Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-403/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (açar sözlər: kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsi; zamin) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 17358.05 manat əsas, 706.59 manat faiz borcu olmaqla, cəmi 18064.64 məbləğində kredit borcunun, ödənilmiş 144.2 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış BPM**********05 nömrəli, xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən borcalana 48 ay müddətinə illik 19 faiz ödəmək şərtilə 19700 manat məbləğində kredit verilmişdir. Həmçinin, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış BPM**********05 nömrəli, xx.xx.2023-cü il tarixli Zaminlik müqaviləsinə əsasən, zamin BPM**********05 nömrəli, xx.xx.2023-cü il tarixli Kredit müqaviləsi ilə borcalanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borclular kredit müqaviləsi üzrə vəsaitdən istifadə etmiş, lakin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişlər. Cavabdehlərə BPM**********05 nömrəli, xx.xx.2023-cü il tarixli kredit və zaminlik müqavilələri üzrə borcun qaytarılması haqqında xx.xx.2024-cü il tarixli bildirişlər göndərilərək xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Beləliklə, cavabdehlərə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdehlər tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən xx.xx.2024-cü il tarixli maliyyə arayışından da göründüyü kimi, cavabdehlərin müqavilə üzrə banka borcu – 17358.05 manat əsas, 706.59 manat faiz borcu olmaqla, cəmi 18064.64 manat təşkil edir. Bundan başqa, hazırkı mübahisə üzrə iddia qiyməti 18064.64 manat olduğundan, 144.2 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. İddiaçı "xxxx" ASC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr təqdim edərək son olaraq xx.xx.2025-ci il tarixdə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 17059.21 AZN, faiz borcu üzrə 222.66 AZN, olmaqla, cəmi 17281.87 AZN borc məbləğinin, o cümlədən 144.77 AZN dövlət rüsumu və 0.80 AZN bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, bir il əvvəl şifahi razılığa əsasən Cavabdeh1 zamin durmuşdur. O bankdan 4600 manat pul götürmüşdür. Cavabdeh1 söz vermişdir ki, altı ay müddətində həmin borcu bağlayacaq, özü də zaminlikdən çıxacaq. Həmin müddət ərzində ödənişlər vaxtı-vaxtında ödənildiyi üçün ona heç bir məlumat daxil olmamışdır. Lakin yanvar fevral ayında məlum olmuşdur ki, maaş kartının məbləği mənfiyə düşür. Bundan sonra onunla əlaqə saxlamış, Cavabdeh1 bildirmişdir ki, borcu ödəyib, qaydasına qoyacaqdır. Lakin fevral ayından bugünədək ödəniş edilməmişdir. Hətta Cavabdeh1 bildirmişdir ki, onun kartından çıxan məbləği də ödəyəcəkdir. Amma o vaxtdan onun telefonuna zəng çatmır. Banka müraciət etmiş, özünün də banka öhdəliyi olduğunu, ailəli olduğunu və himayəsində bir övladı olduğunu bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış BPM**********05 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borcalana 48 ay müddətinə illik 19 faiz ödəmək şərtilə 19700 manat məbləğində kredit verilmişdir. - Kreditin təminatı kimi "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış BPM**********05 nömrəli, xx.xx.2023-cü il tarixli Zaminlik müqaviləsinə əsasən, zamin BPM**********05 nömrəli, xx.xx.2023-cü il tarixli Kredit müqaviləsi ilə öhdəliklərin lazımınca icra edilməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü il tarixə olan maliyyə arayışından görünür ki, xx-xx-2024 tarixədək: İstifadə olunub: 19700 (on doqquz min yeddi yüz manat 0 qəpik) Ödənilmiş əsas borc: 2341.95 (iki min üç yüz qırx bir manat 95 qəpik) Ödənilmiş faizlər: 3698.8 (üç min aitı yüz doxsan səkkiz manat 80 qəpik) Ödənilmiş cərimə faizi: 0 (manat 0 qəpik) Ödənilməmiş əsas borc: 17358.05 (on yeddi min üç yüz əlli səkkiz manat 5 qəpik) Cəmi ödənilməmiş faizlər: 706.59 (yeddi yüz altı manat 59 qəpik) Ödənilməmiş cərimə faizi: 0 (manat 0 qəpik) Bank tərəfindən ödənilmiş dövlət rüsumu: 144.2 (bir yüz qırx dörd manat 20 qəpik) Bank tərəfindən ödənilmiş komissiya haqqı: 0.4 (manat 40 qəpik) Borc üzrə cəmi tələb edilən məbləğ: 18064.64 (on səkkiz min altmış dörd manat 64 qəpik) Rüsum üzrə cəmi tələb edilən məbləğ: 144.6 (bir yüz qırx dörd manat 60 qəpik) təşkil edir. - xx.xx.2025-ci il tarixə olan maliyyə arayışından görünür ki, borc üzrə cəmi tələb edilən məbləğ 17281.87 manat təşkil edir. - "xxxx" ASC Bank tərəfindən Cavabdeh2 və Cavabdeh1 göndərilmiş 25 iyul 2024cü il tarixli bildirişdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliyini 5 (beş) gün müddətində tam şəkildə yerinə yetirilməsi xahiş edilmiş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər – iddiaçı və Cavabdeh1 arasında sonuncuya 48 ay müddətinə illik 19 faiz ödəmək şərtilə 19700 manat məbləğində kredit verilməsinə dair BPM**********05 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi imzalanmışdır. Həmçinin kreditin təminatı kimi "xxxx" ASC digər Cavabdeh2 ilə BPM**********05 nömrəli, xx.xx.2023-cü il tarixli Zaminlik müqaviləsi bağlamışdır. Müqavilə üzrə iddiaçı öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh kredit məbləği ilə təmin edilmişdir. Lakin iddiaçı kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdehlər aylıq ödənişləri etməyərək müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. İddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehlərə bildiriş məktubu ünvanlanmışdır. Bununla belə, borc ödənilməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müqavilə üzrə ödəniş edildiyindən iddiaçı tərəfindən iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq kredit müqaviləsinə əsasən 17059.21 manat əsas borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə nəzərdə tutulmuş illik 19 % faiz dərəcəsinə görə hesablanan faiz borcunun tutulması hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Tərəflər arasında bağlanmış BPM**********05 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, kreditin illik faiz dərəcəsi 19% müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan hallara əsasən cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş kreditə dair hesablanmış faiz müqavilə üzrə öhdəliklərdir. Hazırda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 müqavilə üzrə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Belə olan halda Cavabdeh1 əsas məbləğ üzrə qalıq borcu ilə bərabər, ona əlavə olaraq hesablanmış faiz borcunu da ödəməlidir. Odur ki, hazırda iddia tələbi üzrə 222,66 manat faiz borcu hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi qanunverici öhdəliklərin təminatı olaraq zaminlik münasibətini müəyyən etmişdir. Hazırda iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə digər Cavabdeh2 arasında BPM**********05 nömrəli, xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, kredit müqaviləsi ilə öhdəliklərin lazımınca icra edilməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə müəyyən edilmiş öhdəliklər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada yönəlməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia təmin edildiyindən və cavabdehlərin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 144,77 manat dövlət rüsumu və 0,80 (səksən qəpik) manat bank xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17059,21 (on yeddi min əlli doqquz manat iyirmi bir qəpik) əsas, 222,66 (iki yüz iyirmi iki manat altmış altı qəpik) manat faiz olmaqla, cəmi 17281,87 (on yeddi min iki yüz səksən bir manat səksən yeddi qəpik) manat pul vəsaiti və 144,77 (yüz qırx dörd manat yetmiş yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu və 0,80 (səksən qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 124, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17059,21 (on yeddi min əlli doqquz manat iyirmi bir qəpik) əsas, 222,66 (iki yüz iyirmi iki manat altmış altı qəpik) manat faiz olmaqla, cəmi 17281,87 (on yeddi min iki yüz səksən bir manat səksən yeddi qəpik) manat pul vəsaiti və 144,77 (yüz qırx dörd manat yetmiş yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu və 0,80 (səksən qəpik) manat ödənilmiş bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-403/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-403/2025
30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver