Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Kreditor İddiaçı MMC-nin borclu Cavabdeh qarşı borcunun tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakcell” MMC ilə Cavabdeh arasında bağlanmış 23 oktyabr 2016-cı il tarixli telekommunikasiya xidmətləri müqaviləsininə əsasən yaranmış ödənilməmiş 1070.86 manat əsas borc, 48.80 manat dəbbə pulu, ümumilikdə 1119.66 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4747/2018 nömrəli, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə əsasən 1119,66 manat və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulması əmr edilmişdir. Borclu xx.xx.2022-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4747/2018 nömrəli, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsini və işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4747/2018 nömrəli, xx.xx.2022-ci il tarixli Qərardadı ilə borclu Cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4747/2018 nömrəli, xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə etirazı vaxtında verilmədiyindən geri qaytarılmışdır. Borclu Cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4747/2018 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5284/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qərardadı ilə borclu Cavabdeh verilmiş şikayət qismən təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4747/2018 nömrəli, xx.xx.2022-ci il tarixli Qərardadı ləğv edilmiş və borclunun əmrə etirazına yenidən baxılması üçün mülki iş materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərardadı ilə borclu Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1119,66 manat və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4747/2018 nömrəli, xx.xx.2018-ci il tarixli məhkəmə əmri ləğv edilərək İddiaçı MMC-nin borclu Cavabdeh qarşı kredit üzrə borcun tutulmasına dair mülki iş iddia icraatına keçirilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin əsassız olduğunu, müvafiq ekspert rəyində də bu faktın təsdiq olunmasına istinad edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə Bakı şəhəri, X3 küçəsi, ev 32 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış Telekommunikasiya xidmətləri müqaviləsinə əsasən sonuncuya 147 manat məbləğində Klass XXL Fakturalı hesab verilmişdir. xx.xx.2022-ci il tarixli, ********* saylı ödəniş qəbzinə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 12 (on iki) manat dövlət rüsumu ödəniş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1830 saylı rəyinə əsasən, ekspertizaya təqdim olunmuş, mülki işin 74-cü vərəqəsində olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il PC ******* nömrəli Telekommunikasiya xidmətləri müqaviləsinin üz tərəfində “Abunəçi” qrafasındakı imza, 75-ci vərəqəsində olan 23 oktyabr 2016-cı il tarixli Sim kartın bərpasına aid sənədin sonunda “Abunəçinin” qrafasındakı imza, 77-79-cu vərəqlərində olan 23 oktyabr 2016-cı il tarixli ********** nömrəli Telekommunikasiya xidmətləri müqaviləsinə nömrə üçün müvafiq tarif plan paketli mobil telefon cihazının güzəştli şərtlər ilə hissə-hissə ödənişinə dair əlavənin 1-ci vərəqində “Abunəçinin imzası” qrafasındakı imza və 3-cü vərəqin sonunda “Abunəçi Cavabdeh Böyükağa oğlu” qrafalarındakı imzalar- Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İddiaçı cavabdehlə müqavilə bağlandığını iddia etsə də, ekspert rəyi ilə bu hal təkzib olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, MPM-in 81-ci maddəsinə müvafiq olaraq qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonneganti,incumbitprobation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn tələblərin tətbiqi baxımından görünür ki, iddiaçı cavabdehin müqavilə öhdəliyinə görə borcu qaldığını kifayətedici aydınlıqla sübut edə bilməmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi rədd olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-4/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver