Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4055/2022 04.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin X2 qarşı “reqres qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh X2 qarşı “reqres qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8352,40 (8322 + 30.40) manat vurulmuş ziyanın, 300,00 manat hüquqi yardım xidmət haqqı, 242.73 manat gecikdirilmiş vaxt üçün faiz, cəmi 8895,13 manat və ödənilmiş 108,65 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh (bundan sonra "cavabdeh" adlandırılacaq) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində (bundan sonra "iddiaçı" adlandırılacaq) xx.xx.2018-ci il tarixdən ekspeditor-sürücü vəzifəsində işləyib. Cavabdeh işlədiyi müddət ərzində, xx.xx.2019-cu il tarixində işin ''Qaraqaşlı-Broyler'' ASC tərəfindən ona təhkim edilmiş "X3" markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Əmircan qəsəbəsində, M.Mustafayev küçəsi ilə hərəkət edərkən "Volkswagen Polo" markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. "xxxx" Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-yə məxsus və "xxxx" Sığorta Şirkətində sığortalanmış '‘Volkswagen Polo" markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 8500 (səkkiz min beş yüz) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, cəmi 8530.40 (səkkiz min beş yüz otuz manat, qırx qəpik) cavabdehlər Cavabdeh və "xxxx" ASC-dən tutularaq "xxxx" Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2020-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək; "İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və "xxxx" ASC-dən müştərək qaydada yol nəqliyyat hadisəsi zamanı iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-də sığortalanmış avtomobilə vurulan ziyanın əvəzində 8322 (səkkiz min üç yüz iyirmi İki) manat sığorta ödənişi və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumu iddiaçı "xxxx" Sığorta Şirkəti ASCnin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin, iddia qalan hissədə rədd edilsin." barədə qətnamə çıxarıb. Qətnamə qanuni qüvvəyə mindikdən sonra 21 iyun 2021-ci il tarixli icra sənədi verilərək icraya yönəlib. "xxxx" ASCicra sənədinə uyğun olaraq 8322 (səkkiz min üç yüz iyirmi iki) manatı tam şəkildə ödəmişdir, (ödəniş tapşırığı: xx.xx.2021-ci il tarixli, 2161 AZN, xx.xx.2021-ci il tarixli, 2000 AZN, xx.xx.2022-ci il tarixli - 4161 AZN; 07.06,2022-n' il tarixli - 30.40 AZN.) ödəmişdir. Cavabdeh yazılı ərizə yazaraq iddiaçıya ziyan vurduğunu qəbul etmiş və 8322 (səkkiz min üç yüz iyirmi iki) manatın ödənilməsi üçün möhlət verilməsini xahiş etmişdir. İddiaçı yazılı qaydada cavabdehə müraciət edərək vurulmuş ziyanın ödənilməsini tələb etsə də bu vaxtadək hər hansı ödəniş həyata keçirilməmişdir. Cavabdehlə əmək müqaviləsi bağlanaraq sürücü vəzifəsinə işə qəbul edilib və onun əsas əmək funksiyası İddiaçıya məxsus nəqliyyat vasitəsini təhlükəsiz, istehsalat xüsusiyyətlərinə və yol hərəkəti qanunvericiliyinin tələbinə uyğun idarə etmək olmuşdur. Cavabdehlə əmək müqaviləsi bağlanan zamanı həmçinin xx.xx.2018-ci il tarixli “Tam maddi məsuliyyət haqqında müqavilə” bağlanıb. İddia ərizəsinə əlavə edilmiş qanuni qüvvəyə minmiş Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2020-cı il tarixli qətnaməsindən və iddiaçının ödəniş sənədlərindən (ödəniş tapşırığı: xx.xx.2021-ci il tarixli, 2161 AZN, xx.xx.2021-ci il tarixli, 2000 AZN, xx.xx.2022-ci il tarixli - 4161 AZN; xx.xx.2022- ci il tarixli - 30.40 AZN.) ) tam sübuta yetrilir ki, cavabdehin vurduğu ziyan 8322 (səkkiz min üç yüz iyirmi iki) manat sığorta ödənişi və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumu iddiaçı tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilib. Bundan əlavə iddiaçı dəymiş ziyanın məhkəmə qaydasında ödənilməsi üçün birinci instansiya məhkəməsində hüquqi yardım üçün vəkilə 300 AZN xidmət haqqı ödəmişdir. Bununla bağlı ödəniş tapşırığı məhkəməyə təqdim edilir. Eyni zamanda hesab edirlər ki, 8322 (səkkiz min üç yüz iyirmi iki) manat vaxtında ödənilmədiyi üçün qanunvericiliyə əsasən, gecikdirilmiş 01,10.2022-ci il tarixədək cavabdehdən 242.73 AZN pul tutularaq iddiaçıya ödənilməlidir. Əvvəlcə 2021-ci ilin dekabr ayında (21.12.22 və xx.xx.2021) 4161 AZN ödənilmişdir və iddia ərizəsi məhkəməyə təqdim edildiyi vaxt ən azı 10 ay keçmişdir. (4161 X 5% illik=208 AZN. 208 AZN : 12 ay=17,34 aylıq %. 17,34 X 10 ay - 173,37 AZN) İkinci dəfə 2022-ci ilin iyun ayında (xx.xx.2022) 4161 AZN ödənilmişdir və iddia ərizəsi məhkəməyə təqdim edildiyi vaxt ən azı 04 ay keçmişdir. (4161 X5%illik=208 AZN. 208 AZN : 12 ay=17,34 aylıq %, 17,34 X 4 ay = 69,36 AZN) Qeyd edilən maddi hüquq normalarının tələbinə əsasən cavabdeh vurduğu ziyana görə 8322 (səkkiz min üç yüz iyirmi iki) AZN-i, 300 yüz manat hüquqi yardım xidmətinə görə ödədiyi məbləği, gecikdirilmiş vaxt üçün hesablanmış faiz kimi 242.73 və ödənilmiş dövlət rüsumu olan 108,65 AZN-i ödəməlidir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2(005)-1783/2020 saylı qətnaməsi ilə iddia qismən edilərək, cavabdehlər Cavabdeh və "xxxx" ASC-dən müştərək qaydada yol nəqliyyat hadisəsi zamanı iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-də sığortalanmış avtomobilə vurulan ziyanın əvəzində 8322 (səkkiz min üç yüz iyirmi iki) manat sığorta ödənişi və iş üzrə ödənilmiş 30, 40 manat dövlət rüsumu iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsindən görünür ki, işçi Cavabdeh sürücü kimi xx.xx.2018-ci il tarixindən müddətsiz, vaxtamuzd əmək müqaviləsi bağlamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Cavabdeh ünvanlanmış məktubun surətindən görünür ki, 8322 manat sığorta ödənişinin və 30,40 manat dövlət rüsumunun ödənilməsi xahiş olumuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən "xxxx" ASC-yə ünvanlanmış ərizədən görünür ki, şirkətə vurulmuş ziyanın hissə-hissə ödənilməsi üçün ona şərait yaradılmasını xahiş edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli OD12 saylı Ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-nin hesabına 30,40 manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli OD11 saylı Ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-nin hesabına 4161 manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli OD6 saylı Ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-nin hesabına 2161 manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-nin hesabına 2000 manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İT0000023 saylı Ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Vəkil hesabına 300 manat məbləğində pul vəsaiti vəkil xidmətinin göstərilməsi üçün ödənilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsi əsasında Cavabdeh sürücü kimi xx.xx.2018-ci il tarixindən işə qəbul olunmuşdur. Cavabdeh xx.xx.2019-cu il tarixdə “X3” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərəkən yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində digər şəxslərə maddi ziyan vurmuşdur. Bundan sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2(005)-1783/2020 saylı qətnaməsi ilə iddia qismən edilərək, cavabdehlər Cavabdeh və "xxxx" ASC-dən müştərək qaydada yol nəqliyyat hadisəsi zamanı iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-də sığortalanmış avtomobilə vurulan ziyanın əvəzində 8322 (səkkiz min üç yüz iyirmi iki) manat sığorta ödənişi və iş üzrə ödənilmiş 30, 40 manat dövlət rüsumu iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, cavabdehlər arasında əmək münasibətləri yaranmış, onların arasındakı münasibətlər Mülki Məcəllənin “Mülki hüquq pozuntuları” fəslində nəzərdə tutulan qaydalara tətbiqən işçi-işəgötürən münasibətləri kimi qiymətləndirilən münasibətlər olmuş, yol-nəqliyyat hadisəsi də Cavabdeh əmək funksiyasını icra etdiyi vaxtda baş vermişdir....“X3” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" ASCyə məxsus olmasını, hadisə törədən ASC-nin sürücüsü, yəni bu cəmiyyətin işçisi olmasını və qeyd edilən nəqliyyat vasitəsini "xxxx" ASC tərəfindən verilən və hadisə törədilən zaman Cavabdeh etibarlı olan etibarnamə əsasında idarə etməsini nəzərə alıb, hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1-ci maddəsinin tələbləri baxımından öz işçisinin törətdiyi bu mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və bu səbəbdən Cavabdeh "xxxx" Sığorta Şirkətində sığortalanmış “Volkswagen Polo” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 8322 manat sığorta ödənişi tutulmalıdır. Habelə xx.xx.2022-ci il tarixli OD12 saylı Ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-nin hesabına 30,40 manat pul ödənilmişdir. xx.xx.2022-ci il tarixli OD11 saylı Ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-nin hesabına 4161 manat pul ödənilmişdir. xx.xx.2021-ci il tarixli OD6 saylı Ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-nin hesabına 2161 manat pul ödənilmişdir. xx.xx.2021-ci il tarixli Ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-nin hesabına 2000 manat pul ödənilmişdir.İddiaçı eyni zamanda bildirir ki, vəkil xidmətinin göstərilməsi üçün Vəkil hesabına 300 manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən, Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən, Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2(005)-1783/2020 saylı qətnaməsi üzrə tələb iddiaçı "xxxx" ASC tərəfindən tam şəkildə ödənilmiş, nəticə etibarilə "xxxx" ASC-nin cavabdeh X2 qarşı reqres hüququ yaranmışdır. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC cavabdeh X2 qarşı ödənilmiş 8352,40 manat pul vəsaitinin geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə iddiaçı "xxxx" ASC-nin iddiasını həmin hissədə əsaslı hesab edir və həmin hissədə iddianın təmin edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, iddia gecikdirilmiş vaxt üçün 242,73 manat məbləğində faiz ödənilməsi hissəsində heç bir hüquqi əsası olmadığından təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilmiş faizlərin və dəbbə pulunun hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmaması məsələsinə dair Konstitusiya Məhkəməsinin mövqeyi də xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır....Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Göründüyü kimi, Mülki Məcəllənin 449.1-ci maddəsinin aşağıdakı zəruri əlamətləri müəyyən edilmişdir. Bunlar: 1) özgəsinin pul vəsaitini qanunsuz saxlamaq, 2) onu qaytarmaqdan boyun qaçırmaq, 3) onun ödənilməsini digər şəkildə gecikdirmək, 4) başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaq. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının pul vəsaitinin qanunsuz saxlanılması, onun qaytarmaqdan boyun qaçırması, digər vasitələrlə gecikdirməsi, gecikdirməyə görə təqsirinin olması və həmin vəsaitdən faydalanması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı "xxxx" ASC ona Mərkəzi Bankın faiz dərəcəsi ilə gecikdirilmiş vaxt üçün 242,73 manat ödənilməsini əsaslandıran mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 108,65 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi yardıma görə çəkilmiş 300 manat xərc cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 8352,40 manat məbləğində pul vəsaiti, 108,65 manat dövlət rüsumu və 300 manat göstərilmiş hüquqi yardıma görə xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-4055/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4055/2022
04.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver