Məhkəmə qərarları › İş №e-2(005)-397/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-397/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-397/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair ərizəsi üzrə işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2864 (iki min səkkiz yüz altmş dörd) manat borcun və 48 (qırx səkkiz) manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarxli, 626 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmşdır. Müqavilənin təminatı kimi, “Kia Forte” markalı, **-OU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi günlük 55 (əlli beş) manat olmaqla ümumilikdə 2035 (iki min otuz beş) manat ödəmək şərtiylə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icarəyə verilmişdir. Lakin, Cavabdeh Aydın oğlu tərəfindən icarə müqaviləsinə əsasən irəli gələn öhdəliklər pozulmuş, cavabdeh tərəfindən ödənilməli olan 2035 (iki min otuz beş) manat pul məbləği ödənilməmiş saxlanılmşdır. Cavabdeh müqavilə müddəti bitdiyi zaman nəqliyyat vasitəsini geri təhvil verməkdən imtina etmiş, bu səbəblə xx.xx.2022 -ci il tarixində MMC-nin əməkdaşları tərəfindən nəqliyyat vasitəsi Xətai rayonunun Həzi Aslanov qəsəbəsi ərazisində təhvil götürülmüş və bu zaman nəqliyyat vasitəsində bir sıra qüsurar aşkar edilmişdir. Nəqliyyat vasitəsi işə salınan zaman mühərrikin səsində adətən baş verməyən səslər aşkar edilmiş, və nəqliyyat vasitəsi dərhal usta yanına aparılmışdır. Cavabdeh tərəfindən nəqliyyat vasitəsinə 715 (yeddi yüz on beş) manat zərər dəyməsi müəyyən olunmuşdur. Əlavə olraq cavabdehlə aralarında bağanılan xx.xx.2022-ci il tarixli, 626 saylı müqavilənin 3.9-cu bəndinə əsasən qəza baş verdiyi gündən təmirdən çıxan günədək olan günlərin sayı nəqliyyat vasitəsinin 1 günlük icarə haqqının 70 faizi dəyərində hesablanaraq icarəçi tərəfindən icarəyə verənə ödənilməldir. Nəqliyyat vasitəsi 3 gün təmir mərkəzində olmuş və cavabdehin müqavilənin 3.9-cu bəndinə əsasən 114 (yüz on dörd) manat olmaqla ümumilikdə 2864 (iki min səkkiz yüz altmş dörd) manat borcu yaranmşdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət etsəkdə, cavadbeh hər dəfəsində borcun ödənilməsindən imtina etmşdir. Cavabdeh Azər Həsənov könüllü surətdə pulları geri qaytarmadığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin İddiaçı MMC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə təqdim edərək mülki işə qiyabi icraat qaydasında baxılaraq qətnamə əbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının nümayəndəsi etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-397/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Nəqliyyat Vasitəsinin dəyərləndirilməsi barədə hesabatdan müəyyən olunur ki, “Kia Forte” markalı, **-OU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 715 (yeddi yüz on beş) manat zərər dəyməsi müəyyən olunmuşdur. - İddiaçı MMC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya 2035 (iki min otuz beş) manat borcu qalmışdır. - İddiaçı MMC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “Kia Forte” markalı, **-OU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022 -ci il tarixində MMC-nin əməkdaşları tərəfindən Xətai rayonunun Həzi Aslanov qəsəbəsi ərazisində icarəçinin iştirakı olmadan təhvil götürülmüşdür. - İddiaçı MMC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən müqavilənin şərtlərinə əsasən gecikdirilən günlərə görə hesablanmış borcu ödəməsi tələb olunur. - Azərbaycan Respublikası DİN-nin QMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - 06.10.2023-cü il tarixli, ********* №-li mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında iddiaçının izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən “Kia Forte” markalı, **-OU-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi günlük 55 (əlli beş) manat olmaqla ümumilikdə 2035 (iki min otuz beş) manat ödəmək şərtiylə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icarəyə verilmişdir. Cavabdeh müqavilə müddəti bitdiyi zaman nəqliyyat vasitəsini geri təhvil verməkdən imtina etmişdir. Bu səbəbdən də iddiaçı borc məbləğinin ona geri qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-ci maddəsinə əsasən borc müqaviləsi şifahi və ya yazılı formada bağlanır. Məhkəmə iddiaçının tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında borca dair öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş borc məbləğini cavabdehə ödəmiş, cavabdeh isə həmin borc ödəmədiyindən iddiaçının qarşısında öhdəliyi yaranmışdır. Bu səbəbdəndə iddiaçı haqlı olaraq hazırki iddia tələbi məhkəmə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2864 (iki min səkkiz yüz altmş dörd) manat borc və 48 (qırx səkkiz) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2864 (iki min səkkiz yüz altmş dörd) manat borc və 48 (qırx səkkiz) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar