Məhkəmə qərarları › İş №e-2(005)-3940/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3940/2022

30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3940/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən iddiaçı "Bank Respublika” ASC-nin xeyrinə 13763.24 manat məbləğində əsas borcun, 1324.41 manat məbləğində faiz borcunun, 0 manat məbləğində cərimə borcunun və 135.26 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə "Bank Respublika” ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən borclu bankdan xx.xx.2024-cü ilədək qaytarmaq və illik 17.1% ödəmək şərti ilə aldığı 14000 (on dörd min) AZN krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyin vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə olan borcun məbləği əsas borc üzrə 13763.24 AZN faiz üzrə 1324.41 AZN cərimə üzrə 0 AZN təşkil edir. Borcalan dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq , öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Odur ki, borc məhkəmə qaydasında tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ilə müraciət edərək , işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2301***- *******02L nömrəli Əsas Kredit Razılaşmasına əsasən İddiaçı ASC Cavabdeh 120 ay müddətinə xx.xx.2031-ci il taixədək 50000 manat məbləğində kredit limiti açır, Cavabdeh isə həmin krediti götürməyi və həmin saziş ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüşdür; Kredit sazişinə əlavə olunan ödəniş cədvəlinə əsasən Cavabdeh 36 ay ərzində 14000 (on dörd min) AZN, 4047.42 (dörd min qırx yeddi manat qırx iki qəpik) AZN faiz, cəmi 18047.42 (on səkkiz min qırx yeddi manat qırx iki qəpik) ödəniş etməli idi; Kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında 29 iyul 2022-ci il tarixli arayışa əsasən İddiaçı ASC xx.xx.2021-ci il tarixində, 17.1 faiz dərəcəsiylə xx.xx.2024-cü il tarixədək Cavabdeh 14000 (on dörd min) AZN məbləğində kredit vermiş , cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və nəticədə 13763.24 ( on üç min yeddi yüz altmış üç manat iyirmi dörd qəpik) AZN əsas borc, 1324.41 ( bir min üç yüz iyirmi dörd manat qırx bir qəpik) AZN faiz borcu yaranmışdır. 15 iyul 2022-ci il tarixli 1587 saylı pretenziya məktubundan görünür ki, İddiaçı ASC 3 iş günü müddətində Cavabdeh öhdəliyi icra etməyi əks təqdirdə mübahisənin məhkəmə qaydasında həll olunacağı ilə bağlı xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki , İddiaçı ASC məhkəmə iddia qaldırmaq üçün 135,26 ( bir yüz otuz beş manat iyirmi altı qəpik) manat məbləğdə dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2301***-*******02L nömrəli Əsas Kredit Razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 17.1 faiz dərəcəsi ilə faiz hesablamaq şərti ilə 14000 AZN məbləğində kredit verilmişdir. Cavabdeh həmin sazişlə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüş və öhdəlikləri yerinə yetirmədiyindən banka borcu yaranmışdır. İddiaçı ASC Cavabdeh 13763.24 ( on üç min yeddi yüz altmış üç manat iyirmi dörd qəpik) AZN əsas borc , 1324.41 ( bir min üç yüz iyirmi dörd manat qırx bir qəpik) AZN faiz və 0 manat cərimə borcunun yarandığını iddia edir. İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 135.26 (bir yüz otuz beş manat iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumunu da cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas, faiz və cərimə borcun cavabdehdən tutulması hissəsində tam təmin edilməli, xx.xx.2021-ci il tarixli, 2301***-*******02L saylı kredit müqaviləsi ləğv edilərək, müqavilə üzrə 13763.24 ( on üç min yeddi yüz altmış üç manat iyirmi dörd qəpik) AZN əsas borc , 1324.41 ( bir min üç yüz iyirmi dörd manat qırx bir qəpik) AZN faiz borcu və 0 manat məbləğində cərimə borcu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda çox olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 13763.24 ( on üç min yeddi yüz altmış üç manat iyirmi dörd qəpik) AZN əsas borc , 1324.41 ( bir min üç yüz iyirmi dörd manat qırx bir qəpik) AZN faiz borcu və 0 AZN cərimə habelə 135.26 (bir yüz otuz beş manat iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2301***-*******02L nömrəli kredit limiti müqaviləsi ləğv edilərək, Cavabdeh 13763.24 (on üç min yeddi yüz altmış üç manat iyirmi dörd qəpik) AZN əsas borc, 1324.41 ( bir min üç yüz iyirmi dörd manat qırx bir qəpik) AZN faiz borcu, 0 manat cərimə, 135.26 (bir yüz otuz beş manat iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar