Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3878/2025 19.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 57500 manat məbləğində pulun və 262.5 manat ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2022-ci ilin oktyabr ayında onu aldadaraq birgə qazanc əldə etmək və iş qurmaq məqsədi ilə ondan ümumilikdə 50.000 ABŞ dolları məbləğində pul almışdır. Belə ki, o, cavabdehlə eyni məktəbdə oxumuşlar və tanışlıq münasibətləri olmuşdur. 2022-ci ilin oktyabr ayında cavabdeh ona “Şərab evi” və “tütün məmulatlarının satışı” və birgə qazanc əldə etmək, iş qurmaq məqsədi ilə pul verməyini xahiş etmişdir. O, vədlərə inandığından bu təkliflə razılaşmışdır. Onun tərəfindən 2022-ci ilin noyabr ayından başlayaraq hissə-hissə olmaqla 2023-cü ilin iyun ayınadək ümumilikdə 50.000 ABŞ dolları məbləğində pulu cavabdehə vermişdir. Müəyyən müddət keçdikdən sonra cavabdehdən işlərin nə yerdə qaldığını soruşduqda, ona işlərin yaxşı olacağı barədə vəd vermişdir. Lakin bir müddət keçdikdən sonra hər hansı bir iş görmədiyini müəyyən edib ondan verdiyi pullarını geri tələb etmişdir. O, müxtəlif bəhanələr gətirərək pulları geri qaytarmaqdan imtina etmişdir. Daha sonra cavabdeh və atası ilə çoxsaylı danışıqlar apardıqdan sonra həmin puldan ona 19.000 manat pulunu geri qaytarılmışdır. Lakin yerdə qalan 66.000 manat pulunu isə qaytarmaqdan boyun qaçırmışdır. Buna görə RPİ-nin 34-cü PŞ-nə ərizə ilə müraciət etmək etmişdir. Aparılan araşdırma zamanı cavabdeh borcunu etiraf etmiş və atası tərəfindən yerdə qalan pulları qısa müddətə, 2-3 ay ərzində qaytaracağını bildirmişdir. Lakin sonradan atası tərəfindən də verilən vədlərə əməl edilməmiş qalıq borcdan ayda 500 manat şəklində qismən ödəniş edilmişdir. Ümumilikdə 27500 manat ödənilmiş və hazırda 57500 manat borcu qalmaqdadır. Cavabdeh və onun atasından dəfələrlə borcun tam şəkildə tez bir zamanda geri qaytarılması tələb edilməsinə baxmayaraq cavabdeh onun tərəfindən pulun ödənilməsi ilə bağlı hər-hansı hərəkət edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, aralarında barışıq əldə edildiyindən barışıq sazişinin təsdiq olunmasını və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 təqdim edilmiş barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, təqdim edilmiş barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə tərəflər arasında barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır:
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)-3878/2025 saylı mülki iş üzrə İddiaçı öhdəsinə götürür ki, Cavabdeh 57500 (əlli yeddi min beş yüz) manat məbləğində pulun və 262,5 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi tələbinə dair iddia ərzəsindən imtina edir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)-3878/2025 saylı mülki iş üzrə İddiaçı iddia ərzəsindən imtina etməsinin müqabilində Cavabdeh borclu qaldığı 20500 (iyirmi min beş yüz) manat pulu barışıq sazişindən sonra, 2025-ci ilin noyabr ayının sonundan başlayaraq birinci ay üzrə 1500 (min beş yüz) manat, növbəti aylar üçün hər ayın sonu 1000 (min) manat olmaqla İddiaçı bank kartı hesabına ödəməyi öhdəsinə götürür.
3. Barışıq sazişi tərəflərin onu imzaladığı və məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir. Barışıq sazişinin şərtləri pozulacağı halda, tərəflərin barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır.
4. Tərəflər təsdiq edirlər ki, barışıq sazişi qüvvəyə minəndən sonra onlar arasında, hazırkı predmet və hazırkı əsaslar üzrə mübahisə haqqında məhkəməyə təkrar müraciət edilməyəcəkdir.
5. Barışıq sazişində nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq həll ediləcəkdir.
6. Barışıq sazişi Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilir. Nüsxələrin biri "İddiaçı"da, digəri ikincisi "Cavabdeh"də saxlanılır, 3-cü nüsxə isə təsdiq edilməsi üçün Nərimanov Rayon Məhkəməsinə təqdim olunur. Barışıq sazişi məhkəmədə təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam icra edənə qədər qüvvədədir. Mülki Prosessual Məcəllənin 191.1 və 191.2-ci maddələrinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Eyni Məcəllənin 262.1 və 262.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, idiaçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə bağlanmış və müvafiq şərtləri özündə əks etdirən xx.xx.2025-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli, tərəflərə Mülki Prosessual Məcəllənin 262.4cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı və Cavabdeh arasında aşağıdakı məzmunda bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin:
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)-3878/2025 saylı mülki iş üzrə İddiaçı öhdəsinə götürür ki, Cavabdeh 57500 (əlli yeddi min beş yüz) manat məbləğində pulun və 262,5 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi tələbinə dair iddia ərzəsindən imtina edir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)-3878/2025 saylı mülki iş üzrə İddiaçı iddia ərzəsindən imtina etməsinin müqabilində Cavabdeh borclu qaldığı 20500 (iyirmi min beş yüz) manat pulu barışıq sazişindən sonra, 2025-ci ilin noyabr ayının sonundan başlayaraq birinci ay üzrə 1500 (min beş yüz) manat, növbəti aylar üçün hər ayın sonu 1000 (min) manat olmaqla İddiaçı bank kartı hesabına ödəməyi öhdəsinə götürür.
3. Barışıq sazişi tərəflərin onu imzaladığı və məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir. Barışıq sazişinin şərtləri pozulacağı halda, tərəflərin barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır.
4. Tərəflər təsdiq edirlər ki, barışıq sazişi qüvvəyə minəndən sonra onlar arasında, hazırkı predmet və hazırkı əsaslar üzrə mübahisə haqqında məhkəməyə təkrar müraciət edilməyəcəkdir.
5. Barışıq sazişində nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq həll ediləcəkdir.
6. Barışıq sazişi Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilir. Nüsxələrin biri "İddiaçı"da, digəri ikincisi "Cavabdeh"də saxlanılır, 3-cü nüsxə isə təsdiq edilməsi üçün Nərimanov Rayon Məhkəməsinə təqdim olunur. Barışıq sazişi məhkəmədə təsdiq edildikdən sonra qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam icra edənə qədər qüvvədədir. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər.
Hakim Nərgiz Tağıyeva