Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-389/2021 27.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 09.02.2018-ci il tarixli, 121CLM********** saylı kredit müqaviləsi üzrə 1222.81 AZN əsas; 340.64 AZN faiz; cəmi 1563.45 AZN borcu və 09.02.2018-ci il tarixli, **********01944121 saylı kredit xətti müqaviləsi üzrə 388.87 AZN əsas; 130.68 AZN faiz; cəmi 519.55 AZN borc məbləğində vəsaitin və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09.02.2018-ci il tarixli, 121CLM********** saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 27.84 faiz dərəcəsi ilə 2550 AZN məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 09.02.2018-ci il tarixli, Z- 121CLM********** saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İddiaçı ASC ilə cavabdeh arasında Cavabdeh1 bağlanmış 09.02.2018-ci il tarixli, **********01944121 saylı kredit xətti müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 500 AZN məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 09.02.2018-ci il tarixli, Z-**********01944121 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 04.09.2020-ci il tarixə İddiaçı ASC-nə 09.02.2018-ci il tarixli, 121CLM********** saylı kredit müqaviləsi üzrə 1222.81 AZN əsas; 340.64 AZN faiz; cəmi 1563.45 AZN borcu və 09.02.2018-ci il tarixli, **********01944121 saylı kredit xətti müqaviləsi üzrə 388.87 AZN əsas; 130.68 AZN faiz; cəmi 519.55 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda iddiaçı 17.07.2021-ci il tarixli ərizə ilə müraciət edərək iş üzrə bütün məhkəmə iclaslarına iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 09.02.2018-ci il tarixli, 121CLM********** saylı kredit sazişinə əsasən İddiaçı ASC Cavabdeh1 ilə müqavilə bağlanmışdır. Bank cavabdehə istehlak məqsədləri üçün illik 27.84 % ödəmək şərtilə 2550 manat məbləğində kredit limiti verilmişdir. 09.02.2018-ci il tarixli, **********01944121 saylı kredit kartına dair müqaviləyə əsasən Cavabdeh1 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 500 AZN məbləğində kredit verilmişdir. 09.02.2018-ci il tarixli, Z-121CLM********** və Z-**********01944121 saylı Zaminlik müqavilələrinə əsasən zamin Cavabdeh2 kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İş materiallarında olan İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh1 04.09.2020-ci il tarixə İddiaçı ASC-nə 09.02.2018-ci il tarixli, 121CLM********** saylı kredit müqaviləsi üzrə 1222.81 AZN əsas; 340.64 AZN faiz; cəmi 1563.45 AZN borcu və 09.02.2018-ci il tarixli, **********01944121 saylı kredit xətti müqaviləsi üzrə 388.87 AZN əsas; 130.68 AZN faiz; cəmi 519.55 AZN borcu yaranmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, borcu ödəyəcəkləri təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 may 2021-ci il tarixli, 4/370 nömrəli rəydən müəyyən olunur ki, 09.02.2018-ci il tarixli **********01944121 saylı zaminlik müqaviləsində “Zamin” qrafasındakı imzanın - Cavabdeh2 tərəfindən icra olunub-olunmamasını tədqiq olunan imzada qrafik materialın azlığı, cizqilərin sadəliyi, eyni konfiqurasiyalı hərflərin olmaması nəticəsində həmin imzanın Cavabdeh2 tərəfindən icra olunub-olunmaması haqqında qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmağın mümkün olmaması səbəbindən müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 və kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıdığından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidirlər. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 09.02.2018-ci il tarixli, 121CLM********** saylı kredit müqaviləsi üzrə 1222.81 AZN əsas; 340.64 AZN faiz; cəmi 1563.45 AZN borcu və 09.02.2018-ci il tarixli, **********01944121 saylı kredit xətti müqaviləsi üzrə 388.87 AZN əsas; 130.68 AZN faiz; cəmi 519.55 AZN borc və ödənilmiş 30 AZN dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənildiyindən, həmin məbləğ iddiaçıya ödənilməlidir. Cavabdehlərdən eyni zamanda ekspertiza xərci də tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 09.02.2018-ci il tarixli, 121CLM********** saylı kredit müqaviləsi üzrə 1222.81 AZN əsas, 340.64 AZN faiz, cəmi 1563.45 AZN borc və 09.02.2018-ci il tarixli, **********01944121 saylı kredit xətti müqaviləsi üzrə 388.87 AZN əsas, 130.68 AZN faiz, cəmi 519.55 AZN borc və ödənilmiş 30 AZN dövlət rüsumu tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri 122 (bir yüz iyirmi iki) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №e-2(005)-389/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-389/2021
27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver