay ərzində ödənilən 8.000 manat pul məbləğinin, "xxxx" Firmasından İddiaçı vurulmuş zərərin əvəzi olaraq 65 yaşı tamam olanadək aylıq 1.200 manat, mənəvi ziyan olaraq 50.000 manat, protez xərci və reabilitasiya xərci olaraq 95.000 manat pul məbləğinin, iddia ərizəsi üzrə ödənilmiş 418 manat dövlət rüsumunun, mediasiya üçün ödənilmiş 50 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, aparılmış istintaqla müəyyan edilmişdir ki, zərərçəkmiş şəxs İddiaçı 26 noyabr 2024-cü il tarixdə, saat 16:30 radələrində Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində iş zamanı beton istehsalı üçün nəzərdə tutulmuş texnikadan istifadə edən zaman dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən sol İİİ, İV və Vİ qabırğaların yerdəyişmiş sınıqları, sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna qanın və havanın toplanması) və dərialtı emfizema ilə müşaiyət olunan döş qəfəsinin sol yarısının qapalı küt travması və sol çiyin səviyyəsində dəri deffekti ilə müşaiyət olunan sol bazunun yuxarı 1/3-dən travmatik amputasiyası xəsarətlərini almasına işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur. Təqsirləndirilən şəxs Cavabdeh1 Yadulla oğlu "xxxx" Firmasının rəsmi işçisidir. Cinayət işinin materiallarından görünür ki, bədbəxt hadisənin baş verməsinə səbəb olaraq "xxxx" Firmasının direktoru Cavabdeh3 cavabdehliyi və "xxxx" Firmasının operatoru Cavabdeh4 nəzarətsizliyi öz təsdiqini tapmışdır. İddiaçıya ilkin tibbi yardım göstərilməsinin təmin edilməsi üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilmişdir. Belə ki, onu hadisə zamanı dərhal Ağalı kəndində yerləşən tibb məntəqəsinə aparıb və orada ilkin tibbi yardım göstərilmiş, lakin yaranmış zərurəti nəzərə alaraq, X6 avtomobili ilə iddiaçı Füzuli rayon Mərkəzi Xəstəxanasına köçürülmüşdür. Füzuli rayon Mərkəzi Xəstəxanasında işçiyə əlavə tibbi yardım göstərildikdən sonra o, xəsarətinə uyğun tam funksiyalı xəstəxanada müalicə olunması üçün sifariş əsasında Bakıdan göndərilən X6 avtomobiliylə (1700 manat ödəniş edilmişdir) Bakı şəhərində yerləşən DTX-nin Hərbi-tibbi Baş İdarəsinə gətirilmişdir. Zərərçəkmiş şəxs İddiaçı DTX-nin Hərbi-tibbi Baş İdarəsində bilavasitə tərəflərindən qarşılanmış, üzərində aparılan əməliyyat nəticəsində sol qolu amputasiya edilmişdir. Əməliyyat üçün çəkilən 12199,67 manat ödəniş “Hünər-İnşaat" Firması tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinin Qospitalına ödənilmişdir. Bundan əlavə iddiaçıya 3 ay ərzində müalicə pulu olaraq 4000 manat məbləğində ödəniş edilmişdir. “Hünər-İnşaat" Firması 7 ay ərzində heç bir maddi kömək olmamışdır. Ona görə də İddiaçı mediasiya şurasına müraciət etmiş, cavabdeh tərəflər tələblərə dair razılıq vermədiyi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh2 firması etiraz ərizəsi təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, Zəngilan rayonu, Cahangirbəyli kəndində fəaliyyət göstərən "xxxx" Firmasında fəhlə işləyən, hazırki iş üzrə iddiaçı olan İddiaçı xx.xx.2024-cü il tarixdə beton istehsalı üçün nəzərdə tutulan avadanlığın baraban hissələrini təmizləyərkən, ehtiyatsızlıqdan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almışdır. Məhkəmə- Tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 619 nömrəli rəyindən görünür ki, İddiaçı bədəni üzərində sol 3, 4 və 6-cı qabırğalarının yerdəyişmiş sınıqları, sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna qanın və havanın toplanması) və dəri altı emfizema ilə müşayiət olunan sol bazunun yuxarı 1/3-dən travmatik amputasiyası xəsarətləri aşkar edilmişdir. Göstərilən xəsarətlər ümumi əmək qabiliyyətinin üçdə birindən çox (70%) hissəsinin itirilməsi ilə nəticələnmiş və bu əlamətə görə də, sağlamlığa ağır zərər vurmaya aiddir. Hadisə zamanı iddiaçının xəsarət alması ilə bağlı müəssisə rəhbərliyi xəbər aldıqları andan başlayaraq, işçiyə ilkin tibbi yardım göstərilməsinin təmin edilməsi üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar vermişdir. Belə ki, işçi dərhal ilkin tibbi yardım göstərilməsi üçün əvvəlcə Zəngilan rayonu, Ağalı kəndində yerləşən tibb məntəqəsinə, sonra isə Füzuli rayon mərkəzi xəstəxanasına köçürülmüşdür. Zəruri tibbi yardımlar göstərildikdən sonra, xəsarətlərə uyğun tam funksiyalı xəstəxanada əməliyyat və müalicə olunması üçün Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibbi Baş İdarəsinin tabeliyində olan tibb müəssisəsinə köçürülmüşdür. Orada iddiaçının aldığı xəsarətlərə uyğun olaraq müvafiq əməliyyat həyata keçirilmişdir. İddiaçı stasionar və ambulator şəraitdə müalicə aldığı dövrlərdə müəssisə İddiaçı daim maddi və mənəvi dəstək olmuşdur. Maddi və mənəvi dəstək olaraq, hadisənin baş verdiyi andan başlayaraq, bütün tibbi yardım, müalicə xərcləri və digər maddi yardım kimi xüsusi sifarişlə Bakı şəhərindən göndərilən Təcili-tibbi yardım avtomobili ilə Bakı şəhərində yerləşən funksional tibb müəssəsinə aparılması üçün ödənilmiş 1700 manat, əməliyyat üçün ödənilmiş 12.200 manat, ambulator müalicə zamanı dərman reseptlərinin xərci kimi ödənilmiş 4000 manat, dolanışıq və hətta həftədə 2 dəfə olmaqla bir ay müddətində iddiaçının yaşadığı ünvana ərazi üzrə həkim tərəfindən tibbi xidmətlərin göstərilməsinə görə çəkilən xərclər bütünlüklə Cavabdeh2 Firması tərəfindən qarşılanmışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/9954 nömrəli ekspertiza rəyi və həmin mərkəzin mühəndis-texniki ekspertizalar şöbəsinin böyük eksperti R.Talıbovun ifadəsi) baş vermiş hadisə nəticəsində xəsarət almış İddiaçı xəsarət alması ilə nəticələnmiş hadisənin baş verməsi zamanı üzərində texniki geyim vasitələrinin olmaması əməyin mühafizəsi üzrə müəyyən edilmiş qaydaların pozulması kimi hesab edilsə də, yol verilmiş pozuntu hadisəsinin baş verməsi ilə bağlı əhəmiyyət kəsb etmədiyindən və hadisənin nəticəsi ilə hər hansı səbəbli əlaqəsi olmadığından, xx.xx.2024-cü il tarixli, 10/9954 nömrəli ekspertiza rəyində tədqiqat zamanı aşkar edilmiş pozuntular siyahısında göstərilməmişdir. Eyni zamanda araşdırma zamanı alınmış izahatlardan görünür ki, iddiaçı beton istehsalı qurğusunda fəhlə işinə başlayarkən həmin firmada operator vəzifəsində işləyən Cavabdeh4 tərəfindən görəcəyi işlə bağlı təlimatlandırılmış, eyni zamanda iş zamanı əməl etməli olduğu əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları (beton istehsalı qurğusunun lentindən yerə tökülmüş qumun texnika işləyə-işləyə təmizlənə bilməsi, lakin barabanın yalnız texnika söndürüldükdən sonra, qeyri-işlək vəziyyətdə təmizlənməsinin izah edilıməsi barədə) faktiki olaraq izah edilmişdir. Bu baxımdan iddiaçı kim tərəfindən təlimatlandırılmasından asılı olmayaraq görəcəyi iş, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına dair təlimatlandırılması kifayət etdiyindən iddiaçı ekspertiza tədqiqatı zamanı texniki təhlüksizlik və əməyin mühafizəsi qaydaları ilə bağlı təlimatlandırılmış hesab edilmişdir. Həmçinin İddiaçı "xxxx" Firmasının direktoru və onun digər vəzifəli şəxslərinin də əməlinə hüquqi qiymətin verilməsi barədə verdiyi vəsatət ibtidai istintaq orqanı tərəfindən araşdırılmış və fakt üzrə digər vəzifəli şəxslər tərəfindən öz vəzifə öhdəliklərinin düzgün yerinə yetirməmələri arasında hər hansı səbəbli əlaqə aşkar edilmədiyindən vəsatət xx.xx.2025-ci il tarixli Qərarla rədd edilmişdir. "xxxx" ASC ilə "xxxx" Firması arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********53 nömrəli "istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində dəşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" müqaviləsinə əsasən işçi İddiaçı sığortalanmış və baş vermiş sığorta hadisəsinə görə işçiyə sığorta ödənişi olaraq, 123256,89 manat ödəniş edilmişdir. İddiaçının iddia tələblərindən biri kimi onun 65 yaşına çatanadək, cavabdehlərdən aylıq 824 manat kompensasiyanın tutulmasını tələb etməsidir ki, bu da tamamilə əsassızdır. Belə ki, ilk öncə hər ay aylıq 824 manat kompensasiyanın hansı meyarlar əsasında hesablama aparıb müəyyən edilməsini göstərməmişdir. Halbuki, qanun normalarına əsasən, aylıq ödənc şəxsin xəsarət almazdan əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir. Yəni bu kimi hallarda Dövlət Tibbi-Sosial Ekspertiza ve X1-sosial ekspert komissiyası (TSEK) tərəfindən verilən rəy əsasında peşə əmək qabiliyyətinin hansı faiz nisbətində itirildiyi müəyyənləşdirilir. Lakin, iddiaçı tələb etdiyi aylıq ödəncin 824 manat olmasına dair sübut təqdim etməmişdir. Həmçinin aylıq ödəncin 65 yaşınadək ödənilməsinə dair hüquqi əsas yoxdur. Əmək və mülki hüquqi xarakterli münasibətləri tənzimləyən qanunvercilik aktlarının heç birində belə bir şərti, yaxud tələbi nəzərdə tutan norma mövcud deyildir. Bundan başqa iddiaçının müalicə və dərman xərcləri, eləcə də qida və bəlli olmayan gündəlik xərclər, yaşayış səviyyəsinin dəstəklənməsi məqsədi ilə 4 ay üçün aylıq 2000 manat olmaqla tələb etdiyi ümumilikdə cəmi 8000 manat tələb etməsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının özünündə təsdiq etdiyi kimi cavabdeh müəssisə humanistlik göstərərək, lazımi şəkildə maddi və mənəvi köməklik göstərmişdir. Əməliyyat, müalicə və dolanışıq üçün 18.400 manatdan artıq məbləğdə maddi yardım göstərilməsi, xüsusilə iddiaçının bununla bağlı çəkdiyi xərclərə dair hər hansı qəbz, çek və ya ödənişləri təqsdiq edən hər hansı sənəd təqdim etməməsi halı digər əsaslara keçmədən də bu kimi iddia tələbini aradan qaldırmış olur. Digər bir tələbin isə vurulmuş zərərin əvəzi olaraq, 65 yaşına çatanadək cavabdehlərdən müştərək qaydada aylıq 1200 manat tutulması kimi tələb tamamilə iddiaçının öz şəxsi mülahizə və hislərinə əsaslanmışdır. Belə bir tələbin iddia tələbinə salınması sadəcə olaraq, iddia tələbinin həcmini böyük göstərməklə nəyəsə nail olmağa hesablanan gediş olduğunu təsdiq edir, o cümlədən də sözsüz ki, heç bir hüquqi əsası yoxdur. Mənəvi ziyana görə 50.000 manat məbləğində kompensasiyanın, protez ve reablitasiya xərci olaraq, 95.000 manat xərcin cavabdehlərdən tutulması tələbinə gəldikdə isə mənəvi ziyanın tutulub-tutulmaması, tutulmalı olan pul vəsaitinin məbləğinin müəyyən edilməsi şəxsin hüquqi məsuliyyət dərəcəsindən, xüsusilə də təqsirin olub-olmamasından asılı olan amillərdən biridir. Cavabdehlərin sırasında isə (Cavabdeh1 istisna) təqsirkar şəxslərin olması öz təsdiqini tapmır. Həmçinin protez və reablitasiya üçün iddiaçının özü tərəfindən xərc çəkilməsini təsdiq edən heç bir sənəd olmadığı üçün tələb bu hissədə də əsassızdır. Bu kimi münasibətləri tənzimləyən qanunvericlik normalarında qeyd edilən "təqsirkar müəssisə", "təqsirkar işəgötürən" ifadələri onu deməyə əsas verir ki, bir halda ki, cavabdeh müəssisə və ya işəgötürən, yəni "xxxx" Firması barəsində cinayət hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi, o cümlədən müəssisənin direktoru barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü yoxdursa işəgötürən təqsirkardır. Təqsirkar olduğu təqdirdə isə, məsuliyyətdən kənardır. Xüsusilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin tələbinə əsasən, bədbəxt hadisə nəticəsində dəymiş zərərə görə nəzərdə tutulan ödənclərin verilməsi şərtləri və qaydaları iddiaçıya şamil olunmur. Belə ki, həmin maddənin 5-ci bəndində qeyd edilir ki, ödənclərin verilməsi qanunverciliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Hüquq norması xarakerinə görə imperativ olduğuna görə, hüquq münasibətlərində iştirak edən tərəflərə alternativ davranış imkanı vermir. Sığorta müqaviləsinə əsasən, iddiaçı tam şəkildə sığortalanmışdır. Məhz həmin sığorta müqaviləsinə əsasən, iddiaçıya 123256,89 manat məbləğində sığorta ödənişi verilmişdir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. İİ.Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh2 Firmasında iş zamanı aldığı xəsarət nəticəsində qolu kəsilmiş, qabırğaları ağciyərinə batmışdır. İş zamanı aparat nasaz vəziyyətdə olmuş, əli aparatda qalmışdır. Sığorta 123000 manat pul ödəmişdir. İş yerindən DTX-da müalicə zamanı pul ödəmişlər, 17 gün müalicə üçün 1200 manat, daha sonra isə 4000 manat pul vermişlər. Hazırda adı işdə gedir, lakin maaş almır. Sığorta ödənişi edildikdən sonra heç nə ödəməmişlər. 123000 manatın bir hissəsi protez üçün qalır, digər hissəsi isə müalicə xərclərinə getmişdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Qəhərman oğlu bildirmişdir ki, hadisə ilə bağlı hökm, iz aktı vardır. Orada kimlərin təqsiri ilə iddiaçıya zərər dəyməsi görünür. Bu səbəbdən maddi və mənəvi zərər ödənilməlidir. İddiaçı tək özünü idarə edə bilmir, iş qabiliyyətini itirmişdir, əmək haqqı almır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 firmasının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində tələb edilən məbləğlərin hansı əsasla müəyyən edilməsi məlum deyildir. İddiaçıya 18000 manat məbləğində ödəniş edilmişdir. Onun 12200 manatı xəstəxana xərcləri üçün, digər hissəsi isə ambulator qaydada müalicə xərclərinə görə ödənilmişdir. Sığorta şirkəti tərəfindən ödənilən məbləğ Cavabdeh2 Firmasının real əmək haqqı məlbəğini yazması əsasında olmuşdur. Həmçinin Firma tərəfindən iddiaçıya işə gəlməsi və əmək qabiliyyətinə uyğun işlə təmin edilməsi barədə 5 dəfə bildiriş göndərilmişdir. Lakin o, işə gəlməmişdir, buna görə də əmək haqqı ödənilmir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. İİİ. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Maddə 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Maddə 1118.3. Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 12. (j bəndi) işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 225. İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Maddə 239.2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Maddə 239.3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Maddə 239.4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Maddə 239.5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli Qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarı Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işinicrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 124. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1.3. Əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Maddə 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi - "xxxx" ASC (sığortaçı) ilə ″Hünər-İnşaat″ Firması (sığortalı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, **********936 nömrəli sığorta müqaviləsinin surətindən görünür ki, tərəflər arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır; - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsi tərəfindən verilmiş ekiprizin surətindən görünür ki, İddiaçı sol qolun travmatik amputasiyası, sol tərəfli hemopnevmatoraks, dərialtı emfizema, sol tərəfli qabırğa sınıqları diaqnozları mövcud olmuşdur; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdəfiəsi Nazirliyi yanında X3 xx.xx.2024-xx.xx.2025-ci il tarix aralığında aparılmış təhqiqat nəticələrindən görünür ki, bədbəxt hadisə xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində zərərçəkənin Zəngilan rayon, Cahangirbəyli kəndi ərazisində yerləşən Beton zavodun arxa hissəsində SBS 60 markalı beton istehsalı qurğusunun yer səthindən 135 sm hündürlükdə olan qum-çınqıllı mikserə aparılması üçün nəzərdə tutulmuş eni 80 sm olan lentvari lövhənin üzərində yapışmış qum-çınqıl tullantılarını uzunluğu 40 sm, eni 10 sm olan taxta parçası ilə, diaqonalı 22 sm olan lövhəni hərəkətə gətirən barabana söykəyərək təmizləmək istəyərkən sol əlinin taxta ilə birlikdə barabanın arasında qalması səbəbindən sol qolunun bazu hissəsinin qopması nəticəsində baş vermişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komiyyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənəddən görünür ki, İddiaçı Borus oğlunda İİ dərəcəli əlillik (əlillik səbəbi: istehsalat zədəsi), 80% orqanizmin funksiyalarının pozulması müəyyən edilmişdir. Bazu və dirsək oynaqları arsı səviyyədə travmatik amputasiya, sol yuxarı ətrafın bazunun yuxarı 1/3-i səviyyəsindən travmatik amputasiyası diaqnozu qoyulmuşdur; - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş hadisəsi nəticəsində İddiaçı xəsarət yetirilmiş və sığorta məbləği 123256,89 manat müəyyən edilmişdir; - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 123256,89 manat ödəniş edilmişdir; - Zəngilan Rayon Məhkəməsinin 1(034)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 3000 manat məbləğində cərimə cəzasına məhkum edilməsi hökm edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, Əmirov X2 rayonu, Cahangirbəyli kəndində fəaliyyət göstərən "xxxx" firmasının beton zavodunda menecer vəzifəsində işləyərkən, həmin firmada fəhlə işləyən X4 xx.xx.2024-cü il tarixdə “SBS 60” markalı beton istehsalı üçün nəzərdə tutulmuş avadanlığın barabanını təmizləyərkən, avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinin qoruyucu vasitələrlə təchiz olunmasını və ya işçilərin onlara toxunmasını istisna edəcək şəkildə yerləşdirilməsini təmin etməyərək, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST”-ün 2.1.5-ci bəndinin tələblərini pozmuş və ehtiyatsızlıqdan İddiaçı sol lİİ, İV və Vİ qabırğaların yerdəyişmiş sınıqları, sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna qanın və havanın toplanması) və dərialtı emfizema ilə müşayiət olunan döş qəfəsinin sol yarısının qapalı küt travması və sol çiyin səviyyəsində dəri defekti ilə müşayiət olunan sol bazunun yuxarı 1/3-dən travmatik amputasiyası ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almasına səbəb olmuşdur. Həmçinin ibtidai istintaq zamanı zərərçəkmiş şəxs İddiaçı "xxxx"ın direktoru və onun digər vəzifəli şəxslərinin də əməlinə hüquqi qiymətin verilməsi barədə verdiyi vəsatəti ibtidai istintaq orqanı tərəfindən araşdırılmış və zərərçəkmiş şəxsin istehsalatda ağır xəsarət alması faktı üzrə digər vəzifəli şəxslər tərəfindən öz vəzifə öhdəliklərinin düzgün yerinə yetirilməmələri arasında hər hansı səbəbli əlaqə aşkar edilmədiyindən zərəçəkmiş şəxsin vəsatəti ibtidai istintaq orqanın xx.xx.2025-ci il tarixli qərarı ilə rədd edilmişdir; - "xxxx" MMC tərəfindən tərtib edilən arayışın surətindən görünür ki, İddiaçı Mübariz oğlu xx.xx.2025 tarixində mərkəzə qəza sonrasında qolun tam ambutə olunması ilə bağlı müraciət etmişdir və bununla bağlı protez sifarişi üçün konsultasiyada olmuşdur. Pasiyentə təyin edilən Bionic əl və qol protezinin tətbiqi və istifadəsi üçün reabilitasiya müddəti qiymətləndirilmişdir (95.000 manat). - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, tərəflər prosesin davam etdirilməsinə razılıq verməmişdir. Beləliklə, məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı "xxxx" Firması ilə arasında bağlanmış əmək müqaviləsinə əsasən, firmanın Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsində fərdi yaşayış evlərinin tikintisinə fəhlə kimi işə qəbul edilmiş və əmək haqqı 1030 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixində ərazidə təmizlik işləri apararkən xəsarət almış, iddiaçıya ilkin tibbi yardım göstərilmiş, daha sonra Bakı şəhərində yerləşən DTX-nin Hərbi-tibbi Baş İdarəsinə gətirilmiş, üzərində aparılan əməliyyat nəticəsində sol qolu amputasiya edilmişdir. Əməliyyat üçün çəkilən xərclər (12.199,67 manat ödəniş) və müalicə xərcləri Cavabdeh2 Firması tərəfindən ödənilmişdir. Həmçinin Cavabdeh2 Firması ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********53 saylı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinə əsasən işçi sığortalanmış və baş vermiş sığorta hadisəsinə görə işçiyə sığorta ödənişi olaraq 123256,89 manat pul sığorta şirkəti tərəfindən ödənilmişdir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə firmanın meneceri Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Hazırda iddiaçı istehsalatda baş vermiş bədbəxt hadisəyə görə, əmək qabiliyyətini itirdiyinə, əmək haqqından məhrum olduğuna əsaslanaraq, ona vurulmuş maddi zərərin və protez xərclərinin cavabdehlərdən tutulmasını xahiş edir. Cavabdeh isə firma tərəfindən zəruri xərclərin qarşılandığına və sığorta ödənişi ödənildiyinə istinad edərək iddiya etiraz edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir (Əmək Məcəlləsinin 2-ci maddəsi). Həmin Məcəllənin 239-cu maddəsinin İ hissəsinə görə, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Lakin həmin maddənin V hissəsi qeyd edilən ödənclərin verilməsinin, qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmadığını imperativ qaydada müəyyən etmişdir. Hazırki işdən göründüyü kimi, iddiaçı işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığorta olunmuş və "xxxx" Sığorta Şirkəti ASC tərəfindən ona 123256,89 manat məbləğində sığorta ödənişi verilmişdir. İşçi ilə işəgötürən arasında yaranan münasibətləri tənzimləyən sahəvi qanunvericilik olan Əmək Məcəlləsi ilə işçinin icbari sığorta olunduğu halda əlavə ödənclərin verilməsi nəzərdə tutulmadığından iddiaçının maddi zərərin və digər ödənclərin ödənilməsi tələbi əsassız olmaqla təmin edilə bilməz. Həmçinin o da qeyd edilməlidir ki, iddiaçı işdən çıxarılmasa da əmək haqqının ödənilmədiyini, cavabdeh firma isə iddiaçıya işə gəlməməsi səbəbindən əmək haqqının ödənilmədiyini, işə gəlməsi və daha yüngül işə keçirilməsi təklif edilsə də iddiaçının bunu qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında da iddiaçı işə getmək istəmədiyini bildirmişdir. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı hesab edir ki, cavabdeh təşkilatın əməkdaşının vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində iş yerində baş vermiş bədbəxt hadisə iddiaçının İİ qrup əlil olmasına, qolunun amputasiya edilməsinə və əmək qabiliyyətinin 80 faiz itirilməsinə səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olduğundan, iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Qeyd edilən hadisələr nəticəsində iddiaçının mənəvi iztirablar keçirməsini, sağlamlıq vəziyyətinə görə bu cür iztirabların hələ də davam etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərə görə 5000 manat məbləğində pul, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təqsiri müəyyən olunmuş Cavabdeh1 və onun işəgötürəni Cavabdeh2 firmasından tutularaq iddiaçıya ödənilməlidir. Digər cavabdehlərin firmanın direktoru və operatorunun isə baş vermiş hadisədə təqsiri müəyyən olunmadığından iddia onlara münasibətdə təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğu halda səhvən 418 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hazırki mülki iş üzrə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasından tutularaq, dövlət büdcəsinə ödənilməlidir. İddiaçı səhvən ödədiyi dövlət rüsumunun geri qaytarılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. V. Nəticə: Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasından vurulmuş mənəvi zərərə görə 5000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasından tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasından vurulmuş mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasından tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollgiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3874/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3874/2025
25.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver