Məhkəmə qərarları › İş №e-2(005)-389/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-389/2024

21.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-389/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı (açar sözlər: subroqasiya qaydasında pul tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh nümayəndəsi İsmayılov Səda-Sil Alik oğlunun iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Cəlal oğlundan 1103 (bir min yüz üç) manat pul vəsaitinin və 31.3 (otuz bir manat, üç qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)- 3887/2023 saylı qərardadı ilə kiçik mübahisələr üzrə iddia ərizəsinə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, RAZ********** saylı xx.xx.2017-ci il tarixli sığorta şəhadətnaməsi ilə sığorta təminatı almış və Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 99D ünvanında yerləşən, X5 mülkiyyətində olan daşınmaz əmlak xx.xx.2018-ci il tarixində üst qonşunun binanın damını qanunsuz olaraq zəbt etməsi nəticəsində təmirə ehtiyacı olan dam örtüyünün təmir edilə bilməməsi səbəbi ilə dam örtüyündən su axıntısına məruz qalmış və daşınmaz əmlaka maddi zərər dəymişdir. Baş vermiş hadisə nəticəsində 2058/CFİ-055-2018 saylı sığorta aktına əsasən 300 (üç yüz) AZN azadolma məbləği çıxılmaqla 1103.60 (bir min yüz üç manat altmış qəpik) AZN məbləğində sığorta ödənişi X6 ödənilmişdir. Hesab edir ki, ödənilmiş 1103.60 (bir min yüz üç manat altmış qəpik) AZN məbləği, qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Heydər Əliyev prospektində abadlıq işləri aparılmışdır və orada özbaşına tikilinin inşa olunması mümkünsüzdür. Mübahisələr başladıqdan sonra iddiaçı podratçı şirkətdən obyekt almışdır. Daha sonra onları məhkəməyə vermiş və ekspert baxış zamanı bildirmişdir ki, 400 manat ona ziyan dəyib. Podratçı şirkətlər turbaları səhv quraşdırmışdır və onlara buna görə cərimə tətbiq olunub. Apellyasiya Məhkəməsinə müraciət etmişlər və qətnamə qüvvədə qalmışdır. Qətnamə qüvvəsini aldıqdan sonra həmin 400 manatı ödəmişdirlər. Hazırki tələb ilə bağlı məktub gələndən sonra məlumatları olmuşdur ki, qonşuları X6 1103.60 manat məbləğində sığorta ödənişi edilmişdir. Qarşı tərəf onların məlumatı olmadan ekpertiza təyin edib və həmin məbləğin hardan yaranması barədə məlumatları olmayıb. Dövlət tərəfindən müəyyən edilmiş ziyan ödənilib və Ali Məhkəmənin qərarında da öz əksini tapmışdır. Şəfəq Nəcəfovaya 400 manat ödənilib və həmin məbləğin almasını təsdiq edən sənəd iş materiallarına əlavə edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 10 noyabr 2017-ci ildə X3 Miri Bilal oğlu və özü, Cavabdeh Cəlal oğluna, qarşı (qanunsuz tikilinin sökülməsinə və s. dair) iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 oktyabr 2018-ci tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 cavabdehlər X18 və Cavabdeh Cəlal oğluna qarşı "qanunsuz tikintinin sökülməsi və zərərin ödənilməsi" tələbinə dair ilkin iddia ərizəsi qismən təmin olunaraq ilkin iddia üzrə cavabdehlər X21 və Cavabdeh Cəlal oğlundan müştərək qaydada dəymiş maddi zərərə görə 400 (dörd yüz) manat məbləğində pulun iddiaçı X5 xeyrinə tutulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı X13 cavabdeh X6 qarşı "mülkiyyətində olan evin pəncərəsinin qarşısında tikilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, verilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. İş materiallarından görünür ki, iddiaçı X8 cavabdehlər X18 və Cavabdeh Cəlal oğluna qarşı "qanunsuz tikintinin sökülməsi və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən iddiaçının şəxsi mülkiyyəti üzərində aparılan qanunsuz tikilinin sökülməsinə və zəbt edilər damın boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Heydər Əliyev pr. 99D (yeni ünvan 65A) "X24" yaşadıqları mənzil, istərsə də qeyri-yaşayış sahəsi olan "X22" iddiaçının şəxsi mülkiyyətidir. Obyekt mütəmadi olaraq iki qonşu tərəfindən istismara məruz qalıb. Belə ki, qonşunun pəncərələrinin dama baxdığı halda bu "qonşular" iddiaçının mülkiyyətinin damını zəbt edərək, iki qonşu arasında hasar çəkərək, damın üstünə yük vuraraq, dövlət tərəfindən aqlay daşla üzlənmiş dama çıxışın qarşısını alıblar. Yüksək səviyyədə təmir olunmuş, bütün standartlara cavab verən, dövlət tərəfindən alınmış, lisenziyalı klinika sel suları altında qalıb, yararsız hala düşüb. Dövlətə vergi ödəyicisi kimi, klinikanın həkim və digər heyəti işsiz qalmışdır. "xxxx" ASC ilə bağlanmış müqavilə təmirdə öz əksini tapa bilmir. Çünki dama çıxış bağlanıb. Miri adlı şəxs ayrı-ayrı insanların imzasını toplayaraq böhtanlar atır, onların yaradıcı işlərinə mane olur. xx.xx.2017-ci il tarixdə X8 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu. Heydər Əliyev prospekti, 99/1 ünvanında yerləşən mülkiyyət üzərində tikilən təqribən 70 kv.m otağların sökülməsinin cavabdehlər tərəfindən həyata keçiriİməsi, Heydər Əliyev prospekti 99D (yeni ünvan 65a) ünvanında yerləşən "X24"nın damında tikilmiş qanunsuz tikintiyə görə ona 4000 manat maddi və 10000 manat mənəvi və ya Həcc Ziyarəti səfərinin məbləğini ödəmək şərtilə ümumi 14000 manat məbləğində maddi və mənəvi ziyanın cavabdehlər X21 və Cavabdeh Cəlal oğlu tərəfindan ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş elmişdir. xx.xx.2018-ci il tarixdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X8 dəftərxana vasitəsilə iddia ərizəsinə əlavə təqdim edərək, qanunsuz tikilinin sökülmasinə, klinikanın üstünün boşaldılmasına, reyestr xidmətindən alınmış çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə 10 aprel 2018 il tarixli, 2085 nömrəli ekspert rəyi ilə də Bakı şəhəri, Nərimanov rayonu, H.Əlivev prti 99D (yeni ünvan 65A) ünvanında yerləşən X6 məxsus qeyri-yaşayış binasının damının cavabdehlər tərəfindən eyvan kimi istifadə edilən sahəlardən yağış sularının axdığı və nəticədə qeyri yaşayış sahəsinin əsas tikilişindəki divarın bir hissəsinə ziyan dəydiyi, su sızmasının Miri Həsənov və Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsində yağış sularının kənarlaşdırıİması üçün nəzərdə tutulan dəliklərin düzgün quraşdırılmaması səbəbindən baş verdiyi və bunun nəticəsində ona 400 manat ziyan dəydiyi müəyyən edilmişdir. İş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 oktyabr 2018-ci tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X8 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasina apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilib ona məxsus olan, H.Əliyev prospekti 99D (yeni ünvan 65A) ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan "Şəfəq" Dental Klinikanın damının üzərində Cavabdeh Cəlal oğlu və X21 tərəfindən zəbt edilərək daşdan tikilmiş 1 metr hündürlüyündə hasarın və dəmir barmaqlıqlarla bağlanmış sahənin sökülməsinə və boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, ilkin iddia üzrə cavabdehlər Həsənov Miri və Cavabdeh Cəlal oğlundan müştərək qaydada dəymiş maddi zərərə görə 400 (dörd yüz) manat məbləğində pul iddiaçı X5 xeyrinə tutulsun. Bakı şəhəri, Nərimanov rayonu, H.Ə ivev prospekti, 99D (yeni ünvan 55A) ünvanında yerləşən X6 məxsus olmaqla istifadəsində olan qeyri-yaşayış sahəsinin ("X20") və Bakı şəhəri, Nərimanov rayonu, H.Əlivev prospekti, 99/1 ünvanında yerləşən, 25 saylı mənzilin üzərində-damında X21 və Cavabdeh Cəlal oğlu tərəfindən qanunsuz inşa edilmiş özbaşına tikililər, o cümlədən eyvan kimi istifadə olunan özbaşına tikililər X13 və Cavabdeh Cəlal oğlunun vəsaiti hesabına sökülsün və həmin qeyri-yaşayış sahəsi ilə mənzilin damı boşadılsın. İş üzrə keçirilmiş torpaqşünaslıq ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat X4, X11 və Cavabdeh Cəlal oğlundan müştərək qaydada tutulub müəyyən edilmiş hesaba ödənilsin. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat X4, X11 və Cavabdeh Cəlal oğlundan müştərək qaydada tutulub müəyyən edilmiş hesaba keçirilsin. Daha sonra Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, cavabdehlər X21, vəkili X12 və Cavabdeh Cəlal oğlu, vəkili X10 ayrıayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-759/2019 nömrəli iş üzrə 28 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Həmçinin, 28 fevral 2019-cu il tarixli Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icra vərəqəsinə əsasən icra vərəqəsi 29 avqust 2019cu ildə verilmişdir. Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin xx.xx.2019-cu il tarixli icraata xitam verilməsi haqqında qərarına əsasən icra məmurunun xx.xx.2019-cu il tarixində icraata başladığı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-759/2019 nömrəli, xx.xx.2019-cü il tarixli icra sənədinə xitam verilmişdir. Qərarda göstərilmişdir ki, tərəflərin şöbəyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qəbzlərə əsasən 400 manat məbləğində ekspertiza xərcinin tam ödənildiyi müəyyən olunmuşdur. Eyni zamanda tələbkar X8 xx.xx.2019-cu il tarixli ərizə ilə şöbəyə müraciət edərək, icra sənədində qeyd olunan tələbin tam şəkildə təmin olunduğunu və ona dəymiş maddi zərərə görə 400 manatın ödənildiyini qeyd edərək, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən deyə bilər ki, "xxxx" ASC-nin ona qarşı iddiası tam əsassızdır. Belə ki, X8 10 noyabr 2017-ci il tarixində Nərimanov rayon Məhkəməsinə müraciət edərək qanunsuz tikilinin sökülməsi və maddi zərərin ödənilməsi ilə bağlı müraciət etmişdir. "xxxx" ASC-nin təqdim etdiyi 2058/CFİ-D55-2018 saylı sığorta aktında isə sığorta hadisəsinin baş vermə tarixi 30 mart 2018-ci il qeyd olunmuşdur. Belə başa düşülür ki, sığorta hadisəsi baş vermişdirsə belə artıq o hadisə ona aid deyildir. Aid olsa belə ümumi olaraq məhkəmə prosesi davam edən illərdə, yəni 2017-ci ildən 2019-cu ilin sonuna qədər, onun tərəfindən maddi ziyan cəmi bir dəfə dəymişdir. Həmin maddi ziyanın həcmi 10 aprel 2018-ci il larixli, 2085 nömrəli ekspert rəyi ilə də dəqiqləşdirilmişdir. Belə ki, həmin rəyə əsasən Bakı şəhəri, Nərimanov r-nu, H.Əliyev pr-ti 99D (yeni ünvan 65A) ünvanında yerləşən X6 məxsus qeyri-yaşayış binasının damının cavabdehlər tərəfindən eyvan kimi istifadə edilən sahələrdən yağış sularının axdığı və nəticədə qeyri yaşayış sahəsinin əsas tikilişindəki divarın bir hissəsinə ziyan dəydiyi, su sızmasının Miri Həsənov və Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsində yağış sularının kənarlaşdırılması üçün nəzərdə tutulan dəliklərin düzgün quraşdırılmaması səbəbindən baş verdiyi və bunun nəticəsində ona 400 manat ziyan dəydiyi müəyyən edilmişdir. Həmin maddi ziyan da ödənilmişdir hansını ki, tələbkar X8 xx.xx.2019-cu il tarixli ərizə ilə Nərimanov rayon icra şöbəsinə müraciət edərək, icra sənədində qeyd olunan tələbin tam şəkildə təmin olunduğunu və ona dəymiş maddi zərərə görə 400 manatın ödənildiyini qeyd edərək, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmin məhkəmə tərəfindən təyin olunmuş ekspert rəyində birbaşa olaraq smeta ilə qiymətlər təyin olunmuşdur. Məhkəmə tərəfindən təyin olunmuş ekspert rəyinə əsasən dəymiş ziyan 400 manat, "xxxx" ASC-nin özbaşına keçirdiyi qiymətləndirməyə əsasən isə 1103.60 manat dəyərləndirilmişdir. Həmçinin ödənilən 400 manat maddi ziyan müştərək qaydada yəni, X21 və özü Cavabdeh Cəlal oğlu tərəfindən ödənilməsi qət edilmişdir və ödənilmişdir. ‘‘AzSığorta” ASC isə öz tələbini təkcə ona qarşı qaldırmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 99D ünvanda yerləşən qeyri-yaşayış sahəsinin tam payla istifadə hüququ xx.xx.2012-ci il tarixdən X5 adına qeydiyyata alınmışdır. - RAZ********** saylı xx.xx.2017-ci il tarixli “Daşınmaz əmlakın icbari sığorta” şəhadətnaməsindən görünür ki, Nərimanov rayonu, H.Əliyev prospekti 65A ünvanında yerləşən qeyri-yaşayış sahəsi – “Şəfəq” Dental klinika daşınmaz əmlakın icbari sığortası növündə sığortalanmışdır. - Azərbaycan Respublikası Maliyyə Bazarların Nəzarət Palatasının Reyestrinə daxil olmuş sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert İlqar Zeynalov tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev pr. 99/D ünvanında yerləşən X15 qeyri-yaşayış sahəsinə xx.xx.2018 il tarixində klinikanın X2 iştrakı ilə birlikdə vizual baxış keçirilmiş, foto şəkillər çəkilmiş və müvafık soraqlaşma işi aparılmışdır. Baxış zamanı əmlaka zərərin dəyməsi müşahidə olunmuşdur. Zərərin səbəbi yoxlanılarkən aşkar olundu ki, klinikanın üst mərtəbəsində yaşayan X26 oqlu və X21 obyektin tavan hissəsində qanunsuz bağça yaratmış, müəyyən bitkilər əkmişdir. Klinika divarının üst hissəsini deşərək dəmir barmaqlıqlar montaj etmişdir. Yuxarıdakıları əsas tutaraq belə hesab etmək olar ki, subasma hadisəsinin əsas səbəbi üst qonşunun qanunsuz hərəkətləri, yəni tikinti sanitariya-qiqiyena norma və qaydalarına uyğun olmayan şəkildə daşınmaz əmlakın istismarı olmuşdur. - 06.08.2018-ci il tarixli Hesabatdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev pr. 65 X24 üzrə dəymiş ziyan cəmi məbləğ 1403,6 (min dörd yüz üç manat altı qəpik) manatdır. - 2058/CFİ-055-2018 saylı sığorta aktından görünür ki, sığortalı X5 Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ünvanında yerləşən qeyri-yaşayış sahəsi daşınmaz əmlakın icbari sığortası növündə sığortalanmışdır. xx.xx.2018-ci il tarixdə sığorta hadisəsi (subasma) baş vermiş, daşınmaz əmlaka zərər dəymişdir. Dəymiş zərərin məbləği 1403,60 manatdır. Müəyyən edilmiş zərər məbləğindən 300 (üç yüz) manat azadolma məbləği çıxarılaraq cəmi 1103,60 (min yüz üç manat altmış qəpik) manat ödənilmişdir. - 14 sentyabr 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X6 1103,6 (min yüz üç manat altmış qəpik) manat sığorta ödənişi edilmişdir. - "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya (bildiriş) məktubundan görünür ki, 1103,60 (min yüz üç manat altmış qəpik) manat məbləğin bildiriş daxil olduğu tarixdən 5 gün ərzində ödənilməsi xahiş edilmiş, ödənilmədiyi təqdirdə müvafiq məhkəməyə iddia ilə müraciət olunacağı bildirilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X5 cavabdehlər X18 və Cavabdeh qarşı "qanunsuz tikintinin sökülməsi və zərərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi qismən təmin olunaraq ilkin iddia üzrə cavabdehlər X21 və Cavabdeh müştərək qaydada dəymiş maddi zərərə görə 400 (dörd yüz) manat məbləğində pulun iddiaçı X5 xeyrinə tutulması," ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı X13 cavabdeh X7 qarşı "mülkiyyətində olan evin pəncərəsinin qarşısında tikilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, verilmiş pul vəsaitinin geri qaytarılması”tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-759/2019 saylı 28 fevral 2019-cu il tarixli qətnaməsindən görünür ki, X5 apellyasiya şikayəti təmin edilmiş, X13 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 oktyabr 2018-ci tarixli, 2(005)- 494/2018 saylı qətnaməsi X5 ilkin iddiasının təmin olunmayan hissəsində qismən ləğv edilməsi, X5 cavabdehlər X18 və Cavabdeh qarşı verdiyi iddia tələbləri “qanunsuz tikintinin sökülməsi və damın boşadılması” hissəsində təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 99D (yeni ünvan 55A) ünvanında yerləşən X6 məxsus olmaqla istifadəsində olan qeyri-yaşayış sahəsinin (“X20”) və Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 99/1 ünvanında yerləşən, 25 saylı mənzilin üzərində-damında X21 və Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş özbaşına tikililər, o cümlədən eyvan kimi istifadə olunan özbaşına tikililər X13 və Cavabdeh oğlunun vəsaiti hesabına sökülməsi və həmin qeyri-yaşayış sahəsi ilə mənzilin damı boşadılması, X1 ilkin iddiası üzrə qalan hissələrdə və X13 qarşılıqlı iddiasının rədd olunması hissəsində verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Apellyasiya baxışı zamanı işdə olan mötəbər sübutlara, o cümlədən keçirilmiş yerli baxış zamanı, ekspert rəylərinə əsasən mübahisəsiz müəyyən edildi ki, iddiaçı X6 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 99D (yeni ünvan 55A) ünvanında yerləşən X6 məxsus qeyri-yaşayış binasının ("X20”) və həmin qeyri-yaşayış sahəsinə birləşdirilməklə birgə nikah dövründə əldə olunmuş əmlak kimi onun da istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 99/1 ünvanında yerləşən, 25 saylı mənzilin üzərində-damında X21 və Cavabdeh tərəfindən qanunsuz özbaşına tikililər, o cümlədən eyvan tikilisi inşa edilmişdir və həmin tikililərdən yağış sularının axması və sızması nəticəsində qeyri-yaşayış sahəsinin əsas tikilisindəki divarına ziyan dəymişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4559/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından görünür ki, cavabdehlər X21, vəkili X12 və Cavabdeh Cəlal oğlu, vəkili X10 ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-759/2019 nömrəli iş üzrə 28 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərar alınmışdır. - Həmin Qərardan görünür ki, məhkəmə mühəndis-texniki ekspertizasının 10 aprel 2018-ci il tarixli, 2085 nömrəli ekspert rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 99D (yeni ünvan 55A) ünvanında yerləşən X6 məxsus qeyri-yaşayış binasında iddiaçılar tərəfindən eyvan kimi istifadə edilən sahələrdən yağış sularının axdığı və nəticədə qeyri-yaşayış sahəsinəin əsas tikilisındəki divarın bir hissəsinə ziyan dəydiyi, eləcə su sızmasının X13 və Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsində yağış sularının kənarlaşdırması (axıb getməsi) üçün nəzərdə tutulan dəliklərin (şırımların) düzgün quraşdırılmaması səbəbindən baş verdiyi müəyyən olunmuşdur. Tədqiq olunan qeyri-yaşayış sahəsində yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin, eləcə də həmin işlər zamanı sərf edilməli tikinti materiallarının dəyərini müəyyən etmək məqsədilə orta bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq edilməklə smeta tərtib olunmuşdur. Smeta üzrə aparılmış hesablamalar nəticəsində, həmin qeyri-yaşayış sahəsinə dəymiş ziyanın ümumi dəyəri 400 (dörd yüz) manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il qərardadı ilə məhkəmə mühəndis texniki (torpaqşünaslıq) ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” DBLKTİ-nin mütəxəssislərinin rəyi alınmaqla, Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2018-ci il tarixli, 15447 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: X5 faktiki istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən 99D saylı qeyri-yaşayış sahəsinin birləşdirilmiş mənzillə birlikdə ümumi sahəsinin 174,7 kv.metr olmaqla, MA seriyalı ******* №-li çıxarışda qeyd edilən (36,6 kv.metr) sahədən 138,1 kv.metr artıq təşkil etdiyi müəyyən olunmuşdur. Belə ki, həmin qeyri-yaşayış sahəsi tədqiq olunan binada yerləşən 25 saylı mənzillə birləşdirilmiş, yenidənqurma işləri aparılmış və əlavə tikili inşa edilmişdir. X13 faktiki istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən 99/1 saylı evin, 20 saylı mənzilinin və köməkçi tikililərinin ümumi sahəsinin 265 kv.m olmaqla, RX seriyalı, ******* №-li çıxarışda xx.xx.2013-cü il tarixli texniki pasportda qeyd edilən (217,6 kv.m) sahədən 48,0 kv.m olan eyvan tikilisi texniki pasportda əks olunmasına baxmayaraq, tikili kimi ümumi sahəyə daxil edilməmişdir - Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin xx.xx.2019-cu il tarixli icraata xitam verilməsi haqqında qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-759/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə xitam verilmişdir. Qərarda göstərilmişdir ki, tərəflərin şöbəyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli qəbzlərə əsasən 400 manat məbləğində ekspertiza xərcinin tam ödənildiyi müəyyən olunmuşdur. Eyni zamanda tələbkar X8 xx.xx.2019-cu il tarixli ərizə ilə şöbəyə müraciət edərək, icra sənədində qeyd olunan tələbin tam şəkildə təmin olunduğunu və ona dəymiş maddi zərərə görə 400 manatın ödənildiyini qeyd edərək, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 99D (yeni qaydalarla: 65A) ünvanda yerləşən qeyri-yaşayış sahəsi (“Şəfəq” Dental klinika) X6 məxsusdur. Qeyri-yaşayış sahəsi iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın icbari sığortası növündə sığortalanmışdır. Hazırda iddiaçı "xxxx" ASC baş vermiş su sızma hadisəsi nəticəsində zərərçəkmiş X6 ödənilmiş 1103.60 (bir min yüz üç manat altmış qəpik) manat məbləğində sığorta ödənişinin Cavabdeh tərəfindən ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 99D (yeni qaydalarla: 65A) ünvanda yerləşən əmlaka vurulmuş zərərin ödənilməsi və s. tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci tarixli qətnaməsi ilə X5 cavabdehlər X18 və Cavabdeh qarşı "qanunsuz tikintinin sökülməsi və zərərin ödənilməsi” tələbi qismən təmin olunaraq X21 və Cavabdeh müştərək qaydada dəymiş maddi zərərə görə 400 (dörd yüz) manat məbləğində pulun iddiaçı X5 xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə aktları ilə müəyyən olunur ki, X6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 99D (yeni ünvan 55A) ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dəymiş zərərin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Məhkəmə mühəndis-texniki ekspertizasının 10 aprel 2018-ci il tarixli, 2085 nömrəli ekspert rəyi ilə su sızmasının X13 və Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsində yağış sularının kənarlaşdırması (axıb getməsi) üçün nəzərdə tutulan dəliklərin (şırımların) düzgün quraşdırılmaması səbəbindən baş verdiyi müəyyən olunmuş, həmin qeyri-yaşayış sahəsinə dəymiş ziyanın ümumi dəyəri 400 (dörd yüz) manat məbləğində müəyyən olunmuşdur. Qətnamə maddi zərərin ödənilməsi hissədə yuxarı instansiya məhkəməsi - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-759/2019 nömrəli iş üzrə 28 fevral 2019-cu il tarixli qətnaməsi ilə də qüvvədə saxlanmışdır. Apellyasiya baxışı zamanı işdə olan mötəbər sübutlara, o cümlədən keçirilmiş yerli baxış zamanı, ekspert rəylərinə əsasən iddiaçı X6 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 99D (yeni ünvan 55A) ünvanında yerləşən X6 məxsus qeyri-yaşayış binasının ("X20”) və həmin qeyri-yaşayış sahəsinə birləşdirilməklə birgə nikah dövründə əldə olunmuş əmlak kimi onun da istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 99/1 ünvanında yerləşən, 25 saylı mənzilin üzərində-damında X21 və Cavabdeh tərəfindən qanunsuz özbaşına tikililər, o cümlədən eyvan tikilisinin inşa edildiyi və həmin tikililərdən yağış sularının axması və sızması nəticəsində qeyri-yaşayış sahəsinin əsas tikilisindəki divarına ziyan dəydiyi müəyyən edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəlmiş, Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin xx.xx.2019-cu il tarixli icraata xitam verilməsi haqqında qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-759/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə xitam verilmişdir. Qərarda göstərilmişdir ki, tələbkar X8 xx.xx.2019-cu il tarixli ərizə ilə şöbəyə müraciət edərək, icra sənədində qeyd olunan tələbin tam şəkildə təmin olunduğunu və ona dəymiş maddi zərərə görə 400 manatın ödənildiyini qeyd edərək, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi hazırkı mülki iş üzrə zərərçəkmiş X6 məxsus qeyri-yaşayış sahəsinə su sızma hadisəsi nəticəsində dəymiş zərər üzrə qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur. Belə ki, məhkəmə tərəfindən ekspertiza təyin edilməklə, zərərçəkmişə dəymiş ziyan müəyyən edilmişdir. Həmin qətnamələr üzrə icra tədbirləri yekunlaşmış və məhkəmə tərəfindən müəyyən olunmuş X6 dəymiş zərərin məbləği ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. - 1115. zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki işin materiallarından görünüdüyü kimi hazırkı mülki iş üzrə cavabdeh hadisə nəticəsində zərərçəkmiş X6 dəymiş zərərin əvəzi olaraq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləği ödəmişdir. X8 xx.xx.2019-cu il tarixdə ərizə ilə icra şöbəsinə müraciət edərək dəymiş maddi zərərə görə 400 manatın ödənildiyini bildirmişdir. Hazırda iddiaçı "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixdə X6 dəymiş zərər üçün ödənilmiş olan sığorta pulunun subroqasiya qaydasında Cavabdeh tutulması (Cavabdeh su sızma hadisəsinə görə dəymiş zərəri təkrarən ödəməsi) sonuncunun hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “Cavabdeh Cəlal oğlundan 1103 (bir min yüz üç) manat pul vəsaitinin və 31.03 (otuz bir manat, üç qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “Cavabdeh Cəlal oğlundan 1103 (bir min yüz üç) manat pul vəsaitinin və 31.03 (otuz bir manat, üç qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar