Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3973/2022 24.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh hər iki müqavilə üzrə 3734 manat qalıq borcu və 1441.32 manat cərimə borcu olmaqla, cəmi 5175.32 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 20.40 manat dövlət rüsumunun kreditorun xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, kreditor ilə borclu arasında bağlanmış xx.xx.2020ci il tarixli AHRK00107 saylı və xx.xx.2020-ci il tarixli AHRK00106 saylı nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, borcluya 1515 manat və 3371 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul borcluya təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə borclu tərəfindən əməledilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcluya dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4159/2021 saylı xx.xx.2021ci il tarixli məhkəmə əmrinə əsasən borclu Cavabdeh kreditor İddiaçı xeyrinə 3734 manat qalıq borcu və 1441.32 manat cərimə borcu olmaqla cəmi 5175.32 manat borc, o cümlədən ödənilmiş 20.40 manat dövlət rüsumu tutulmalıdır. Borclu Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4159/2021 saylı xx.xx.2021-ci il tarixli məhkəmə əmrinə etirazını təqdim edərək əmrin ləğv edilərək iddia icraatına keçilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4159/2021 saylı xx.xx.2021ci il tarixli qərardadı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4159/2021 saylı xx.xx.2021-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və e-2(005)-4159/2021 saylı mülki iş iddia icraatına keçilmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Eyni zamanda elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə verərək, cavabdeh tərəfindən heç bir ödəniş olunmadığını, iddia tələbini müdafiə etdiklərini bildirərək məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələbinini təmin edən qətnamə qəbul edilməsini xahiş etmişlər. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh iddia tələbini əsas borc hissəsində qəbul etdiyini, lakin cərimənin əsassız olaraq artıq olduğunu bildirərək həmin hissədə azaldılmasını xahiş etdi. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, AHRK00107 №-li nisyə alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, alıcı Cavabdeh İddiaçı MMC ilə bu müavilənin 2 saylı əlavəsində göstərilən malın nisyə alqı-satqı müqaviləsini bağlamışlar. xx.xx.2020-ci il tarixli, AHRK00107 №-li nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ilk ay 200 amat, son ay 105 manat, qalan aylar üçün isə 110 manat ödəniş etməlidir. xx.xx.2020-ci il tarixli, AHRK00107 №-li nisyə alqı-satqı müqaviləsinə 2 saylı əlavədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən dəyəri 1 ədəd 666 manat olan Samsung markalı paltaryuyan və 1 ədəd dəyəri 849 manat olan Vestel markalı soyuducunu təhvil almış və heç bir iradı olmamışdır. xx.xx.2020-ci il tarixli, AHRK00106 №-li nisyə alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, alıcı Cavabdeh İddiaçı MMC ilə bu müavilənin 2 saylı əlavəsində göstərilən malın nisyə alqı-satqı müqaviləsini bağlamışlar. xx.xx.2020-ci il tarixli, AHRK00106 №-li nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 140 manat, son ay isə 151 manat ödəniş etməlidir. xx.xx.2020-ci il tarixli, AHRK00106 №-li nisyə alqı-satqı müqaviləsinə 2 saylı əlavədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 1 ədəd dəyəri 1589 manat olan Sultan künc 1 yerli açılan Krem; 4 ədəd dəyəri 516 manat olan stul kabriol romb (venetsiya K) krem kadife 713; 1 ədəd dəyəri 249 manat olan masa karpat ağ 1100x700; 1 ədəd dəyəri 249 manat olan star trumo krem; 1 ədəd dəyəri 389 manat olan lima dolab krem; 1 ədəd dəyəri 379 manat olan amd 100 mb armindo yemek odası orta sehpa təhvil almış və heç bir iradı olmamışdır. xx.xx.2021-ci il tarixli bildirişdən müəyyən olunur ki, cavabdehin müqavilə üzrə öhdəliklərini 3 gün ərzində icra etməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. 03 avqust 2021-ci il tarixli maliyyə arayışlarından müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, AHRK00107 №-li nisyə alqı-satqı müqaviləsi üzrə 950 manat əsas borc və 1288.2 manat cərimə borcu olmaqla cəmi 2238 manat borcu; xx.xx.2020-ci il tarixli, AHRK00106 №-li nisyə alqı-satqı müqaviləsi üzrə 2784 manat əsas borc, 3516.19 manat cərimə borcu olmaqla cəmi 6300.19 manat borcu vardır. Göründüyü kimi, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu saziş ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Eyni zamanda cavabdeh məhkəmə iclasında iddia tələbini əsas borc hissəsində etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və xx.xx.2021-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışlarını əsas götürüb, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək, cərimə məbləğinin tənasübsüz surətdə çox olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəbbə pulu məbləği azaldılmalı, 373 manat məbləğində müəyyən edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən hesab edir ki, cavabdehin iddianı qismən etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı, iddia qismən təmin edilməli, Cavabdeh 3734 manat əsas borc və 373 manat cərimə borcu olmaqla cəmi 4107 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3734 manat əsas borc, 373 manat məbləğində cərimə olmaqla, cəmi 4107 (dörd min yüz yeddi) manat və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-3973/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3973/2022
24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver