Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3899/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5,837.15 manat məbləğində əsas bоrc və 623 manat faiz borcu оlmaqla, cəmi 6,460.15 (altı min dörd yüz altmış manat on beş qəpik) manat borcun və 85 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qızı X1 ərizə ilə məhkəməyə müraciət edərək, atası Cavabdeh ölməsi barədə məlumat verərək, onun ölüm haqqında şəhadətnaməsini təqdim etmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o üzrlü səbəb təqdim etmədən məkhəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.4 və 184.5-ci maddələrinə əsasən, məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən belə qənaətə gəlir ki, iddia tələbi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Belə ki, iş materiallarında olan AZ-İİ № 403136 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ölmüşdür. Məhkəmə qeyd edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ancaq Cavabdeh xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İddia ərizəsi isə məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı bank iddia tələbi ilə məhkəməyə müraciət edərkən, cavabdeh artıq ölmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, hal-hazırda iddia tələbinə məhkəmədə baxılması qeyri-mümkün olduğundan, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ancaq Cavabdeh xx.xx.2024-cü il tarixdə ölməsinə baxmayaraq, iddiaçı bank Cavabdeh iş üzrə “cavabdeh” qismində göstərmiş və kredit üzrə yaranmış borc məbləğinin ondan tutulmasını xahiş etmişdir. Nəticədə iddiaçı ASC Cavabdeh qarşı məhkəmədə iddia qaldırıldıqdan əvvəl öldüyündən o, işdə iştirak edən şəxslər kateqoriyasına aid edilə bilmədiyi halda, iddia tələbi Cavabdeh qarşı yönəlmiş və qanunvericiliyin tələbləri iddiaçı tərəfindən pozulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, ASC hazırki tələb üzrə Cavabdeh vərəsələrini müəyyən etməli, daha sonra müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməli idi. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı bankın məhkəməyə müraciət etməmişdən əvvəl ölməsi faktı məhkəmə araşdırması zamanı təsdiq edildiyindən, həmin iddia tələbi üzrə başlanmış iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsində nəzərdə tutulan hüquqi nəticələr iddiaçıya izah edilməlidir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Eyni zamanda, iddiaçıya izah olunmalıdır ki, iddiaçı hazırki tələb üzrə Cavabdeh vərəsələrini müəyyən etməklə onlara qarşı məhkəmədə iddia qaldıra bilər. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 261.0.7, 262, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə Cavabdeh ölməsi faktı təsdiq edildiyindən həmin iddia tələbinə əsasən başlanmış mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 84,60 (səksən dörd manat altmış qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddiaçı hazırki tələb üzrə Cavabdeh vərəsələrini müəyyən etməklə onlara qarşı məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-3899/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3899/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver