Məhkəmə qərarları › İş №e-2(005)-405/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-405/2022

09.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-405/2022 09.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 2156.2 (iki min yüz əlli altı manat iyirmi qəpik) manat, təbii qazdan istifadəyə görə 47.6 (qırx yeddi manat altmış qəpik) manat, 43.75 (qırx üç manat yetmiş beş qəpik) manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərci olmaqla, cəmi 2312.55 (iki min üç yüz on iki manat əlli beş qəpik) manat məbləğində pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30.03.2020-ci il tarixli 10262 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********01030 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 12524193 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 685.8 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, 29.06.2019-cu il tarixli ******* saylı 32.4 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32.4 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 100.8 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, 30.01.2020-ci il tarixli ******* akt əsasında 252 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295.2 manat, 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295.2 manat İddiaçı İB-nə zərər dəymişdir. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Belə ki, 2020-ci ilin aprel ayından 2020-ci ilin oktyabr ayı da daxil olmaqla, cavabdehin təbii qazdan istifadə nəticəsində yaranmış borcu 47.6 manat təşkil edir. Cavabdeh tərəfindən ümumilikdə 2020-ci ilin may ayında 20 manat ödəniş edilmişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2156.2 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini ödəməməsi nətəsində yaranmış borcu ilə birlikdə iddiaçıya cəmi 2203.8 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh tərəfindən qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi və bununla da iddiaçıya ziyan vurulması faktı, eləcə də onun istifadə etdiyi təbii qaza görə yaranmış borcunu ödəməməsi həm tərtib edilmiş aktla, həm də iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri 43,75 manat ödənilmiş dövlət rüsumundan və 65 manat vəkil xərcindən ibarətdir. İddiaçı tərəf məhkəmə iclasında məhkəmədə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Ötən məhkəmə iclasında iştirak etmiş Cavabdeh verdiyi izahatında bildirmişdir ki, qeyd olunan mənzili başqa şəxsdən almış, mənzilin hər hansı bir kommunal borclarının olduğundan xəbərsiz olmuşdur. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Qaz paylayıcısı İddiaçı İB ilə istehlakçı Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 30.03.2020-ci il tarixli 10-262 saylı müqavilənin surətinə əsasən qaz paylayıcısı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürür. Bu müqavilənin 2.3.4-cü bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməyi öhdəsinə götürür. Bu müqavilənin 3.3-cü bəndinə əsasən Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir. "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə edilmiş ARDNŞ-nin Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir; İş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, verilən qaz xətti üzrə **********01030 abonent kodu Cavabdeh adına qeydiyyata alınmışdır və ailə tərkibi 4 nəfərdən ibarətdir. Həmin ünvanda “PQ-4” tipli qaz plitəsi 30.03.2020-ci il tarixdə quraşdırılmışdır. Sayğacın son göstəricisi 09.2020-ci il tarixə qeydə alınmış, sayğac üzrə son ödəniş (20 AZN) 05.2020-ci il tarixdə olmuşdur; 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında istehlakçı Cavabdeh mənzilində kombi (PQ-4) (1), QSSQ (1), Dəmir soba (1) ədəd aşkar olunmuş, cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi göstərilmişdir. 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında istehlakçı Cavabdeh mənzilində kombi (PQ-4) (1), QSQ (1), Radiator (1) ədəd aşkar olunmuş, cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi göstərilmişdir. 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında istehlakçı Cavabdeh mənzilində kombi (QP-4) (1), SSQ (1) aşkar olunmuş, cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi göstərilmişdir. 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında istehlakçı Cavabdeh mənzilində kombi (PQ-4) (1), QSSQ (1) ədəd aşkar olunmuş, cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi göstərilmişdir. 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında istehlakçı Cavabdeh mənzilində kombi (PQ-4) (1), SSQ (1) ədəd aşkar olunmuş, cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi göstərilmişdir. 30.08.2019-cu il tarixli, ******* saylı akt əsasında istehlakçı Cavabdeh mənzilində kombi (PQ-4) (1), SSQ (1) ədəd aşkar olunmuş, cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi göstərilmişdir. 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında istehlakçı Cavabdeh mənzilində kombi (PQ-4) (1), SSQ (1) ədəd aşkar olunmuş, cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi göstərilmişdir. 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında istehlakçı Cavabdeh mənzilində kombi (PQ-4) (1), QSQ (1), Radiator (1) ədəd aşkar olunmuş, cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi göstərilmişdir. 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında istehlakçı Cavabdeh mənzilində kombi (PQ-4) (1), QSQ (1), Radiator (1) ədəd aşkar olunmuş, cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi göstərilmişdir. 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında istehlakçı Cavabdeh mənzilində kombi (PQ-4) (1), QSQ (1), Radiator (1) ədəd aşkar olunmuş, cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi göstərilmişdir. 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında istehlakçı Cavabdeh mənzilində kombi (PQ-4) (1), QSQ (1), Radiator (1) ədəd aşkar olunmuş, cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi göstərilmişdir. 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında istehlakçı Cavabdeh mənzilində kombi (PQ-4) (1), QSSQ (1), Dəmir soba (1) ədəd aşkar olunmuş, cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi göstərilmişdir. 30.03.2020-ci il tarixli, ******* saylı akt əsasında istehlakçı Cavabdeh mənzilində kombi (PQ-4) (1), QSSQ (1), Dəmir soba (1) ədəd aşkar olunmuş, cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi göstərilmişdir. 29 mart 2019-cu il tarixli dəymiş ziyanın bərpası barədə tələbnaməyə əsasən dəymiş ziyanın həcmi ******* saylı aktla müəyyən edilərək, cəmi 6858 m3 qaz sərfiyyatının olması müəyyən edilmişdir. 30 aprel 2019-cu il tarixli dəymiş ziyanın bərpası barədə tələbnaməyə əsasən dəymiş ziyanın həcmi ******* saylı aktla müəyyən edilərək, cəmi 1008 m3 qaz sərfiyyatının olması müəyyən edilmişdir. 30 may 2019-cu il tarixli dəymiş ziyanın bərpası barədə tələbnaməyə əsasən dəymiş ziyanın həcmi ******* saylı aktla müəyyən edilərək, cəmi 324 m3 qaz sərfiyyatının olması müəyyən edilmişdir. 28 iyun 2019-cu il tarixli dəymiş ziyanın bərpası barədə tələbnaməyə əsasən dəymiş ziyanın həcmi ******* saylı aktla müəyyən edilərək, cəmi 324 m3 qaz sərfiyyatının olması müəyyən edilmişdir. 31 iyul 2019-cu il tarixli dəymiş ziyanın bərpası barədə tələbnaməyə əsasən dəymiş ziyanın həcmi ******* saylı aktla müəyyən edilərək, cəmi 324 m3 qaz sərfiyyatının olması müəyyən edilmişdir. 30 avqust 2019-cu il tarixli dəymiş ziyanın bərpası barədə tələbnaməyə əsasən dəymiş ziyanın həcmi ******* saylı aktla müəyyən edilərək, cəmi 324 m3 qaz sərfiyyatının olması müəyyən edilmişdir. 30 sentyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpası barədə tələbnaməyə əsasən dəymiş ziyanın həcmi ******* saylı aktla müəyyən edilərək, cəmi 324 m3 qaz sərfiyyatının olması müəyyən edilmişdir. 30 oktyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpası barədə tələbnaməyə əsasən dəymiş ziyanın həcmi ******* saylı aktla müəyyən edilərək, cəmi 324 m3 qaz sərfiyyatının olması müəyyən edilmişdir. 29 noyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpası barədə tələbnaməyə əsasən dəymiş ziyanın həcmi ******* saylı aktla müəyyən edilərək, cəmi 1008 m3 qaz sərfiyyatının olması müəyyən edilmişdir. 30 dekabr 2019-cu il tarixli dəymiş ziyanın bərpası barədə tələbnaməyə əsasən dəymiş ziyanın həcmi ******* saylı aktla müəyyən edilərək, cəmi 2520 m3 qaz sərfiyyatının olması müəyyən edilmişdir. 31.01.2020-ci il tarixli dəymiş ziyanın bərpası barədə tələbnaməyə əsasən dəymiş ziyanın həcmi ******* saylı aktla müəyyən edilərək, cəmi 2520 m3 qaz sərfiyyatının olması müəyyən edilmişdir. 28 fevral 2020-ci il tarixli dəymiş ziyanın bərpası barədə tələbnaməyə əsasən dəymiş ziyanın həcmi ******* saylı aktla müəyyən edilərək, cəmi 2952 m3 qaz sərfiyyatının olması müəyyən edilmişdir. 30 mart 2020-ci il tarixli dəymiş ziyanın bərpası barədə tələbnaməyə əsasən dəymiş ziyanın həcmi ******* saylı aktla müəyyən edilərək, cəmi 2952 m3 qaz sərfiyyatının olması müəyyən edilmişdir. 19 oktyabr 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 43,35 manat məbləğində dövlət rüsumu ödəmişdir. 28 oktyabr 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı hüquqi xidmət üçün 65 manat məbləğində vəsait ödəmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.5-ci bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı bəndinə əsasən Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Qaz paylayıcısı İddiaçı İB ilə istehlakçı arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsi ilə Qaz paylayıcısı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilənin 2.3.4-cü bəndi ilə İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini İstehlakçı tərəfindən ödənilməsi və həmin müqavilənin 3.3-cü bəndi ilə İstehlakçı tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə edilmiş ARDNŞnin Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimləməsi şərtləndirilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri Nərimanov rayonu Ə.Qayıbov, ev 24, 103 saylı mənzildə "Qazdan istifadə Qaydaları"nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və bu barədə müvafiq aktlar tərtib edilmişdir. İddiaçı istehlakçı sayğacdan kənar qazdan istifadə edilməsi nəticəsində İddiaçı İB-nə 2312,55 manat məbləğində ziyan dəydiyini iddia edir, digər tərəfdən cavabdehdən 65 manat xidmət haqqı olaraq əlavə borcunu tələb edir. Cavabdeh tərəf isə iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə aparılmış araşdırmanın nəticələrini əsas götürüb, bu sahəni tənzimləyən müddəaları rəhbər tutub, hesab edir ki, cavabdehin təqsirli, hüquqazidd əməli (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərini pozmaqla) nəticəsində İddiaçı İB-nə birbaşa zərər vurulması tam sübuta yetirilir. Belə ki, İddiaçı İB-nin əmkdaşları tərəfindən istehlakçının yaşadığı ünvanda dəfələrlə "Qazdan istifadə Qaydaları"nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsi halı aşkar olunmuş və bu barədə müvafiq aktlar tərtib edilmişdir. Məhkəmə cavabdehin təqsirli, hüquqazidd əməli nəticəsində İddiaçı İB-nə vurulmuş maddi zərərin məbləği ilə bağlı qeyd edir ki, iddiaçı dəymiş ziyanın bərpasına dair tələbnamələrə əsaslanaraq 2156,2 manat vurulmuş ziyanın əvəzi olaraq cavabdehdən məbləğində pul tələb edir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə cavabdehi tərəfindən təbii qazdan qeyri-qanuni (sayğacdan kənar) istifadə edilməsi nəticəsində dəymiş zərərin məbləği müəyyən edilərkən, iddiaçı tərəfindən təqdim edilən dəymiş ziyanın bərpasına dair tələbnamələr mötəbər sübut kimi qiymətləndirilməli, vurulmuş maddi ziyanın məbləği kimi müəyyən edilmiş 2156,2 manat məbləğində pul vəsaiti cavabdehdən İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda iddianın “təbii qazdan istifadəyə görə 47.6 (qırx yeddi manat altmış qəpik) manat tutulması”na dair hissəsində hesab edir ki, cavabdeh tərəfindən 20.0 manat 05.2020-ci il tarixdə ödənilmişdir. Ona görə də, iddia tələbi bu hissədə qismən təmin edilməli, 27.6 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda, iddianın hüquqi xidmətlərə görə 65 manat, ödənilmiş dövlət rüsumuna görə 43,75 manat olmaqla, cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissələrdə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, hüquqi yardıma görə xərclər, işin halları nəzərə alınmaqla, cavabdehdən ağlabatan məbləğdə, yəni 65 manat məbləğində tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 2156.2 (iki min yüz əlli altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti, təbii qazdan istifadəyə görə 27.6 (iyirmi yeddi manat altmış qəpik) manat, 43.75 (qırx üç manat yetmiş beş qəpik) manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərci olmaqla, cəmi 2292,55 manat İddiaçı İB-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 2156.2 (iki min yüz əlli altı manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti, təbii qazdan istifadəyə görə 27.6 (iyirmi yeddi manat altmış qəpik) manat, 65 manat hüquqi yardım xərci və 43,75 (qırx üç manat yetmiş beş qəpik) manat olmaqla, cəmi 2292,55 (iki min iki yüz doxsan iki manat əlli beş qəpik) manat İddiaçı İB-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar