Məhkəmə qərarları › İş №e-2(005)-3959/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3959/2025

02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3959/2025 02.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1,Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbininə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 9983.75 (doqquz min doqquz yüz səksən üç manat, 75 qəpik) manat olmaqla bundan 9977.98 (doqquz min doqquz yüz yetmiş yeddi manat, 98 qəpik) manat əsas, 3.82 (üç manat, 82 qəpik) manat faiz, 1.95 (bir manat, 95 qəpik) cərimə və iş üzrə ödənilmiş 119.84 (bir yüz on doqquz manat, 84 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X3 ərizə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ərizə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada digər Cavabdeh2 prosesdə iştirak etməmişdir. Eyni zamanda Cavabdeh2 da məhkəməyə ərizə ilə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, tərəflər məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi X4 şəxsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 arasında 14 oktyabr 2025-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Bir tərəfdən ləğv prosesində olan İddiaçı ASC, ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi X4 şəxsində (bundan sonra “İddiaçı” adlanacaq), digər tərəfdən Cavabdeh1 (ş/v: AA № 2827880,) (bundan sonra “Cavabdeh-Borclu” adlanacaq) və Cavabdeh2 (ş/v: AZE № ********, verilib: ASAN 1) (bundan sonra “Cavabdeh- Zamin” adlanacaq), İddiaçı, Cavabdeh-Borclu və Cavabdeh-Zamin (birlikdə bundan sonra “Tərəflər” adlanacaqlar) aşağıdakı şərtlər əsasında qarşılıqlı razılıqla bu Sazişi imzaladılar. Maddə 1. Sazişin mövzusu Bu Sazişin mövzusunu 13 aprel 2021-ci il tarixli LM042100397 nömrəli Restrukturizasiya müqaviləsi (bundan sonra - “Kredit müqaviləsi” adlanacaq) üzrə cəmi 9983.75 (doqquz min doqquz yüz səksən üç manat, 75 qəpik) manat - bundan 9977.98 (doqquz min doqquz yüz yetmiş yeddi manat, 98 qəpik) manat əsas, 3.82 (üç manat, 82 qəpik) manat faiz, 1.95 (bir manat, 95 qəpik) manat cərimə və iş üzrə ödənilmiş 119.84 (bir yüz on doqquz manat, 84 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə, tutulmasına dair Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki mübahisənin barışıq yolu ilə həll edilməsi təşkil edir. Maddə 2. Barışığın şərtləri 2.1. Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclunun Kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə X2 9.877,98 (doqquz min səkkiz yüz yetmiş yeddi manat, 98 qəpik) manat əsas, 36,87 (otuz altı manat, 87 qəpik) manat faiz və 20,71 (iyirmi manat, 71 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 9.935,56 (doqquz min doqquz yüz otuz beş manat, 56 qəpik) manat borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər təsdiq edirlər ki, Kredit müqaviləsi üzrə əsas borca illik 1 (bir) faiz hesablanmaqla qalıq borcun, 36,87 (otuz altı manat, 87 qəpik) manat faiz və 20,71 (iyirmi manat, 71 qəpik) manat cərimə borcunun və həmçinin iddiaçı tərəfindən ödənilmiş 119.84 (bir yüz on doqquz manat, 84 qəpik) manat məbləğində dövlət rüsumunun 2025-ci ilin oktyabr ayından başlayaraq 36 (otuz altı) ay müddətinə bərabər hissələrə bölünməklə tam ödənilməsi öhdəliyini Cavabdeh-Borclu öz üzərinə götürür. 2.3. Cavabdeh-Zamin 13 aprel 2021-ci il tarixli LM042100397 saylı zaminlik müqaviləsi ilə Kredit müqaviləsi üzrə borc öhdəliklərinə zamin durmuşdur. Bu Sazişin 2.2ci bəndinin Cavabdeh-Borclu tərəfindən vaxtında və tam həcmdə icra edilməsi üçün məsuliyyət daşıdığını Cavadeh-Zamin təsdiq edir. 2.4. İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən qalıq borc məbləğinin Cavabdeh-Borclu tərəfindən ödənilməsinə 36 (otuz altı) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.5. Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclu bu Sazişin 2.2-ci bəndindəki öhdəliyi ardıcıl olaraq 2 (iki) ay ərzində və ya hər hansı ardıcıllıqla 3 dəfə vaxtında və lazımi qaydada icra etmədikdə bu Sazişin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək qalıq borc məbləği tam şəkildə Cavabdeh- Borcludan və Cavabdeh-Zamindən tutulacaqdır. 2.6. Barışıq Sazişi üzrə ödəniş şərtləri Cavabdeh-Borclu və Cavabdeh-Zamin tərəfindən pozulduğu halda bu Sazişin 2.2-ci bəndində göstərilən borcların tam şəkildə Cavabdeh-Borclu və Cavabdeh- Zamindən tutularaq İddiaçıya ödənilməsini Tərəflər təsdiq edirlər. İddiaçı Cavabdeh-Borclu və Cavabdeh-Zaminə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldjJməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət edəcəkdir. Maddə 3. Digər şərtlər 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.1, 2.2, 2.3, 2.4, 2.5, 2.6-cı bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması kimi başa düşülür. 3.3. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.7.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5. yaxın qohumlara; 3.7.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə. 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1. və 3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır.

4. Yekun müddəalar 4.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir.

Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar